Kamal Abdulla: "Bu mətn bütövlükdə yuxudur" - Ulucay Akifin hekayəsi haqqında

Kamal Abdulla:  "Bu mətn bütövlükdə yuxudur" - Ulucay Akifin hekayəsi haqqında
14 dekabr 2023
# 14:30

Kulis.az Xalq yazıçısı Kamal Abdullanın Ulucay Akifin "Cin dərəsi" hekayəsi haqqında yazısını təqdim edir.

Hekayə mənim çox xoşuma gəldi. Ədəbiyyatımıza yavaş-yavaş Sirr daxil olur və... çıxıb getmir. Mətnlə bərabər yoxa çıxmır. Orada qalır. Etimad Başkeçid, Fəxri Uğurlu tonqal çatır, Həmid Herisçi bu tonqalı üfləyir, Mübariz Örən yelləyir, Cavid Zeynallı onu o üz-bu üzünə çevirir.

Mən sirr görəndə hekayəyə olan marağım artır. Çünki sirrə çatmaq, onu açmaq istəyirsən.

Amma burada sirr var və o açılmır.

Doğrudan da, "sirr nə vaxtsa açılacaq sirdisə, heç əvvəldən yaranmayıb sirr kimi..."

Açılmayan sirr daha maraqlıdır.

Məni bu mətndə sirrə doğru getdiyim yoldan azdıran inversiyalı cümlələr oldu. Onların bu mətndə yeri yoxdur. Ümumiyyətlə, inversiya mətndə sintaktik xarakiri kimi bir şeydir. Elə bil adamı başı üstünə qoyub deyirlər: "yeri".

Borxes deyirdi ki, ədəbiyyat idarə edilən yuxudur.

Bəzən bu deyimi belə başa düşürlər ki, ayrı-ayrı personajlar tez-tez yatıb yuxu görməlidilər. Amma yox, Borxes deyən yuxu bütövlükdə mətnə aiddir. Mətn bütövlükdə yuxu olmalıdır.

Bu mətn bütövlükdə yuxudur. Belə yuxunu bədii cəhətdən mükəmməl mətnə çevirmək asan məsələ deyil. Müəllif bunu, əsasən, bacarıb.

Təbriklər!

# 3196 dəfə oxunub

Oxşar xəbərlər

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

15:00 24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

15:00 23 iyun 2026
"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

10:00 23 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər