Şopenhauerin qulaqlara sırğa 18 AFORİZMİ

Şopenhauerin qulaqlara sırğa <span style="color:red;">18 AFORİZMİ
18 aprel 2017
# 16:27

Kulis.Az Artur Şopenhauerin məşhur aforizmlərini təqdim edir.

Bir neçə il əvvəl oxuduğum bir xəbəri fərəhlə xatırlayıram. Böyük it saxlayan ingilis lordu bir gün onun yanına gedib başını oxşamış, it isə tullanaraq onun qolunu parçalamışdı. İt haqlı idi və məncə o bu sözləri demək istəyirdi: “Sən mənim ağam deyilsən, mənim bu qısa həyatımı cəhənnəmə çevirən şeytanımsan. İstəyirəm ki, itlərini zəncirləyən bütün insanların aqibəti belə olsun”.

Əzab çəkənlərlə əzab çəkdirənlər eynidir.

Hər kəs özündə olmayanı sevər.

Ağlım mənə yox, dünyaya aiddir.

Hər uşaq bir dahi, hər dahi də bir uşaqdır.

Həyatın ilk əlli ili mətn, geridə qalanı şərhdir.

Tale kartları qarışdırır, biz isə oynayırıq.

Ölüm olmasaydı, insanlar çətin ki filosofluq edərdilər

Həyat cavanların gözündə sonsuz gələcək, qocaların gözündə qısa keçmişdir.

Mərhəmət əxlaqın təməlidir.

Tənhalığı sevməyən azadlığı da sevməz. İnsan ancaq tənha olanda azaddır.

Sevgi insan növünü davam etdirmək üçün qurulmuş tələdən başqa bir şey deyil.

Sizin üçün boşboğaz Fixte bütün dövrlərin ən dahi filosofu Kanta bərabərdir və Hegel kimi heç bir işə yaramayan, arsız şarlatan mütəfəkkirdir. Buna görə də mən sizin üçün yazmıram.

Mənim kimi adam dünyaya gəlibsə həyatım boyunca özüm olmalı və intellektual güc naminə yaşamalıyam.

Ürəyin darıxması həyatın boşluğunu duymaqdır.

İnsanlarının çoxunun başları xarab olmur. Çünki başları yoxdur.

Dəlilik əzab çəkməməyi xatırlamamaq üçündür.

Dinin praktikada əxlaq kimi təsiri çox azdır.

# 1900 dəfə oxunub

Oxşar xəbərlər

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər