Məşhur ingilis aktrisa Mia Qot təxminən 10 illik nikahdan sonra amerikalı aktyor Şaya LaBaf ilə rəsmən boşanmaq üçün Los-Anceles məhkəməsinə müraciət edib.
Kulis.az xəbər verir ki, iddia ərizəsində cütlüyün 2025-ci ilin iyulundan bəri ayrı yaşadığı və ayrılığa səbəb kimi aralarındakı qarşılıqlı anlaşmazlıqlar göstərilib.
Mia Qot 4 yaşlı qızlarının qəyyumluğunun özünə verilməsini, LaBafa isə yalnız görüş hüququnun tanınmasını tələb edib.
Qeyd edək ki, çəkiliş meydançasında tanış olaraq 2016-cı ildə evlənən, 2018-ci ildə ayrılıb 2020-ci ildə yenidən bir araya gələn cütlük üçün bu, ilk rəsmi boşanma olacaq.