Qız, xaliqin öləydi səni xəlq eləyəndə - Məmməd Rahim

Qız, xaliqin öləydi səni xəlq eləyəndə - Məmməd Rahim
13 fevral 2026
# 12:15

Kulis.az Xalq şairi Məmməd Rahimin "Saldı qara gözlərin" şeirini təqdim edir.

Saldı qara gözlərin neçə aşiqi bəndə,
Qız, xaliqin öləydi səni xəlq eləyəndə.
Kamına çatmayaydı,
Səni yaradırdısa məni yaratmayaydı.
Nə ad verim hüsnünə, dağlardakı qarmısan?
Ömrə əsən sərin meh,
Sehirli rüzgarmısan?
Sənə mələkmi deyim, görməmişəm mələyi.
Sənmi dolandırırsan söylə çərxi-fələyi?
Bu necə yaraşıqdır,
Bu nə sayaq bədəndir?
Qız, vücudun nədəndir?
Nəyə oxşadılıbdır, yarananda bu qamət?
Hardandır bu təravət?
Sən bahar fəslisənmi?
Leylimi, Əslisənmi?
Yoxsa, adın Şirindir?
Şirinliyin ətirli şəkərdən də şirindir.
Süsənbər, ağ yasəmən səndən təzə tərmidir?
Vücudun ənbərmidir?
Sənə axar su deyim, suyu dayandırarsan.
Atəşmi adlandırım, alovu yandırarsan.
Saldı qara gözlərin neçə aşiqi bəndə
Qız, xaliqin öləydi səni xəlq eləyəndə.

# 1171 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

18:00 2 oktyabr 2026
Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

17:15 2 oktyabr 2026
"Qızıl Portağal" film festivalının  siyahısı açıqlandı

"Qızıl Portağal" film festivalının siyahısı açıqlandı

17:00 2 oktyabr 2026
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

16:45 2 oktyabr 2026
Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

16:00 2 oktyabr 2026
Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

15:30 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər