"Azərbaycan nəsri ingiliscə tərcümədə” – yeni toplu təqdim olunub

"Azərbaycan nəsri ingiliscə tərcümədə” – yeni toplu təqdim olunub
30 dekabr 2024
# 10:21

“Mədəniyyətlərin qovuşması: Azərbaycan nəsri ingiliscə tərcümədə” adlı tərcümə toplusunun təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, toplu Naxçıvan Dövlət Universiteti (NDU) İngilis dili və tərcümə kafedrasının təşəbbüsü ilə hazırlanıb.

Tədbiri giriş sözüylə açan NDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə layihənin Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyətini qeyd edib.

Xarici dillər fakültəsinin dekan əvəzi Yasin Babazadə toplunun tələbələrin peşəkar inkişafına və mədəniyyətlərarası əlaqələrin güclənməsinə töhfə verdiyini qeyd edib.

İngilis dili və tərcümə kafedrasının müdiri İlhamə Məmmədova layihənin kafedranın əməkdaşları və tələbələrin iştirakı ilə ərsəyə gəldiyini diqqətə çatdırıb. Kitabın bədii redaktoru Sevil Gültənin tərcümələrin üslub və bədii ruhunu qorumaq istiqamətindəki peşəkar yanaşması xüsusi qeyd olunub.

Universitetin Tərcümə Mərkəzinin müdiri Şirməmməd Qulubəyli tərcümələrin keyfiyyətini yüksək qiymətləndirib.

İngilis dili və tərcümə kafedrasının əməkdaşı Elçin Mirzəyev isə tərcümə prosesində qarşıya çıxan çətinliklərdən və onun yaratdığı təcrübə zənginliyindən danışıb.

# 2098 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər