Məryəm Ələkbərlinin rəsmlərindən ibarət sərgi keçiriləcək

Məryəm Ələkbərlinin rəsmlərindən ibarət sərgi keçiriləcək
12 fevral 2026
# 18:04

Azərbaycan Rəssamlar İttifaqının qalereyası Daun sindromlu görkəmli rəssam Məryəm Ələkbərlinin sərgisini açmağa hazırlaşır. Sərgi fevralın 15-dən 24-dək davam edəcək. Açılış mərasimi fevralın 14-də baş tutacaq və rəssamın anım gününə təsadüf edəcək.

Kulis.az xəbər verir ki, sərgidə 46 əsər nümayiş olunacaq.

Məryəm Ələkbərlinin qısa ömrü ərzində 43 sərgisi keçirilib. Bakıdakı ilk sərgilərindən sonra onun rəsmləri Rusiya, Fransa, Türkiyə, ABŞ, İtaliya, Yaponiya, Belçika və Birləşmiş Ərəb Əmirliklərində nümayiş etdirilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru və sərginin kuratoru Elçin Şamillinin sözlərinə görə, Məryəmin əsərlərində diqqəti ən çox çəkən məqam bu tabloların fantastik enerjisidir: “Bu, sizi dərhal valeh edir və bir əsərdən digərinə aparır. Onun əsərlərinin nə qədər fövqəladə olduğunu labüd şəkildə dərk edirsiniz. Bu, kiminsə xoşuna gəlmək istəyinin olmadığı, özünü tam şəkildə ifadə etmək və bizi əhatə edən hər şeyə dair anlayışınızı əks etdirmək üzrə səylərin yer aldığı yeni bir dünyadır. Onun mücərrəd əsərləri çox təəccüblüdür. Sadə bir həqiqəti elə cəsarətlə bəyan və müdafiə etmək olar ki, sənətimizdə buna bənzər bir şey heç vaxt görünməyib. Onun bu əsərlərinin azadlıq ruhu bizə qeyri-iradi olaraq qanad verir, yüksəlişimizə mane olan hər şeydən qurtarır, həmçinin əbədi adlandırdığımız həqiqətlərə doğru yüksəlməyə sövq edir”, - deyə Elçin Şamilli qeyd edib.

Rəssam Məryəm Ələkbərli 2025-ci il fevralın 14-də dünyasını dəyişib. Onun cəmi 33 yaşı var idi...

# 1244 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

18:00 2 oktyabr 2026
Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

17:15 2 oktyabr 2026
"Qızıl Portağal" film festivalının  siyahısı açıqlandı

"Qızıl Portağal" film festivalının siyahısı açıqlandı

17:00 2 oktyabr 2026
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

16:45 2 oktyabr 2026
Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

16:00 2 oktyabr 2026
Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

15:30 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər