Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını əks etdirən "Kiprdə Osmanlı izləri" sərgisi 15–24 noyabr 2026-cı il tarixlərində İstanbul Atatürk Mədəniyyət Mərkəzində ziyarətçilərə təqdim olunacaq.
Kulis.az xəbər verir ki, sərgidə Kiprin son Osmanlı qazisi Hacı Əli Rıfat Əfəndi və oğlu Əhməd Bürhanəddin Qazızadənin neqativ arxivindən rəqəmsallaşdırılan 92-yə yaxın tarixi fotoşəkil yer alır.
Bağçaşəhər Kipr Universiteti tərəfindən rəqəmsal mühitə köçürülən bu nadir kadrlar adanın o dövrkü memarlığını, küçələrini, insanlarını və gündəlik həyatını sənədləşdirərək ictimai yaddaşa işıq salır.
Qeyd edək ki, layihə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir.