Mükafatın rəhbəri mükafat verdiyi adamı tanımadı

Mükafatın rəhbəri mükafat verdiyi adamı tanımadı
2 aprel 2013
# 12:53

Kulis.Az qalmaqallı müsabiqə ilə bağlı Ədəbiyyat Mükafatının Münsiflər Heyətinin sədri Mövlud Süleymanlı ilə müsahibəni təqdim edir.

- Etimad Başkeçidin mükafatdan imtina etməsinin səbəbi nədir?

- Etimad səhv edir, cığallıq edir, biz nə edə bilərik?! Səbəb olaraq göstərir ki, mükafatı niyə ancaq mənə verməmisiniz.

- Ümumiyyətlə, bütün nominasiyalarda mükafat iki nəfərə verilib.

- Yaxşı əsərlər çox olduğu üçün belə olub.

- Vilayət Quliyev iki mərhələdə publisistika mükafatında təqdim olunsa da, sonda tənqid və esseistika mükafatına layiq görülüb. Niyə yerdəyişmə edildi?

- Bu dəyişiklik Vilayət Quliyevin adına görə yox, yaxşı əsəri olduğuna görə edilib. Buna heç kim mənfi münasibət göstərə bilməz. Onun işi birinci yerə layiq işdir. Siz nə isə axtarırsınızsa, bu düzgün deyil.

- Suallarımıza cavab istəyirik.

- O publisistikada yazıb və uyğun olduğu yerdədir.

-Axı ona tənqid mükafatı vermisiz.

- Şəxsən mən bir sədr olaraq səlahiyyətimdən istifadə edərək onun yerini dəyişmişəm.

- Əsasnamədə sədrin belə səlahiyyəti nəzərdə tutulmayıb. Siz bu əsasnaməni oxumusuz?

- Mənim vəkillik etmək hüququm var.

- Əsasnamədə belə bir bənd yoxdur.

- 11 nəfər və mən başda olmaqla Vilayət Quliyevin yerini dəyişdik, çünki onun əsəri Nəcəf Nəcəfov mükafatı üçün yox, tənqid üçün xarakterikdir.

-Vilayət Quliyevin əsərinin tənqidə aidiyyəti var? Bu əsər Polşadakı Azərbaycanlı immiqrantlar haqqındadır.

- Xəbəriniz yoxdursa düz deyirsiniz, amma xəbəriniz olsa görərsiniz ki, düz demirsiniz. Doğrudan da onun əsəri tənqidə aiddir.

- Müəllif əsərini müsabiqəyə təqdim edəndə nominasiyasını qeyd edir.

- Müəllif yazmır.

- Müəllif yazır axı.

- Belə şeylər lazım deyil. Gəlin, bir düşünək. Burda nə səhv var?! Bu tənqid nominasiyasına uyğundur. Nə olsun ki, Vilayət Quliyev diplomatdır. Amma işi çox gözəl işdir.

- Əvvəldən niyə tənqid nominasiyaya daxil edilməmişdi? İkinci qısa siyahıda da orda yox idi.

- Düz deyirsiniz, əvvəlki iki siyahıda siz dediyiniz kimi idi. Mən sədr olandan sonra...

- Siz sədr olandan sonra da siyahıda onun adı orda deyildi.

- Tənqidə saldım. Burda nə var axı? Münsiflər heyətinin tərkibində mən başda olmaqla belə qərar verdik. Mənə elə gəlir ki, indiki zaman üçün də, gələcək üçün biz düz qərar vermişik.

- Tofiq Məliklinin əsəri əvvəl müsabiqəyə daxil olunmuşdu?

- Başa düşmədim.

- Tofiq Məlikliyə mükafat verməmisiniz?

- Yox, onun adı orda olmayıb.

- Xəbəriniz yoxdur ki, Tofiq Məlikli mükafat alıb?

- Bizə onun aidiyyəti yoxdur.

- AYB sizin adınızdan açıqlama verib.

- Adı nədir o mükafatın? (gülür)

- Bəxtiyar Vahabzadə adına Türk dünyasına xidmət mükafatı.

- Orda elə şey yoxdur. Harda gedib bu məlumat?

- “Ədəbiyyat” qəzetində dərc olunub.

- Xəbərim yoxdur, baxaram.

# 3301 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #