Öpmək yox, qoxlamaq

Öpmək yox, qoxlamaq
3 fevral 2014
# 11:59

Kulis.Az Alik Əlioğlunun yeni şeirlərini təqdim edir.

Yad şəhərdə

Səhərlər durub tanımadığımız

Bir şəhərin dar

küçələrini süpürürük, zibilini daşıyırıq

Gecələr

Oyanıb dərisini gün yandırmış

Qıvrım cod saçlı yetim uşaqlara

Ən xoşbəxt şahzadənin nağılını danışırıq...

Kimsə gəlməlidir.

Günlər uzanır və heç kəs gəlmir.

Geriyə baxmaq dəhşətlidir.

Görürsən ki,

İllər öncə qulağını qatar relsinə dirəyib

Qatarın səsini dinləməklə

Uzaqlar arzusunda yaşadığınçün

Səni gətirib uzaqlara atıblar...

Görürsən ki, yiyəsizsən...

Görürsən ki, bu amansız məhəllədə

Günbəgün itlər də yoxa çıxır,

Pişiklər də...

Bilmirsən öldürürlər, ya azdırırlar...

Və sən

Bilmirsən hönkürüb ağlayasan

Ya sadəcə kədərlənəsən...

Elə bir doğma adam gəlməlidir ki,

Onu öpmək yox, qoxlamaq istəyəsən.

Yanında olduğuna əmin olmaq üçün

əlini üzünə qoyub yoxlamaq istəyəsən...

Günlər uzanır. Heç kəs gəlmir...

Və sən bir-bir ölürsən...

Qadın və s.

Bütün dustaqların bir mövzusu var:

Yeni həyata necə başlamaq...

Harada, kiminlə?

Bəmbəyaz bir qadın,

Yorğun təbəssümlə

Axır küçədə...

Leysan yağışda su misalı

Üzüaşağı...

Kişi və qadının görüşü

Tale deyil yəqin,

Ssenaridir düşünülməmiş...

Adəmlə Həvvanın işidir -

Sonadək görülməmiş.

Qadın – küçə qaydalarını pozmaqdır.

Bir az uduzmaqdır...

Bütün dustaqların bir mövzusu var:

Yeni həyata necə başlamaq...

Harada, kiminlə?

Həyata qadından başlamaq

Taleyindən kənara çıxmaqdır.

Bədbəxtlikdir yəni

Ah, yazıq Pirosmani...

Şərif Ağayara

Bir gün oyanıb

Dəmir barmaqlıqlardan çıxan

Və üzü Allaha tərəf

Addımlayan qoca bir kişiyə çevrildim.

Bir əlim iflic oldu

Bir əlimi ona verdim...

Bir üzümü saqqal basdı,

Bir üzümü ona çevirdim.

Bir tərəfim çürümüşdü,

Bir tərəfimlə sevirdim...

Səni, onu, hamını...

Hamını sevmək olmur –

Keçən il bu qənaətə gəldim.

Və bu il haqqımda ən yaxşı sağlıq deyildi

Badə qaldırdı dostlarım

Şərif məni bir sualla ifadə elədi:

“Olar ağlayım?”

# 4504 dəfə oxunub

Oxşar xəbərlər

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər