Qazyoxlayan türk romançı

Qazyoxlayan türk romançı
30 iyul 2012
# 10:57

Məşhur türk yazıçısı, türk romanının sütunlarından olan Yaşar Kamal bir müddət qaz yoxlayan işləyibmiş.


“İETT” sənədli filmində Yaşar Kamal o günləri belə xatırlayır: “Maaşım 105 lirə idi. Yaxşı pul sayılırdı. Deməli, “Qaz yoxlanışı!” deyirdin, qapı açılırdı, mətbəxə girirsən. Sayğacı oxuyurdun. Günortaya qədər qapı-qapı gəzirdik. Bir ayda bir bölgəni bitirirdik. Sonra başqa bir bölgə verilirdi. Beləcə bütün şəhəri gəzdik. 1 il yarım işlədim orada. Sonradan hesablamışdıq: 1 il yarımda buradan Tehrana qədər piyada yol getmişik. Bircə yaxşı yemək vermirdilər. Bizdə aclıq aksiyası keçirdik. Buna görə mən də daxil olmaqla aksiyaya qoşulan hamını işdən qovdular. Orada qazandığım təcrübə hesabına 40 lirə aylıqla çəltik tarlalarında su sayğacını yoxlayırdım. Orada topladığım pulla yazı makinası aldım, pulla məktub yazmağa başladım”.

Bu hekayə 60 il əvvəlin hekayəsidir. Gənc yoxlayıcı Yaşar Kamal əmək şəraitinə üsyan etmiş, aclıq etmiş və işdən qovulmuşdu.

# 1795 dəfə oxunub

Müəllifin son yazıları

# # #