Lyosa Tolstoy mükafatı aldı

Lyosa Tolstoy mükafatı aldı
6 oktyabr 2017
# 10:14

Maria Varqas Lyosa “Yasnaya Polyana” mükafatını qazanıb.

Kulis.Azın rus mətbuatına istinadən verdiyi məlumata görə, mükafat “Xarici ədəbiyyat” kateqoriyasında yazıçının “Təvazökar qəhrəman” kitabına görə verilib. Mükafat “Bolşoy teatr”da keçiriləcək mərasimdə təqdim ediləcək.

Lyosa Latın Amerikasının klassiklərindən hesab olunur. Xulio Kortasar, Borxes və Markeslə bərabər yeni proza ənənəsini yaradan yazıçıdır.

“Təvazökar qəhrəman” 20 dilə tərcümə olunub, 10-dan çox ölkədə bestsellərə çevrilib.

“Yasnaya Polyana” mükafatının bu nominasiyası 2015-ci ildən verilir. Nominasiyada həm xarici müəlliflər, həm də ruscaya tərcümə olunmuş kitablar mükafatlandırılır. Xarici müəllif 1 milyon rubl, rusca tərcümə olunmuş kitab isə 200 min rubl əldə edir.

Xatırladaq ki, keçən il bu mükafata Orxan Pamuk layiq görülmüşdü.

# 2300 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər