"Biz itib-eləməmişik..." - Mirmehdi Ağaoğluna CAVAB

"Biz itib-eləməmişik..." - Mirmehdi Ağaoğluna CAVAB
22 oktyabr 2025
# 10:00

Tofiq Nurəli Mirmehdi Ağaoğlunun səksəninci illər ədəbi nəsli ilə bağlı tənqidi yazısına şeirlə irad bilirib.

Bu barədə Mirmehdi Ağaoğlu öz sosial şəbəkə hesabında yazıb.

O, bildirib: "Ötən gün şair Tofiq Nurəli Vatsapıma yazıb səksənincilər nəsli barədə Kulis.az-a verdiyim açıqlamaya etirazını bildirdi: "Biz itib-zad eləməmişik". Deyəsən ürəyi soyumayb, bu mözuda yazdığı şeirini də yolladı. Şeiri oxuyub, özünə yazdım ki, ay Tofiq müəllim, siz elə mənim fikirlərimi şeirlə söyləmisiz, nəyə etiraz edirsiz? Siz də oxuyub, fikrinizi bildirərsiz. Düz demirəm, siz Allah?!

P.S. Yəqin şeiri burda paylaşdığıma görə Tofiq müəllim etiraz etməz. İnsafən, pis şeir də deyil.

Mənim yaşıdlarım

Mənim yaşıdlarım tez qocaldılar
Elə mənqarışıq, özümqarışıq.
Dostlara baxmağa utanır adam
Saçlar bəyazlaşıb, alın qırışıq.

Bilmirəm nə idi sıxan-sındıran
Biz hansı fitnənin felinə düşdük?
Necə qoruyaydıq bir-birimizi –
Zamanın toqquşan yerinə düşdük.

Bizim taleyimiz eyni yazılıb,
Alın yazımızın diqtəsindəydik.
Bizim günahımız deyildi axı –
Vulkanın püskürən nöqtəsindəydik.

Bizi şax olmağa öyrətmişdilər,
Anlaya bilmədik hara əyilək;
Bizimki deyildi köhnə zəmanə,
Təzə dövrana da gərək deyilik.

Səmtsiz bir boşluğa düşdük qəfildən,
Zamanın seçdiyi qurbanlıq bizik.
Durub öz-özümə deyirəm hərdən
Bizi unutdurdu bu çəkisizlik.

Bizdən əvvəlkilər qaldı yerində,
Bizdən sonrakılar qısıb səsini
Bizim çiynimizin üstə salamat
Keçdilər fəlakət məsafəsini...

Mənim yaşıdlarım tez qocaldılar
Alın yazımızın felinə düşdük?!
Zəmanə qurbanlıq yetirdi bizi
Zamanın toqquşan yerinə düşdük.

22.11.2005"

# 2835 dəfə oxunub

Oxşar xəbərlər

"Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır..."- Etimad Başkeçid

"Kor-koranə heyranlıq tarixin saxtalaşdırılmasına yol açır..."- Etimad Başkeçid

15:45 7 avqust 2026
Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər