“Ay kişi, yaxşı eliyir, qoy danışsın. Hələ, imkan varsa siz də danışın” – bu sözləri Kulis.Az-a Xalq yazıçısı Mövlud Süleymanlı yazıçı Əlabbasın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Yazıçı Əlabbas Kulis.Az-a verdiyi müsahibədə Mövlud Süleymanlının “Azərbaycan” jurnalında nəsr şöbəsinə rəhbərlik edən zaman onun “Köhnə kişi” povestinin çapının qəsdən 8 il yubatdığını, onda istedadlı adama qarşı amansız bir nifrət hissinin olduğunu söyləmişdi.