Gənc şairlərin Bakı Forumu keçirilib - FOTO

Gənc şairlərin Bakı Forumu keçirilib - <span style="color:red;">FOTO
10 iyun 2017
# 13:22

Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində “Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənc şairlərin Bakı Forumu keçirilib. APA-nın məlumatına görə, “Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının baş katibi Aytən Əliyeva forumun məqsədləri haqqında məlumat verib. Onun sözlərinə görə, forum 12 ölkədən Bakıya gələn şairlər üçün dostluq, əməkdaşlıq bayramı olacaq.

Tədbirdə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov forumun mədəniyyətlərarası dialoqa töhfə olduğunu bildirib.

O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, Heydər Əliyev Fondun tərəfindən görülən çox şaxəli işlər mədəniyyət və ədəbiyyat sahələrində də öz təcəssümünü tapır: “Müxtəlif ölkələrdən gələn bu gənclərin Bakıda toplaşması, həm ölkənin ədəbi mühitində, həm də iştirakçıların yaradıcılığında öz izini qoyacaq. “Böyük İpək Yolu” daha çox mədəniyyət layihələrini həyata keçirir. Üç il əvvəl bizim fəallar bir təşəbbüslə çıxış etdilər ki, dünyada şairlərin yaradıcılığına həsr olunan tədbirlər keçirilir, amma gənc şairələrin yaradıcılığına həsr olunan xüsusi forum yoxdur. Biz bu təşəbbüsü müsbət qarşıladıq, təklifləri qiymətləndirib layihəni ərsəyə gətirdik. Sevinirəm ki, tədbir UNESCO tərəfindən ən yaxşı layihələrdən biri kimi qiymətləndirildi və artıq üç ildir keçirilən layihəyə ildən-ilə maraq artır. İnanıram ki, gənc şairələrin yaradıcılığına həsr olunan bu forum gələcəkdə daha geniş miqyasda qeyd olunacaq”.

Moldovanın Azərbaycandakı səfiri George Leuka, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, yazıçı Günel Anarqızı forumun əhəmiyyətindən, layihənin ədəbiyyat adamlarının həyatında oynadığı roldan danışıblar. Qeyd olunub ki, üç qitəni əhatə edən forumda iştirak edən söz adamları Bakı ilə daha yaxından tanış olacaq, ədəbiyyat tədbirlərində iştirak edəcəklər.

APA Holding”in prezidenti Vüsalə Mahirqızı rəhbərlik etdiyi media qurumunun ədəbiyyat və mədəniyyətə böyük önəm verdiyini diqqətə çatdırıb: “Ədəbiyyatla, mədəniyyətlə bağlı bütün layihələri alqışlayıram. Media qurumu olaraq ədəbiyyata, söz adamlarına bacardığımız qədər dəstək veririk. “APA Holding”ə daxil olan Kulis.az ədəbiyyat portalı Azərbaycanın ən böyük onlayn ədəbiyyat layihəsidir və bir çox söz adamı portalda öz yazıları ilə çıxış edir. Gələcəkdə bu cür təşəbbüslərə dəstək verməyə hazırıq. Bu cür tədbirlərin keçirilməsi bir arxayınlıq yaradır ki, ədəbiyyatın gələcəyi var. Dövlət qurumları, gənclər təşkilatları ədəbiyyatla bağlı layihələrə maraq göstərirlər. Bütün bu təşəbbüslər sözün yaşamasına xidmət göstərir”.

Daha sonra forumda iştirak edən gənc şairlər öz şeirlərini səsləndiriblər.

Forum işini “Qadınlarının inkişaf perspektivində Şərq-Qərb mədəni müxtəlifliyi, “Ənənəvi internet ədəbiyyatı” və digər mövzularda müzakirələrlə davam edib.

# 1233 dəfə oxunub

Oxşar xəbərlər

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
# # #