“Novruzumuzdan Zərdüşt İşığı götürün”

“Novruzumuzdan Zərdüşt İşığı götürün”
19 mart 2013
# 13:33

(Fəlsəfi-bədii məqam)

I

Zərdüştlüyümüz – Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz. Hürmüzdlüyümüz – Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız – müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz. Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız. Xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız. … Ayrıldıq Zərdüştlüyümüzdən, özümlüyümüzdən, qapıldıq, qatıldıq qəzavü-qədərə, cənnətə-cəhənnəmə – o dünyaya, hurilərə-pərilərə – Özgələşdik – Özümüzə qayıtmaq gərək!

II

Babəkliyimiz – Yenilməzliyimiz, əyilməzliyimiz; nəhəng yağıyla döyüşümüz , fərəhimiz, qəhrəmani müdikliyimiz, cəngavər idrakımız, İnamımız. Dəhşəti sarsıtmağımız – Üz Ağlığımız. Oda bənzərliyimiz – bənzərsizliyimiz. Daxili Şirvinliyimiz – ilkinliyimiz. … Ayrıldıq Babəkliyimizdən, özümlüyümüzdən – parçalandıq, paralandıq, rəiyyətləşdik, özgələşdik – Özümüzə qayıtmaq gərək!

III

Qorqudluğumuz – Od Ruhluğumuz, Ağsaqallığımız, Nəsilliyimiz, Dədəliyimiz. Ulu Ada çatmağımız, hünər qaynağımız, özüllüyümüz, ulusluğumuz. Qocalığımız – Ucalığımız. … Ayrıldıq – Qorqudluğumuzdan: – Özümlüyümüzdən, Yetimləşdik, Özgələşdik – Özümüzə qayıtmaq gərək!

IV

Nəsimiliyimiz – Əzəli İlahiliyimiz, İnsaniliyimiz, İnsandan başqa Allah tanımamağımız – Göyləşən Yer, Ənəlhəq ləyaqəti, dönməzlik ənənəsi. … Ayrıldıq Nəsimilikdən, İlahilikdən: – adiləşdik – Özümüzə qayıtmaq gərək!

V

Füzuliliyimiz – Aşiqliyimiz, Mütləq Gözəlliyimiz, Ülvi Fəryadımız, Qəm İşığı, Dərd Odu, Əbədi şamlığımız, müqəddəsləşən göz yaşımız. … Ayrıldıq Füzuliliyimizdən: yadlaşdıq – yağılaşdıq – Özümüzə qayıtmaq gərək!

VI

Muğamlığımız – Pillə-pillə artmağımız, kamilliyə qalxmağımız, harayımız, ehtizazımız, həsrətimiz, heyrətimiz, Mütləqə qovuşmağımız. … Ayrıldıq muğamlıqdan – loğmanlıqdan – hərcayiləşdik, özgələşdik – Özümüzə qayıtmaq gərək!

VII

Sazlığımız – Qüvvətlə Zərifliyin birliyi, Qılınc şaqqıltısı və ləlimək; həm Cəngavərlik, həm Sevgi; həm Dəyanət, həm Riqqət. … Ayrıldıq Sazlığımızdan, nasazıq əslində – özümüzə qayıtmalıyıq – təzədən köklənməliyik…

VIII

Novruzumuzdan Zərdüşt İşığı götürün, Dədə Qorqud Ağsaqqallığı götürün, Babək Hünəri götürün, Nəsimi Vüqarı götürün, Füzuli Heyrəti götürün, Muğam Hikməti götürün, Saz Mətanəti götürün! Novruzumuzdan Novruzluq götürün!

# 2442 dəfə oxunub

Oxşar xəbərlər

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

13:00 9 fevral 2026
"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

13:30 7 fevral 2026
"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

12:00 7 fevral 2026
Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

10:00 30 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər