Tarixi dəqiq yadımda deyil, ötən həftələrin birində İctimai televiziyanın efirində yayımlanan “Tele mizan” proqramında Xalq yazıçısı Anar (bədxahları istəsə ona Anar Rzayev kimi də müraciət edə bilər) və rejissor Ramiz Həsənoğlu qonaq idilər.
Sağ olsunlar, “Dədə Qorqud”dan vurub “Sübhün səfiri”ndən çıxdılar.
Çıxışlara qulaq asdıqca, Anarı Don Kixota, Ramiz Həsənoğlunu da Sanço Pansaya bənzətməmək əldə deyildi. Nə bilmisiniz, onlar da qosqoca klassiklərimizlə savaşır...
Sözüm onda yox, aparıcı Anarın monopoliyasındakı şair və yazıçılar haqqında çəkdiyi filmlərdən danışan zaman, aparıcı əməlli-başlı qırmızı xətti keçib dedi ki, bəs istərdim Xan qızı Natəvan haqda da filmin ssenarisini siz yazasınız.
Anar da, eləmədi tənbəllik dedi, bəs, Natəvan haqda İlyas Əfəndiyev yazıb, bu doğru olmaz.
Aparıcı gözünə döndüyüm də, qayıt ki, həəəə, Natəvana görə gərək Elçinə müraciət edək...
Sərhədlər çox dəqiq imiş.