Ədəbiyyat antologiyamız Ankarada təqdim olundu

Ədəbiyyat antologiyamız Ankarada təqdim olundu
15 iyul 2016
# 10:27

İyulun 14-də Ankarada TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının dəyirmi zalında ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı” antologiyasının təqdimat mərasimi keçirilib.

Kulis.Azın verdiyi məlumata görə, tədbirdə Avrasiya Yazarlar Birliyinin sədri cənab Yaqub Öməroğlu, TÜRKSOY-un sədri cənab Düsen Kaseinov, Türkiyə Yazarlar Birliyi, Türkiyə Respublikasının Mədəniyyət Nazirliyi, Türkiyə-Azərbaycan Genel Merkezi, Kütüphaneler və Yayımlar Genel Müdürlüyünün nümayəndələri ilə yanaşı, tanınmış türk şair və yazıçıları, elm və sənət adamları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu açıb. О, Azərbaycanın müasir ədəbiyyatının dolğun mənzərəsini yaradan belə bir toplunun Türkiyədə ilk dəfə nəşr olunduğunu, nəşrin, bilavasitə təşkilatçısı və təsisçisi olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması istiqamətində gördüyü işlər sırasında xüsusi əhəmiyyət daşıdığını bildirib: “Azərbaycan ədəbiyyatının dünyada tanıdılması istiqamətində Azərbaycan Tərcümə Mərkəzi əhəmiyyətli işlər görür. Bu gün təqdimatına yığışdığımız ikicildlik, Azərbaycanın nəsr və poeziyasını küll halında türk oxucusuna çatdıran ilk topludur ki, Türkiyədə belə bir nəşrə böyük ehtiyac vardı. Həm universitetlər, həm ümumi oxucu kütləsi tərəfindən Türkiyədə Azərbaycan ədəbiyyatına həmişə böyük sevgi və maraq olub, bu ədəbiyyat bu gün də universitetlərdə, elm ocaqlarında öyrənilir, tədqiq edilir. Toplunun özəl əhəmiyyəti – Azərbaycan ədəbiyyatının dolğun mənzərəsini əks etdirməsi, türk oxucusunu müasir Azərbaycan ədəbi prosesi ilə yaxından tanış etməsidir”.

Sonra söz ARNK yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsuda verilib: “Bu gün türk oxucusunun nəzərinə təqdim olunan bu kitab Azərbaycan ədəbiyyatının yalnız bir mərhələsini – XX əsr müasir ədəbi prosesi əks etdirir. Hazırda isə Mərkəz Azərbaycan ədəbiyyatının daha dolğun mənzərəsini – klassik dövrdən başlayaraq, 2000-ci illərə qədərki dövrünü əhatə edən daha irihəcmli – üçcildlik “Azərbaycan ədəbiyyatı antologiyası”nı tərtib edib. Bu antologiyalara Azərbaycanın özündə də böyük ehtiyac var və bu nəşrlər Azərbaycanın özü üçün də bir ilkdir, onun elm, təhsil və mədəniyyəti, bu günü və tarixi üçün əvəzsiz bir töhfədir. Bu nəşrləri, ilk növbədə Azərbaycan ədəbiyyatının xəritəsi, onun icmalı, daha dəqiq desək, şəxsiyyət vərəqəsi adlandırmaq olar”.

Daha sonra A.Məsud antologiyanın uğurlu tərcüməsindən danışaraq, hazırda nəşrin digər dünya dillərinə mükəmməl çevrilməsi ilə bağlı Mərkəzin müvafiq beynəlxalq qurumlarla əlaqəli şəkildə işlədiyini də qeyd edib: “Payızda antologiyanın, ərəb dilində Misirin paytaxtı Qahirədə, daha sonra belarus dilində Minskdə təqdimatı gözlənilir. Ədəbiyyatımızın, dilimizin dünyada tanıdılması istiqamətində əldə edilmiş bütün bu nailiyyətlər Azərbaycan dövlətinin, onun başçısı cənab İlham Əliyevin ədəbiyyata, mədəniyyətə göstərdiyi qayğının nəticəsidir”.

Daha sonra yazıçı Osman Çeviksoy, ədəbiyyatçi alimlər Aysun Demirez Güneri, Cemile Kınacı, antologiyanı türk dilinə tərcümə edən Qəmər Alxanova və Kəmalə Ələkbərova çıxış edərək, toplunun türk oxucusu üçün əhəmiyyətindən danışdılar, ikicildlikdə yer almış ayrı-ayrı əsərlər barədə fikirlərini bölüşdülər.

# 1419 dəfə oxunub

Oxşar xəbərlər

İkimiz də sevgimizin kölgəsindəyik...  - Günün mahnısı

İkimiz də sevgimizin kölgəsindəyik... - Günün mahnısı

12:00 7 noyabr 2025
"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

12:00 5 noyabr 2025
Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

11:50 5 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər