“Hansı naəlacın son pənahısan;  Uşağı da belə aldatmazdılar”- GÜNÜN ŞEİRİ

“Hansı naəlacın son pənahısan;  Uşağı da belə aldatmazdılar”-<span style="color:red;"> GÜNÜN ŞEİRİ
8 iyun 2016
# 10:31

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Kamal Abdulla: “Büllur qab”

Sən büllur qab idin - soyuq, bəzəkli

Sənə nə oldu ki, canlandın belə?!

İçi susuz qabdın - süni çiçəkli

Səni kim aldatdı, inandın belə.

Kim dedi arzusan, ümidgahsan?!

Arzunu şüşədən yaratmazdılar.

Hansı naəlacın son pənahısan,

Uşağı da belə aldatmazdılar

Hamını mat qoydun bircə anda sən,

Bəlkə də baş verdi bunlar yuxuda.

Birdən silkələnib canlananda sən

Mən susdum, qorxudan...

Susdum heykəltək.

Elə bil heç zaman danışmamışdım.

Çünki sən gözəldin, gözəl görünmək

Heç kimə bu qədər yaraşmamışdı.

Arzular şüşədən yaradılmayır,

Arzular, ümidlər niyə qırılsın?!

Bizim alnımıza o yazılmayıb,

Necə büllur qabdı - elə də qalsın.

Qayıtsın əvvəlki donuqluğuna,

Canlanan arzuyla neyləmək olar?

Qayıtsın işıqlı soyuqluğuna,

Dünyanın əbədi qanunları var.

# 2417 dəfə oxunub

Oxşar xəbərlər

Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

15:00 1 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"Bu hekayəni ikinci edən münsiflərin zövqünə "2" verirəm!" - Müzakirə

"Bu hekayəni ikinci edən münsiflərin zövqünə "2" verirəm!" - Müzakirə

12:10 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər