“Şairə”, “rəfiqə” mikrobdur yoxsa...  - MÖVQELƏR

“Şairə”, “rəfiqə” mikrobdur yoxsa...  - <span style="color:red;"> MÖVQELƏR
14 iyun 2016
# 17:40

Bəzi dillərdə sözlər cinsə görə bölünür. Azərbaycan dilinin qrammatikasında isə bu anlayış yoxdur. Ancaq bizim dildə “şair-şairə”, “müəllim-müəllimə” kimi sözlər işlədilir.

Bizim dildə belə bir xüsusiyyət varmı? Bu sözlərin işlənməsi düzgündürmü?

Kulis.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Akademik Nizami Cəfərov: “Bizim dilimizdə belə bir anlayış yoxdur. Cins kateqoriyası qrammatik qaydalarla deyil, leksik qaydalarla müəyyən olunur. Azərbaycan dilinə bu xüsusiyyət ərəb dilindən keçib. Bu təsir nəticəsində bir neçə türk dilli xalqların sözlərində cins bildirən xüsusiyyət əlavə olunub. Düşünürəm ki, bu sözlər 20-ci, 30-cu illərdə yaranıb. Qadın müəlliməmiz 30-cu illərə qədər olmadığından “müəllimə” sözü işlədilməyib. Eləcə də şair kimi ortaya çıxan qadın olmayıb. Şair olan qadın olub, ancaq bu kütləvi şəkildə baş verməyib. Ona görə də “şairə” sözü işlənməyib. Bizdə nəzərə alaq ki, “alimə” sözü yoxdur. Halbuki “şair-şairə”, “müəllim-müəllimə” kimi sözlər varsa, bu da olmalıdır. Ancaq mənə elə gəlir ki, bu sözlər mədəni anlayış kimi dilimizə keçib. Bir mühüm cəhət də var ki, işgüzar sahədə də belə sözlərə rast gəlinmir. Məsələn, “fəhlə”, “kolxozçu” kimi sözlər həm kişiyə, həm qadına aiddir. Sonra “rəfiq-rəfiqə” sözləri… İndi “rəfiq” sözü o qədər də işlənmir. Ancaq “rəfiqə” sözü populyardı. Dilimizdəki bu xüsusiyyəti mədəni hadisə kimi qiymətləndirirəm. Bu dilin hadisəsidir. Dildəki bu xüsusiyyət buraxılmalıdır cəmiyyətin ixtiyarına. Onlar müəyyənləşdirəcək ki, bu sözləri işlətmək olar ya yox. Ancaq artıq bu sözlər oturuşub. Bunu artıq inkar eləyə bilmərik. Bu xüsusiyyətin dilimizə ciddi təzyiqi yoxdur. Lap yad olsa da, bu xüsusiyyət mədəni anlayış kimi gəlibsə, onu qəbul eləmək lazımdır. Bununla mübarizə aparmaq lazım deyil”.

Şairə Rəbiqə Nazimqızı: “Bizim dildə cins kateqoriyası yoxdur, məsələn, tələbə sözü əslində - yəni orijinalda qadın cinsindədir, amma bizdə həm qızlara, həm də oğlanlara aid edilir. Məncə, vahid cinsdə işlətsək, daha yaxşı olar, dildə olmayan bölgünü beynimizdə də yaratmayaq deyə bu ən yaxşısıdır. Bəzən də qondarma şəkildə "ə" sonluğu artırırlar, sanki dəbdir - Aynur adı var, bir "ə" də artırırb Aynurə düzəldirlər. Nəyə, kimə lazımdır axı? Təklif edirəm ki, "müəllim" varsa, "müəllimə", "şair" varsa "şairə" və s. işlənməsin. Amma bu, dil qaydalarıyla tənzimlənməlidir”.

Şair Rasim Qaraca: “Mövlanə deyib, baş əldən gedəndə dildən danışma, ancaq biz danışaq. Ədəbi dilin öz normaları var və bu məsələlərlə dilçi alimlər məşğul olur və olmalıdır. Lakin, Azərbaycan dilçilik elmi də tendensiyalıdır, burada elmin gerçəkləri deyil, yuxarıların xoşuna gəlmək əsas olduğuna görə dil problemləri zamanında araşdırılmır və praktik addımlar atılmır. Buna görə də dilimiz elmi əsaslarda deyil, spontan olaraq "inkişaf" edir, nəticədə belə demək olarsa, hər kəs dil mikroblarının qarşısında acizdir. "Şairə", "müəllimə" kimi sözlər bu cür dil mikroblarıdır, olmamalıdır”.

Ayxan Ayvaz

# 5541 dəfə oxunub

Oxşar xəbərlər

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

14:30 2 aprel 2026
"Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!" - Ulucay Akif

"Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!" - Ulucay Akif

14:15 2 aprel 2026
Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

14:00 2 aprel 2026
Rəssam olmaq istəyən,  ali təhsilsiz məşhur yazıçı - O, hansı romanı  üçün mədənlərdə fəhlələrlə görüşmüşdü?

Rəssam olmaq istəyən, ali təhsilsiz məşhur yazıçı - O, hansı romanı üçün mədənlərdə fəhlələrlə görüşmüşdü?

12:00 2 aprel 2026
"Bu insan mənə tanışdır..." - İnandıra bilərsinizmi, Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?

"Bu insan mənə tanışdır..." - İnandıra bilərsinizmi, Nigarı üçün bənövşə yığmağa getməyib Rəsul Rza?

15:00 1 aprel 2026
"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

12:00 1 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər