Bakirə-ən cazibədar qatil

Bakirə-ən cazibədar qatil
7 iyun 2013
# 10:48

Detektiv roman intellektual bir oyundur. Bir az da idman yarışıdır. Detektiv roman yazmağın çox sərt qaydaları var. Bu qaydalar vacibdir. Özünə hörməti olan hər bir detektiv yazar bu qaydalara riayət etməlidir. Buyurun, siyahı; bir az məşhur detektiv yazarların təcrübələrinə, bir az da fərdi fikirlərimə söykənirəm.

1. İpucları açıq-aydın ifadə edilməlidir.

2. Günahkarın, detektivi yanıltmağa hesablanmış cəhdləri istisna olmaqla yazar oxucunu yanıltmağa çalışmamalıdır.

3. Romanın mövzusu eşq olmamalıdır. Məqsəd aşiq cütlüyü nikah məmuru qarşısına çıxarmaq deyil, günahkarı hakim qarşısına çıxarmaqdır.

4. Detektivin özü və ya rəsmi istintaq görəvlilərindən hər hansı biri günahkar çıxmamalıdır. Bu açıq-aydın hiyləgərlikdir; bir qızıl sikkənin əvəzində parıldayan qəpik təklif etməyə bənzəyir.

5. Günahkar məntiqi üsullarla tapılmalı, səhvən, bəxtəbəxt və ya özünün etirafı nəticəsində ortaya çıxmamalıdır. Bu, oxucunu içindən çıxılmaz bir labirintə sürükləyir, müvəffəqiyyətsiz olunca da axtardığı şeyi köynəyinizin cibindən çıxarmağa oxşayar. Bunu edən yazar təlxəkdən fərqsizdir.

6. Detektiv romanında bir detektiv olmalıdır və o, detektivlik etmədiyi müddət ərzində detektiv sayılma bilməz. Vəzifəsi ipuclarını toplamaq və ilk hissədəki günahkarı aşkarlamaqdır. Əgər bu məqsədini ipuclarının analizi ilə reallaşdıra bilməzsə, həndəsə sualının cavabını kitabın arxasından köçürən şagirddən fərqi olmaz.

7. Detektiv romanında bir cəsəd olmalıdır və cəsəd nə qədər ölü isə o qədər yaxşıdır. Ölümdən daha yüngül bir cinayət işə yaramaz. 300 səhifə, cinayətdən başqa bir günah üçün lap çoxdur. Oxucunun səbri və xərclədiyi enerji mükafatlandırılmalıdır.

8. Cinayətin təhlil edilməsi tamamilə obyektiv üsullara söykənməlidir. Fal taxtaları, düşüncə oxuma, ruh çağırma seansları, şüşə kürələr və s. inanılmaz üsullar tabudur. Oxucu, həqiqi üsullardan istifadə edən detektiv ilə rəqabətə girə bilər; amma ruhlar aləminə səyahət və ya metafizikanın dördüncü ölçüsünü tapmaq kimi fikrə düşəcəksənsə bəri başdan uduzmusan.

9. Yalnız və yalnız bir detektiv olmalıdır. Baş başa verən iki, üç (və ya daha çox) detektivin olması, həm məntiqi nizamı pozar, həm də oxucu qarşısında haqsız rəqabət üstünlüyü yaratmış olar. Bu vəziyyət oxucunu, bayraq yarışı qrupu ilə yarışdırmağa bənzəyir.

10. Günahkar, əhvalatın müəyyən bir hissəsində iştirak etmiş bir adam çıxmalıdır; yəni oxucunun daha əvvəl tanıdığı, diqqətini çəkən bir adam olmalıdır.

11. Qatil xidmətçi olmamalıdır! Bu çox sadə ola bilər. Normalda cinayəti etməsi mümkün olmayan çıxmalıdır ki, oxucunun əziyyətinə dəysin.

12. Neçə cinayət işlənirsə işlənsin, qatil bir nəfər olmalıdır. Cinayətkara yüngülvarı köməyi toxunanların olması təbiidir, sonda günah bir adımın boynunda qalmalıdır... Oxucunun qəzəbi yalnız bir adama istiqamətlənməlidir.

13. Gizli təşkilatların, mafiya və s. cinayətkar təşkilatlarının, detektiv romanında yeri ola bilməz. Bu cür toplu cinayət mərkəzləri, tək bir cinayətin ovsunlayıcı gözəlliyini pozacaq. Qatilə idmançı kimi bir müdafiə şansının verilməsi lazımdır. Ancaq bütün bir təşkilata güvənməsi qəbul edilə bilməz. Heç bir üst sinif, özünə hörməti olan qatil bu cür bir avansı qəbul etməyəcək.

14. Cinayətin işlənmə forması və istintaq üsulu, şüurlu və elmi olmalıdır. Xəyal məhsulu, spekulyativ qurğulara detektiv romanında yer verilə bilməz. Yazar Jül Vernə bənzər bir fantaziya aləminə səyahət etsə, detektivin fantastikasının xaricinə çıxmış, sərhədləri olmayan macəra fantastikasına girmiş sayılır.

15. Sirrin həlli hər vaxt açıq olmalıdır, heç olmasa ağıllı oxucu üçün. Məncə: Oxucu, həlli oxuduğu zaman, romana başdan-sona nəzər saldığı təqdirdə, həllin əslində orada yatmaqda olduğu, bütün ipuclarının əsl günahkara işarə etdiyi mövzusunda əmin olmalıdır; detektiv qədər hiyləgərsə son hissəni oxumadan günahkarı təxmin edə bilməlidir.

16. Detektiv romanı uzun-uzadı təsvirlər, əlavə mövzulara fokuslanan ədəbi parçalar, diqqətlə işlənmiş şəxsiyyət analizləri, həmçinin hər hansı bir "atmosfer" qayğısı ehtiva etməməlidir. Bu cür keçidlərin cinayət və detektivlik fantastikasına qatqısı yoxdur. Bu, fantastikanı, əsl mövzu ilə maraqsız tərəflərə çəkəcək şəkildə bölə bilər. Əsl mövzu bir sirrin ortaya qoyulması, araşdırılması və müvəffəqiyyətli bir şəkildə həll edilməsindən ibarət olmalıdır. Digər tərəfdən əlbəttə, əhvalata realizm qazandırmaq üçün kafi dərəcədə şərh, xarakter təsviri lazım ola bilər.

17. Detektiv romanında qatil professional cinayətkar çıxmamalıdır. Oğru və quldurların işlədikləri cinayətlər, polis sisteminin sahəsidir; ağıllı, həvəskar detektivlərimizin deyil. Ən cazibədar qatil kilsə rahibi və ya xeyriyyəçi bakirədir!

18. Detektiv romanda cinayət sayılan hərəkətin intihar və ya qəza olduğunun başa düşülməsi qəbulolunmazdır. Bu qədər zəhmətin sonunda belə nəticənin çıxması, oxucunun etibarını zədələyər və qəlbini qırar.

19. Detektiv romanlarındakı bütün cinayətlərin səbəbi fərdi olmalıdır. Beynəlxalq cinayət və döyüş üsulları başqa bir növə aiddir. Məsələn, Gizli kəşfiyyat təşkilatının əməliyyatları. Bir cinayət əhvalatı isə oxucunun gündəlik təcrübələrinə yaxınlıq olmalı, gizlətməyə çalışdığı hisslərinə xitab edə bilməlidir.

20. Nəhayət, siyahımızı cüt ədəd ilə bitirə bilmək üçün, özünə hörməti olan heç bir detektiv yazarının artıq istifadə etmək istəməyəcəyi bir neçə üsulu burada sıralayıram. Bu üsullar o qədər istifadə olunub ki, janrın oxucuları üçün doğmalaşıblar. Bu üsulları istifadə etmək yazarın yararsız və orijinallıqdan məhrum olduğunun etirafı kimidir.

a) Günahkarı hadisə yerində buraxılmış bir siqaret kötüyünün köməyiylə təsbit etmək.

b) Günahkarı etirafa məcbur edəcək, uydurma bir ruh çağırma seansı təşkil etmək.

c) Saxta barmaq izləri.

d) Ağıldankəm olan şahid.

e) Hürməyərək, qatilin tanıdığını bildirən it.

f) Günahkarın, günahkar kimi görünən ancaq günahsız olan birinin əkizi və ya ona çox bənzəyən biri çıxması.

g) Yuxu dərmanı istifadəsi

h) Kilidli otaqdakı cinayətin, polis içəri girdikdən sonra işlənmiş olması

i) Kəlmə testləri ilə günahkarın təsbiti.

j) Detektiv tərəfindən həll edilən şifrəli bir mətin.

S. S. Van Dine

Qeyd: Bu yazı ilk dəfə 1928-ci ilin sentyabr ayında “American Magazine” dərgisində yayımlanıb. Yazının bu gün də aktual olmasının səbəbi odur ki, hal-hazırda dünyaca ünlü detektiv yazarlar da, yerli detektiv yazarlar da müəllifin sonuncu bənddə qeyd etdiyi “olmazları” geninə-boluna istifadə edir.

# 2976 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #