Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?
1 avqust 2026
# 15:30

Kulis.az professor Buludxan Xәlilovun "Taleyi özü ilə doğulan Nəriman Həsənzadə" yazısını təqdim edir.


Dünyaya gәliş vә dünyadan gediş arasındakı müddәt real bir hәyatdır. O da real bir hәyatdır ki, dünyadan gedәnlәrin bәzilәrinin yeni hәyatı başlayır. Yeni başlayan belә hәyat da xatirәlәr, duyğular, yaranmışlar... baş qaldırır, nәsillәrdәn nәsillәrә yaşayır, әsrlәrdәn әsrlәrә gedib çıxır, hәyatımızın özünü müşayiәt edir. Bütün klassiklәrimizin hәyatını belә hәyat hesab edirik, onların yaradıcılığına olan tәlәbatımızı da bu sәbәbdәn görürük.

Nizaminin, Füzulinin, Xәtainin, Cavidin, Vurğunun... hәyatı da belәdir. Hәr әsr öz әlәyi ilә әlәyib seçdiklәrinә әbәdi yaşamaq pas portu verir.
Artıq iki әsrin әlәyindәn üzüağ çıxmış, müasir olduğu qәdәr dә klassiklәşmiş, imzası imzalar içərisindә seçilәn, çağdaş poeziyamızın görkәmli nümayәndәlәrindәn biri dә Əmәkdar incәsәnәt xadimi, Xalq şairi Nәriman Hәsәnzadәdir.

Nәriman Hәsәnzadә XX әsrin 60-cı illәrindә әdәbiyyatımızın әdәbi üfüqlәrindә par-layan sәnәtkarlarımızdandır. Taleyi özü ilә doğulan, butası doğulduğu gündәn verilәn Nәriman Hәsәnzadә ilk şeirini altıncı sinifdә oxuyarkәn M.V.Vidadinin “Ağlaram” şeirinin tәsirilә yazmışdır. Nәriman Hәsәnzadәnin ilhamı, özünün dediyi kimi, şair Çoban Əfqandan gәlir. O Çoban Əfqan ki, o, Kür qırağında qoyun otararmış vә onun xeyli şeiri olubdur. 1920-ci ilә qәdәr ya şayan bu çobanın şeirlәrini Nәriman Hәsәnzadә bir yerә toplayıb çap etdiribdir. Hәmin bu çoban әvvәlcә N.Hәsәnzadәnin anasının yuxusuna girib vә ona deyib: “Sәnin oğlun şairdi, ona ilhamı mәn verirәm. Oğluna denәn, mәnә bir şeir yazsın”.

N.Hәsәnzadә müsahibәlәrinin birindә qeyd edib ki, belә bir yuxunu rәhmәtlik Şahmar Əkbәrzadә dә görüb. Adәtәn, buta kim tәrәfindәn verilirsә, o şәxs buta verilәn adama gizli qalır. Bizim nağıllarımızda, dastanlarımızda, mifologiyamızda әsl hәqiqәt dә belәdir. Ancaq bir müddәtdәn sonra buta verәn şәxs buta alanın gözünә görünür, әn çәtin mәqamlarda yuxusuna girir, ona yol göstәrir. Bunu da N.Hәsәnzadәnin taleyindә görürük. Yenә dә N.Hәsәnzadәnin müsahibәlәrinin birindә, daha doğrusu, “Bәs Çoban Əfqan öz yuxunuza girmәyibmi?” sualına o belә bir cavab vermişdir: “Düz 70-i haqlayanda gördüm onu yuxuda. Ortayaşlı, saqqallı bir kişinin “Çoban Əfqan mәnәm” sözlәrini xatırlayanda elә bilirәm, hәlә dә yuxudayam.
“Damcılı bulaq”dan bir dolça su doldurub mәnә uzatdı ki, iç. Bәzi şeylәr var ki, onu dillә deyә bilmәrәm... Görün neçә ildir, bu şәxs mәnimlәdir? Artıq Çoban Əfqan mәnim qәhrәmanıma çevrilib”.

Demәli, N.Hәsәnzadә öz butası ilә әdәbiyyatımıza gәlәn, ilham pәrisi bu butadan qaynaqlanan vә әdәbi taleyi tәbli olan sәnәtkarlarımızdan biridir. Heç şübhәsiz ki, Azәrbaycan әdәbiyyatındakı korifeylәrin hәr biri butalıdır, onlara istiqamәt verәn, yol göstәrәn vә yaradıcılığını stimullaşdıran çoxlarının düşünmәdiyi, әhәmiyyәt ver-mәdiyi, bәzәn dә ağlına gәlmәdiyi butalardır.

N.Hәsәnzadәnin yaradıcılığında mövzu rәngarәngliyi var. Onun mәhәbbәt şeirlәrini oxuyanda mәhәbbәt dastanlarımızın daha müasir, real yaşanmış ömrünü vәrәqlәmiş olursan. “Leyli vә Mәcnun”, “Abbas vә Gülgәz”, “Aşıq Qәrib”, “Əsli vә Kәrәm” das-tanları öz dövrünün mәhәbbәtini tәrәnnüm edibdirsә, N.Hәsәnzadә dә mәhәbbәt mövzulu şeirlәrindә müasir dünyamızın, çağdaş dünyamızın mәhәbbәt dastanını yaradıbdır. Maraqlıdır ki, N.Hәsәnzadә öz hәyat yoldaşının sağlığında ona bir dәnә dә olsun şeir yazmamışdır. Ancaq onun ölümündәn sonra ithaf etdiyi şeirlәrin hәr biri dastandır. Ancaq yığcam, sәlis, lakonik, poetiktutumlu bir dastandır.

Fikir verin:

Mәnim nikahımı pozdu tәbiәt,
Köklәdi simlәri xeyir-şәr üstә.
Sәnә – mәzar boyda yeraltı zülmәt,
Qurulu ev qoydu mәnә yer üstә.

Yaxud onun “Mәn sәni sevdim ki”, “Qızmaz”, “Dözüm”, “Daşı sevmәliyik biz indәn belә”, “Sağ canımda ağrıyan yerim”, “Qadınsız hәyat” vә s. şeirlәri poetik tәlәblәrә tam cavab verәn müasir dünyanın, müasir insanın, mәhz N.Hәsәnzadәnin şәxsәn özünün, taleyinin mәhәbbәt dastanıdır.

Bir daha qeyd edәk ki, Nәriman Hәsәnzadәnin sevgisi, mәhәbbәti müasir dünyamızın dastanıdır. “Qurbani”, “Abbas vә Gülgәz”, “Aşıq Qәrib” vә digәr mәhәbbәt mövzusunda olan dastanlar sevilә-sevilә oxunur, onların әsasında operalar yazılmışdır. Bu sırada tәrәddüd etmәdәn deyә bilәrik ki, bir “Nәriman vә Sara” das-tanı da vardır. Bu dastanın ayrı-ayrı süjet xәttini, epizodlarını Nәriman Hәsәnzadә qәlәmә alsa da, onu bir dastan formasına zamanın özü salacaqdır. Dastan yaradıcılığı üçün, adәtәn, qayda belәdir: hadisәlәr bir müddәt xalqın hafizәsindә yaşayır, dildәn-dilә keçir, dastan şәklinә düşür.

Xalq öz istәk vә arzularını da әlavә etmәklә “Nәriman vә Sara” dastanını yaradacaq, heç şübhәsiz, onun variantları da formalaşacaqdır. Nәriman Hәsәnzadә “Nәriman vә Sara” dastanının ayrı-ayrı qollarını yazdığı şeirlәrdә nәzmә çәkmişdir. Burada onun ümidi, inamı ilә yanaşı, mәhәbbәtinә sadiqliyi vә dözümü, taleyi ilә barışmağı, әrşә çәkilәn yuxuları oxucunu özünә çәkir, dәrdli şairin dәrdinә hәmdәrd olmaq hissini aşılayır. “İnam”, “Qoymaram”, “Gözә gәtirdim sәni”, “Mәn sәni sevdim ki...”, “Sәn köçdün dünyadan”, “Ürәyim ananı istәyir, qızım”, “Ayrılıq”, “Daşı sevmәliyik biz innәn belә”, “Qızmaz”, “Mәnim nikahımı pozdu tәbiәt” vә s. şeirlәr bu qәbildәndir. Bir daha qeyd edәk ki, bu şeirlәr “Nәriman vә Sara” dastanının qollarıdır, budaqlarıdır.

