“U2” qrupunun doqquz illik fasilədən sonra bu gün – noyabrın 13-də təqdim etdiyi 16-cı studiya albomu “Carnaval De Luz”da Partonun Bono ilə birgə ifa etdiyi “Torn” mahnısı yer alıb.
Kulis.az xəbər verir ki, mahnı Partonun sağlığında yazdırdığı son vokal ifası hesab olunur.
Müğənni bəstəni 2026-cı ilin iyununda, avqustun 25-də 80 yaşında vəfat etməsindən cəmi bir neçə həftə əvvəl Neşvildə lentə aldırıb. Mahnının yazılmasında “U2”, Parton və “Snow Patrol” qrupunun üzvü Conni Makdeyd iştirak edib. Aranjimanda kantri musiqisinə xas pedal polad gitarasının səslənməsi də diqqət çəkir.
“Torn” ailə münasibətlərindəki parçalanmadan, yaxın insanların bir-birinə yadlaşmasından bəhs edir. Mahnı iki qardaşın və eyni ailənin üzvlərinin qarşı-qarşıya gəlməsini daha geniş mənada insanın seçim qarşısında qalması ilə əlaqələndirir. Bononun sözlərinə görə, Parton xəstə olmasına baxmayaraq, bu mahnını yazdırmaq üçün ayağa qalxıb studiyaya gəlib. Müğənni sonradan mahnını dinləməyin onun üçün çətin olduğunu da etiraf edib.
“Carnaval De Luz” “U2”nin 2017-ci ildə çıxan “Songs of Experience” albomundan sonra ilk tammetrajlı studiya işidir. Yeni albomda Brayan Eno, Martin Qarrix və digər musiqiçilərin də iştirakı var. Partonun son ifasının albomun finalına yerləşdirilməsi isə bu musiqi işinə xüsusi emosional məna qazandırır.