50 yaşı tamam olan yazıçı: “Az qalıram utandığımdan qaçıb gizlənəm” – Müsahibə

50 yaşı tamam olan yazıçı: “Az qalıram utandığımdan qaçıb gizlənəm” – Müsahibə
18 yanvar 2021
# 13:50

Bu gün çağdaş nəsrimizin tanınmış imzalarından olan Pərviz Cəbrayılın doğum günüdür. Onun 50 yaşı tamam olur. Kulis.az bu münasibətlə Pərviz bəylə qısa yubiley söhbətini təqdim edir.

- 50 yaş və Pərviz Cəbrayıl. Adamın inanmağı gəlmir. Özünüz necə düşünürsüz? Tezmi keçir ömür?

- Bir vaxtlar biz uşaq olanda görərdik yazıçı-şairlərimizin 50 illik yubileyləri keçirilir. Belə qəribə həyəcanlanardım. Elə bilirdim, o adamların azı min yaşı var və bu dövlət səviyyəli tədbirlər mütləq keçirilməlidi. “Öləngi”ni atamın 50 yaşına bitirməyə söz vermişdim özümə, doğum günündən iki gün sonra, oğlumun doğum günündə bitirdim. Ancaq heç atama demədim də bu haqda. Ancaq o roman əvvəlindən axırınacan ona yazılmışdı. Hətta, oxuyanda belə demişdi: “Bala, sən elə məndən yazıbsan ki...” Məsələ bu deyil ancaq, mənə atamın o 50 illiyi o qədər uca görünürdü ki! İndi bu yaşımdan üzü o yana baxıram, təəccüblənməyə bilmirəm. 50 yaş nəymiş ki və o yazıçı-şairlərə elə təmtəraqlı yubiley keçiriləndə onlar necə utanmırmış?.. İndi mənə dostlar zəng edir, sosial şəbəkədə təbrik yazırlar, az qalıram utandığımdan qaçıb gizlənəm.

Bizim nəslin ömrü ağlımız kəsəndən xaosda keçdi - ömür gah uçdu, gah yerə mıxlandı, heç baş aça bilmədik. Necə deyərlər, heç bilmədim ömrüm necə gəldi, necə keçdi...

Image may contain: Pərviz  Cəbrayıl

- Ad günlərinə və yubileylərə münasibətiniz necədir? Keçirirsinizmi?

- Səmimi deyirəm, mənimçün doğum günləri ciddi önəm daşımır. Vaqif Səmədoğlu demişkən, ağlamaq istəyənə, yağış bir bəhanədi. Təki “oturmağa” bir bəhanə olsun. Bayramlar da eləcə. 28 Mayı və Novruzu çıxmaq şərtilə. Hamısı bu qədər. Məncə, biz doğum günlərini qeyd etmirik, sadəcə, gələn illərə yaltaqlanırıq – gəlsin və ardınca yenisini gətirsin. Bir növ, Molla Nəsrəddin demişkən, işığa gəlsinlər...

- Nələr edə bildiniz 50-yəcən?...

- Artıq yumora çevrilmiş bir söz var e: “Məni bu yerlərə siz gətirdiniz”. Adam zarafata da olsa, “məni bu yerlərə siz gətirdiniz” kimi bir şey demək istərdi, amma mən heç bir yerə gəlməmişəm, gələ bilməmişəm. Heç nə edə bilməmişəm. Bacardığım təkcə 50 il yaşamaq olub. Elə yerimdə qalmışam, yerimdə qala-qala 50 il keçib. Səmimi dediyimi düşünürəm. Hə, heç nə edə bilməmişəm. Amma yazılan təbrikləri oxuyanda fikirləşirəm ki, heç nə edə bilməmişəm, ancaq qazanmışam. Bu qədər sevgi ilə min il yaşamaq olar, ancaq Nazim Hikmət demişkən, oysa mən bir ağac əkə bilmədim...

- Təzə nə yazırsız?

- Biz yazmırıq, yazmağa çalışırıq. Dişlə-dırnaqla, cırmaqlaya-cırmaqlaya. Ömrümüzdən, doğmalarımızın ömründən oğurlaya-oğurlaya. Yeni bir romanın qeydləri gedir, ancaq bilmirəm, yazmaq qismət olacaq, ya yox...

- Bir daha təbrik edirik sizi. Arzu edirik 100-cən gedəsiz... Həm də yaza-yaza...

- Təbrikə, diqqətə görə çox sağ olun! Mənim həyatımın tək mənası arzunuzun son cümləsidi. Təki sağlıq olsun!

# 3666 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #