Hitlerin sevgilisinin FOTOLARI

Hitlerin sevgilisinin <span style="color:red;"> FOTOLARI
19 dekabr 2014
# 08:30

Eva Braun Adolf Hitlerin 13 il məşuqəsi, təxminən bir gün arvadı olub. Hitlerlə Eva Braun müntəzəm olaraq 1930-cu ildən görüşməyə başlayıblar. Onların münasibətləri Hitlerin sevgilisi Geli Raubelin (həm də Hitlerin qohumu idi) qısqanclığına və narahatlığına səbəb olmuşdu. 1931-ci ilin sentyabrında Hitlerlə növbəti dəfə mübahisə etdikdə sonra Geli özünü öldürdü. Hitler onun ölümündən dəhşətli sarsıntı keçirmişdi, hətta deyilənə görə onun da özünü öldürəcəyindən qorxub silahını gizlədirmişlər. Söz-söhbət gəzirdi ki, Raubel özünü öldürəndə hamilə imiş... Bundan sonra Hitlerlə Eva Braun bir-birlərinə daha da yaxınlaşmışdılar.

Eva Braun fotoqrafiyanı çox sevirdi və Hitlerin günümüzə qədər gəlib çıxmış fotolarının çoxunu şəxsən o çəkib.

Kulis.az-ın təqdim etdiyi bu foto Eva Branun şəxsi arxivindən 1945-ci ildə amerikan hərbçiləri tərəfindən götürülüb.

1. Eva Braun Uorsi gölündə qayıq gəzintisində.

2. Eva Braun 6 fevral 1912-ci ildə Münhendə orta məktəb müəllimi olan Fridrix Braunun ailəsində anadan olub. Eva üç bacının ortancılı idi. Onun ailəsi sərt katolik qaydaları ilə idarə olunurdu. Braun ailəsi yaxşı təmin olunmuş ailə idi. Onların şəxsi avtomobili, qulluqçuları vardı. Eva Braun liseyi qurtardıqdan sonra, monastır yanındakı məktəbdə də oxumuşdu. Bu məktəbdə həmçinin idman dərsləri də keçirilirdi. Eva Braun yüngül atletika ilə məşğul olurdu. 17 yaşı olanda Eva Henrix Hofmana məxsus olan fotostudiyada işə başlayır. Məhz burda o özündən 23 yaş böyük olan Hitlerlə tanış olur. İlk görüş 1929-cu ilin oktyabr ayında baş tutur. 1931-ci ildə onların münasibətləri daha isti idi, baxmayaraq ki, Eva Braunun ailəsi buna qarşı idi.

3. Bu foto 1942-ci ildə Berqhofda, Hitlerin Alp dağlarındakı rezidensiyasında çəkilib. Eva Braun və Hitler tez-tez burda görüşürdülər. Rezidensiyanı SS komandası qoruyurdu. 1944-cü ildə buranın qorunmasına 2000 nəfər cəlb edilmişdi. Bu möhtəşəm rezidensiya Hitler və Eva Braunun intiharından bir az sonra, 1945-ci ilin aprelində bombalandı.

4. Nequs və Katuşka – bu şotland teriyerləri Eva Braun və Hitlerə məxsus idi. Bir də Hitlerin Blondi adında iti var idi.

5. Eva Braun Keniqzee gölünün sahilində gimnastik hərəkətləri edərkən. Bu göl bu gün Almaniyanın ən təmiz gölü hesab edilir.

6. Eva Braun foto çəkərkən. Bu gün onun çəkdiyi fotolar tarixçilər üçün böyük əhəmiyyətə malikdir.

7. Eva Braun Albert Şpeer birlikdə. A.Şpeer Üçüncü Reyxin əsas arxitektoru, silahlandırma və hərbi sənaye naziri idi. Nürnberq prosesində mühakimə olunmuşlardan biridir. O Hitlerin yaxın çevrəsinə daxil idi. 20 il həbsdə yatıb, 1966-cı ildə çıxıb. Həbsxanada yazdığı “Xatirələr” kitabı böyük maraq doğurub. 1981-ci ildə Londonda vəfat edib.

8. 1940-cı il, Keniqzee gölü. Eva Braunun bəzi vərdişləri Hitleri çox qıcıqlandırırdı: siqaret çəkməyi, tez-tez kosmetika çəkməyi və kupalniksiz günəş vannası qəbul etməyi. Hətta yanında siqaret çəkməyi ona qadağan etmişdi.

9. Eva Brauin çətirlə.

10. Berqhofda yeni il şənliyi.

11. Eva Braun Amerikan filmlərinin heyranı idi. 1937-ci ildə çəkilmiş bu fotoda Eva Braun ilk səsli film olan “Caz müğənnisi”ndə El Consonu təqlid edir. Foto belə adlanır: “Mən El Consonam”.

12. Eva Braun balaca bacısı Marqeretlə birlikdə.

13. Eva Braun Hitlerin iti ilə.

14. 1931-ci il. Hitler öz cangüdəni ilə birlikdə öz rezidensiyasında. Fotonun arxasında Eva Braunun belə bir qeydi var: “Bu Berxtesqadenə ilk səfər idi”.

15. 1943-cü ilin apreli. Hitler 54 yaşını qeyd edir.

16. Eva Braun Berqhofdakı rezidensiyada, 1940-cı il.

17. Eva Braunun Hitlerlə tanış olduğu Henrix Hofmanın fotostudiyası. 1938-ci il.

18. Bavariya Alpı, 1935-ci il. Eva Braun rəfiqələri ilə birlikdə.

19. Qodesberqdə dostlar birlikdə istirahət. 1937-ci il. Soldan birinci Evadır.

20. Ailə məclisi. Ortada oturan Evanın anasıdır. 1938-ci il, Münhen.

21. Eva Braun 17 yaşında. Hitlerlə tanış olduğu il.

22. Eva Braun dostu ilə əyləncədə. O, ümumiyyətlə vaxtını əyləncəli keçirməyi sevən biri olub.

23. “Mənim ilk maskarad kostyumum” – fotoya belə yazıb. 1928-ci il

24. Hitlerin Berhoqfadkı rezidensiyasında qonaq otağının küncü. 1937-ci il.

# 1559 dəfə oxunub

Müəllifin son yazıları

# # #