İsa Hüseynovdan nə qaldı? - SORĞU

İsa Hüseynovdan nə qaldı?  - <span style="color:red;">SORĞU
25 may 2016
# 08:30

Layihə: “Nələr qaldı”

Ədəbi əsərlər Zaman keçdikcə öz həqiqi qiymətini alır. Bu mənada Zaman ən yaxşı meyardır. Bəs Azərbaycan klassik yazıçıları hansı əsərləri ilə yaddaşlarda qalıb?

Kulis.Azın yeni layihəsində klassik Azərbaycan yazıçılarının ədəbi irsinə müasir dövrün ruhunda münasibət öyrənilir. İlk dayanacağımız isə İsa Hüseynovdur.

Seyran Səxavət: “İsa Hüseynovun bütün yaradıcılığını sevirəm. Əgər onun “İsa Muğanna” adlı əsəri olsaydı, “İsa Muğanna” əsərini seçərdim. Ancaq deyim ki, İsa Hüseynovun cavanlıqda oxuduğum və ömürlük yaddaşımda qalan əsəri “Yanar ürək”dir. Bunun da səbəbi çox aydındır. Ədəbiyyat əslində həyatın uğurlu kserokopiyasıdır. İsa Hüseynovun bu əsəri təpədən-dırnağa, eninə-uzuna həyatın özüdür”.

Əkrəm Əylisli: “İsa Hüseynovun yaradıcılığının ikinci mərhələsi mənlik deyil. Mən onun ilkin dövrlər yazdıqlarını bəyənirəm. Zamanına görə İsa Hüseynov sözün əsl mənasında yeni nəfəs gətirmişdi. Bu nəfəs o qədər isti və işıqlı idi ki… Mən həmişə İsa Hüseynovu sevinə-sevinə oxuyurdum və hər oxuyanda içimə bir işıq düşürdü. “Yanar ürəy”i oxuyanda o qədər sevinmişəm ki, indi də ordan düşən işıq ürəyimin içindədir. İsa Hüseynovun ən çox “Teleqram” povestini bəyənirəm. Çox güclü əsərdir. O vaxt mən içində “Teleqram”ın da olduğu kitabın redaktoru olacaqdım, bütün qeydlərimi yazıb İsa Hüseynovla görüşdüm, o da mənim iradlarımla razılaşdı. Ancaq bilmirəm, kimsə dedi ki, Əkrəm redaktor olmasın, ayrı adam redaktorluğu üzərinə götürdü. O vaxt “Teleqram” Azərbaycan ədəbiyyatı üçün qeyri-adi və orijinal əsər idi. Məzmunca çox yeni idi və məni sözün həqiqi mənasında heyrətləndirmişdi. “Teleqram” İsa Hüseynovun “Tütək səsi”, “Saz” və başqa ilkin dövr əsərlərinin hamısından üstündür”.

Səfər Alışarlı: “50-ci illərdə Azərbaycan ədəbiyyatı o qədər pis bir gündəydi ki, ona bir hekayə ilə də təsir etmək, daha doğrusu, onu nəfəs kəsən pafos və ağ yalanlarla dolu “realizmindən” döndərmək mümkün idi. Bu baxımdan İsa Hüseynovun “Teleqram”, “Saz”, “Kollu Koxa” və sair hekayələri maraqlı və diqqətə layiqdir. “İdeal” romanını onun yaradıcılığının yekunu və zirvəsi saymaq olar!”

Səlim Babullaoğlu: “Ən sevdiyim əsəri “Məhşər”dir. Həm də ona görə ki, Nəsimidən, böyük bir şairdən bəhs edir...”

Ramiz Qusarçaylı: “İsa Hüseynov ən sevdiyim yazıçılardan biridir. Onun “Saz”, “Tütək səsi”, “Kollu koxa”, “Yanar ürək”, “İdeal” və “Məhşər”i hər zaman sevə-sevə oxuduğum əsərlər olub. Ən çox sevdiyim əsəri isə “Məhşər”dir. “Məhşər” romanında İsa Hüseynovun necə qüdrətli sənətkar olduğu açıq-aydın görünür. Əsərin fəlsəfi yükü çox güclüdür. Bənzərsiz üslubu var. İsa Hüseynov Azərbaycanın Çingiz Aytmatovudur. “Məhşər” romanının hər cümləsi bir dərsin mövzudur. Hətta dünya ədəbiyyatının da ən nadir əsərlərindən biridir “Məhşər”.

# 2069 dəfə oxunub

Oxşar xəbərlər

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər