Tələbə adı qazananlara: “Seks jurnalı oxu”

Tələbə adı qazananlara: “Seks jurnalı oxu”
21 avqust 2013
# 14:47

Kulis.Az “Hurriyet” qəzetinin köşə yazarı Yılmaz Özdilin yazısını təqdim edir.

Ərik oğurla


Universitetə girdin.

Afərin.

Eşşəyə min indi.

Çılpaq yat.

Sprey boya al, divarı yaz.

Heç kəsin bəyənmədiyi bir rəngdə ayaqqabı geyin.

Sırğa tax.

Qızsansa, büstqalter geyinmə.

Güzgünü pomadayla qarala.


Sıxma özünü, söyüş söy.

At yarışlarına pul qoy.

Gecə yatma.

Bir dəfə də gecə üz, qol aç qaranlığa...

Küçədə yatan dəliylə söhbət elə.

Tiramisuya qonaq elə onu.

Və ya suşi.

Ayaqlarını masaya qoy.

Ərik oğurla.

Gözəl bir qıza ver, çıx get.

Qızsansa, imtina etmə, al o əriyi.

Avar çək.

Hayqır.

Film pisdirsə, fasiləni gözləmə, çıx.

Seks jurnalı oxu.

Mahnıya sonuna kimi səs ver.

Zərərli şeylər ye.

İçkiləri qarışdır, küçəyə qaytar.

Siqar çək.

Önlük tax, çirkli qabları yu.

Qızsansa, üzünə təraş köpüyü sürt.

Kəllə vur, burnun qanasın bir dəfə.

Şarın içinə su doldur, balkondan tulla.

Qarpızı əlinlə ye.

Bir çiçəyi sığalla.

Qurbağayla söhbət elə.

Ağaca dırman, qabığını qazı, adını yaz.

Fayton sür.

Paltarla duş qəbul elə.

Qutab bişirən bir xalanın yanında otur.

Yanağından öp.

Acığın gələn birinin pəncərəsini qır.

Tanımadığın birinin fotosunu çək, cib telefonuna divar şəkli elə. Aşkı-Memnu kimi çox baxılan bir serialın ən kritik yerində anana çəkələk tulla. Atanı qıdıqla, yatdığı yerdə burnuna lələk sürt, hədiyyə satan adama hədiyyə al…

Divar başında gəz.

Su qabına işə.

Relslərin üzərilə qaç.

Elə bunları.

Ya da, içindən nə gəlirsə, onu.

Öyrədiblərmi məktəbdə, bilmirəm…

70 ildi orta insan ömrü


Aşağı-yuxarı 52 sentyabrın qaldı.

Sıx, məsələn, çiy yumurtanı ovcunda, bərk-bərk... İndi sınar, bu dəqiqə sınar deyə bu bəsit qorxudan nə qədər qorxduğuna, sən belə inanmayacaqsan.

# 3976 dəfə oxunub

Müəllifin son yazıları

# # #