Atalarımız onu da deyib, bunu da – Hansına İnanaq?!

Atalarımız onu da deyib, bunu da – <span style="color:red;">Hansına İnanaq?!
1 may 2019
# 11:01

Atalar sözləri çətin vəziyyətlərdə fikrimizə dayaq olub, vacib bir təcrübə kimi əlimizdən tutub. Əsrlərlə yol gələn bu sözlərin hikməti qeydsiz-şərtsiz qəbul olunur. Bəzənsə mənaca bir-birinə əks olan bu hikmətlər tamamən əks situasiyada köməyimizə çatır. Müdriklər hər iki vəziyyəti nəzərə alıb - hansı sərf edirsə, götür işlət.

Kulis.az ikili standartlı atalar sözlərini təqdim edir.

Çayı keçənə qədər erməniyə dayı deyərəm - Keçmə namərd körpüsündən qoy yesin aslan səni

Image result for köprü

Ən böyük biclik düzlükdür - Düz düzdə qalar

Image result for düzlük

Atan soğan, anan sarımsaq, sən haradan oldun gülməşəkər? - Atamla atanı deyincə özümlə özünü de

Image result for ata və oğul

Yüz ölç, bir biç – Ağıllı fikirləşincə dəli vurub çay keçər

Image result for ölçmək

El ağzına baxan arvadını tez boşar – Elin gözü tərəzinin gözü.

Image result for boşanmaq

Saqqal feyz olsaydı, keçi şeyxlik edərdi - Saqqalım yoxdu, sözüm ötmür.

Image result for saqqal

Ot kökü üstə bitər - Oddan kül törəyər

Image result for od və kül

Qoçun buynuzu qoça ağırlıq eləməz – Srkə nə qədər tünd olsa öz qabını çatladar

Image result for Qoç buynuzu

Ağıl yaşda deyil, başdadır – Allahsız yerdə otur böyüksüz yerdə oturma

Image result for zeka

İt qursağı yağ götürməz – İtə bax qarpız yeyir, tumunu da çırtlayır

Image result for karpuz yeyen it

Gədədən bəy olmaz, küllükdən təpə - Bəyirdi bəy oldu

Image result for egoist adam

Qırxında oynayan gorunda çalar – Qəbir evinəcən öyrən

Image result for zurna çalan

# 6757 dəfə oxunub

Oxşar xəbərlər

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

15:00 24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

15:00 23 iyun 2026
"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

10:00 23 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər