İsa Hüseynov Qabilin bişirdiyi kotleti niyə yemədi?

İsa Hüseynov Qabilin bişirdiyi kotleti niyə yemədi?
9 iyul 2013
# 11:23

Kulis.Az Xalq Yazıçısı İsmayıl Şıxlının “Ölüləri qəbiristanda basdırın...” kitabından maraqlı bir əhvalatı təqdim edir.

Qabillə İsa Hüseynov bir mənzildə yaşayırdılar. Dörd otaqlı mənzilin ikisində o olurdu, ailəsi ilə, ikisində də İsa. Bir yay mənzildə tək qalırlar (Arvad-uşağı rayona, istirahətə göndəriblərmiş). İsa adəti üzrə oturub işləyir, Qabil də mətbəxdə kotlet qızardır ki, nahar vaxtı birlikdə çörək yesinlər. İsa xeyli işlədikdən sonra gərnəşib ayağa durur və mətbəxə keçir. Görür ki, Qabil qolsuz köynəkdə, qan-tər içində kotlet qızardır. İsa kənarda dayanıb müşahidə edir və bilmək istəyir ki, kotletlər niyə belə partapartla bişir. Görür ki, Qabilin alnından axan tər zolaqlanıb, burnunun ucuna yığılır və orada iri damcıya çevrilib tappıltıyla sapılcaya, kotletlərin üstünə düşür və dərhal da çatıltı-partıltı başlayır. Damcılar hey bir əldən sapılcaya tökülürdü.

Qabil tüstü-duman içində, burnunun-gözünün suyu axa-axa bişirdiyi kotleti çəngələ keçirib yuxarı qaldırır, diqqətlə o üz-bu üzünə baxır və İsaya yaxınlaşır:

- Əla qızarıb. Bir dadına bax.

Onsuz da vasvası olan İsa geri çəkilir.

- Toxam.

- Elə şey yoxdu. Zəhmət çəkib kotlet qızartmışam. Oturub birlikdə ləzzətlə yeyəcəyik. Əl çəkən deyiləm. Bilirəm acsan, naz eləmə.

İsa başa düşür ki, Qabil əl çəkməyəcək. Onu da başa düşür ki, nə qədər ac olsa da, kotletə yaxın dura bilməyəcək. Birdən əlac tapmış kimi dillənir:

- Qabil, onda belə eləyək. Sən kotletləri qızart, süfrə ac, mən də gedim təzə çörək alım.

- Nə olar, lap yaxşı.

İsa gedir. Qabil şövqlə süfrə açır, pomidor-xiyar doğrayır, nimçələri düzür, sapılcanı ortaya qoyur və İsanı gözləyir.

İsa evə bir də səhər qayıdır.

# 2770 dəfə oxunub

Oxşar xəbərlər

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər