Dindarlar Çingiz Abdullayevə qarşı

Dindarlar Çingiz Abdullayevə qarşı
23 sentyabr 2013
# 13:45

“Kaspi” qəzetində müsahibə verən yazıçı Çingiz Abdullayev Allaha inansa da axirət dünyasına inanmadığını bildirib.

Kulis.Az yazıçının fikirləri ilə bağlı ilahiyyatçı Elşad Miridən münasibət öyrənib: “Çingiz müəllim yazıçı olduğuna görə başqa bir ingilis yazıçısından misal gətirmək istəyirəm. Onun belə bir hekayəsini oxumuşdum. Ana bətnində iki körpənin söhbətindən danışır. Körpənin biri deyir ki, anadan olub başqa bir dünyaya gedəcəyik. Daha bu cür boru ilə qidalanmayacayıq. Əlimizlə yeyəcəyik. Oksigenlə nəfəs alacayıq və sairə. O biri deyir ki, mən bunlara inanmıram. Yəni nəticə etibarı ilə inanan da, inanmayan da bu dünyaya gəlir. Və bildirilən məsələnin həqiqət olduğunu görür. Yəni nəticə etibarı ilə inanan qazanmış olur, inanmayan itirmiş olur.

Elm inkişaf etdikcə məlum olur ki, hər bir şeydə mənfi və müsbət enerjilər mövcuddur. Əvvəllər atom ən kiçik zərrəcik kimi qəbul edilirdisə, indi atomun da neytron və protona parçalandığı məlum olur. Yəni bunlar bir-birini tamamlamasa kainatın özü çökə bilər. Allah deyir ki, biz hər şeyi cüt yaratdıq. Yəni bu dünyanı müsbət qəbul eləsək, mənfisi, mənfi qəbul eləsək müsbəti olmazmı? Bu cür düşüncə islam dininə görə qəbuledilməzdir.”

Elşad Miri islamın bu cür məsələlərə münasibəti haqda deyib ki, islamda hökm verməzdən əvvəl həmin adamın bu məsələləri nə dərəcədə bildiyi araşdırılmalıdır: “Yəni cəhalət üzür sayılır. Bir insanın bilməməyi onun üçün üzrlü hesab edilir. Amma bir insan bunları bilib inkar edərsə, bu artıq absurddu. Nə “Quran”da, nə də peyğəmbərimizin hədislərində yoxdur ki, o dünyada bizi ağ paltarlı nurani qoca qarşılayacaq”.

İlahiyyatçı Qoşqar Səlimli isə Çingiz Abdullayevi ateist hesab etdiyini bildirib: “Allaha inanan insanla müsəlman arasında fərq var. Hər allaha inanan müsəlman olmaz. Əgər bir insan özünü müsəlman adlandırırsa bu insanın mömin olması üçün onun müəyyən inam əsaslarına inanması lazımdır. Bunlardan biri də axirətə inamdır. Müsəlman olmaq üçün allaha inamla bərabər axirətə inam da vacibdir. Çünki bunlar “Qurani-Kərim”də qeyd olunan məsələlərdir. “Allaha inanıram” deməklə müsəlman olmaq mümkün deyil, çox adam allaha inanıram deyir, amma müsəlman olmaq, mömin olmaq başqa şeydir. Bu allahın buyurduqlarından birini inkar etməkdi. ”

Çingiz Abdullayevin “cənnət olsa çox maraqsız olacaq” fikirlərinə də münasibət bildirən ilahiyyatçı deyib ki, bu islamdan xəbəri olmayan insanın dedikləridir: “Çingiz Abdullayev çox yaxşı yazıçı ola bilər. Amma bu onu alim etməz. İslamdakı cənnət anlayışından xəbəri olmayan bir adamın onun haqqında rahat bir şəkildə mülahizə yürütməsi yanlışdır. Bu adam hər halda başqalarından seçilmək istəyir. Nə qədər məşhur insan olsa belə bəzən seçilmək üçün belə xoşagəlməz şeylər söyləyirlər. Nəhayətdə Çingiz Abdullayev Azərbaycan cəmiyyətinin üzvüdür. Azərbaycan cəmiyyəti də müsəlman olması ilə seçilir. Belə tanınmış bir adamın öz xalqına yad olan şeyləri söyləməsi yanlışdır. Ümumiyyətlə belə insanlar özlərini xalqdan seçməyi, xalqı aşağılayıb özlərini yüksəltməyi sevirlər. Bu yanlış bir şeydi. Mən Çingiz müəllimdə bir neçə dəfə bunu müşahidə eləmişəm. Nəhayətdə siz də bu millətin içindən çıxan birisiz”.

# 4854 dəfə oxunub

Oxşar xəbərlər

Salam Sarvan poeziyasında sözün rəqsi və zamanın palitrası - Elmir Həsən

Salam Sarvan poeziyasında sözün rəqsi və zamanın palitrası - Elmir Həsən

11:28 19 may 2025
Bunu ilk dəfə Cəlil Cavanşir edib - Heç yaddaşı ağrıyan insan gördünüzmü?

Bunu ilk dəfə Cəlil Cavanşir edib - Heç yaddaşı ağrıyan insan gördünüzmü?

15:00 15 may 2025
"O sizi bu dəfə xilas etdi, ikinci dəfə bu olmayacaq" - Xalq yazıçısı Elçin 82 yaşında

"O sizi bu dəfə xilas etdi, ikinci dəfə bu olmayacaq" - Xalq yazıçısı Elçin 82 yaşında

12:00 13 may 2025
Montenin esselərində Nizami Gəncəvi - Tanrıverdi Əliyev

Montenin esselərində Nizami Gəncəvi - Tanrıverdi Əliyev

11:19 7 may 2025
"Milli Kitab 10-luğu" - "Dəli Kür"

"Milli Kitab 10-luğu" - "Dəli Kür"

09:00 7 may 2025
"Oxudum, özümü təhqir olunmuş hiss edirəm" - Hekayə müzakirəsi

"Oxudum, özümü təhqir olunmuş hiss edirəm" - Hekayə müzakirəsi

12:00 6 may 2025
#
#
# # #