Kulis.az məşhur çex yazıçısı Milan Kunderanın aforizmlərini təqdim edir:
Ağlama! Ağlat ki, qiymətini bilsinlər.
Ən çox xətrinə dəydiklərimizin, əslində, ən çox sevdiklərimiz olmağı nə qəribədir...
Ən mənalı baxış, bir cüt yaşlı gözdə gizlidir. Çox şey izah edər; çünki dil bağlanar, ürək danışar.
Yaşadığı yerdən köçmək arzusunda olan insan bədbəxt insandır.
Qadın-kişi bərabərliyi heç vaxt mümkün ola bilməz; çünki tərk edilən qadın kişidən daha çox əzab çəkir.
Kimlə güldüyünü unuda bilərsən, ancaq kimlə ağladığını əsla.
Kişi bəyəndikdən sonra tanıyar, qadın tanıdıqca bəyənər.
Mən ağlayanda yanımda yoxsansa, mən güləndə kölgə olma.
Sevgini bir kitabı yenidən oxumaq, ya da bir filmə təkrar baxmaq kimi yenidən yaşaya bilməzsiniz.
Qorxunun mənbəyi gələcəkdədir. Kim gələcəkdən xilas olubsa, heç nədən qorxmaz.
Cənnətə duyulan həsrət insanın insan olmamağa duyduğu həsrətdir.
“Bəli, xoşbəxtlik təkrarlanmağa duyulan həsrətdir”, - dedi Tereza öz-özünə.
Bir qadınla sevişmək və bir qadınla yatmaq ayrı-ayrı şeylərdir, sadəcə fərqli deyil, eyni zamanda da bir-birinə zidd şeylərdir. Sevgi cütləşmə arzusunda göstərməz özünü..
Amma güclülər gücsüzləri incitməyəcək qədər gücsüz olanda, gücsüzlər çıxıb gedəcək qədər güclü olmaq məcburiyyətindədirlər.