N.Hәsәnzadәyә görә, kişi qadından yetim qalır. Bu onun mәhәbbәt dastanının qәliblәşmiş aforizmidir. Müdriklәrdәn biri deyib ki, әgәr uşağı ağlayan görürsәnsә, heç nә görmәmisәn. Qadını ağlayan görürsәnsә, yenә dә heç nә görmәmisәn. Kişini ağlayan görürsәnsә, bax, әsl faciә budur.

N.Hәsәnzadәnin әdәbi-bәdii düşüncәsi belә normaları qәbul etmir. O, uşağı da, qadını da әslindә imkanı olsa, ağlamaqdan xilas edәr, kişilәrә gәlincә, onları qadının mәhәb bәtinә – tәmiz mәhәbbәtә, qadının, әn azı, isti nәfәsinә tabe edәr.

Çünki N.Hәsәnzadә şair kimi mәhz haqlı olaraq ülvi hisslәrin, duyğuların tәsiri altında düşünür ki, qadın özü hәyatdır vә müsahibәlәrinin birindә deyir: “...Qadınlar dü-nyanın әn zәrif mәxluqudur. Hәyatda qadınsız yaşamaq olmur. Mәn deyәrdim ki, qadın – yerdәki ilahi varlıqdır. Qadın olmayan yerdә hәyat yoxdur...”.

Budur, N.Hәsәnzadәnin müasir dünyada qadınla, mәhәbbәtlә bağlı yaratdığı dastan. Bu dastanı oxumaq üçün N.Hәsәnzadәnin tәrcümeyi-halını vәrәqlәmәk lazımdır, onun bugünә qәdәrki hәyatını öyrәnmәk lazımdır. Ölüm qaçılmazdır, dünyaya bir gün gәlәn bir gün dә bu dünyadan köçәcәkdir. Bәlkә dә, taleyin bu qismәtinә görә insanlar bir-birinә bәnzәyirlәr. Ancaq mәqamı olduğu üçün bu bәnzәrlikdәn deyil, taleyin ayrı bir bәnzәrliyindәn bәhs etmәyә bilmirәm.

Bu da Nәriman Hәsәnzadә ilә Türkiyәnin yazarı, şairi İsa Kayacanın talelәrinin bәnzәrliyidir. Hәr iki şairin tale bәnzәrliyi barәsindә 2006-cı ilin 28 yanvarında Türkiyәdә “24 saat” qәzetindә çap olunmuş “Benim nikahımı bozdu tәbiәt (vә ya ben sensiz ölürüm)” mәqalәsindә çox maraqlı müqayisәlәr aparıl mışdır. Belә ki, hәr ikisi sevib seçdiklәri qızla evlәnmişdir. Hәr ikisinin sevimli xanımı, ömür-gün yoldaşı birdәn-birә ölümün qurbanı olmuşdur. Hәr ikisi ömür-gün yoldaşından, öz sevimli qadınından yetim qalmışdır.

Hәr ikisinin ömür-gün yoldaşının – qadınının, xanımının әbәdi mәnzili olan mәzar onlar üçün tәsәlli yerinә çevrilmişdir. Hәr ikisi öz qadınının mәzarını hәr dәfә ziyarәt etmәklә ömür-gün yoldaşının yoxluğunu unutmağa çalışır vә bәlkә dә, bu soyuq mәzardan özlәrinә, evlәrinә bir hәnir, istilik aparır. Hәr ikisi qadınının mәzarını ziyarәt etmәklә sevgisinә, mәhәbbәtinә sadiqliyini yaşadır vә bundan başqa, xanımına sadiqliyi yolunda әllәrindәn ayrı bir iş gәlmir.
Hәr ikisinin mәhәbbәti dillәr әzbәri oldu vә Azәrbaycanın “Nәriman vә Sara”, Türkiyәnin “İsa vә Sabahat” eşqini әbәdi olaraq yaddaşlara hәkk elәdi. Mәncә, bu eşqә, mәhәbbәtә hörmәt, qibtә әlamәti olaraq çoxları Nәriman Hәsәnzadәnin vә İsa Kayacanın öz qadını barәsindә yazdıqlarını sevә-sevә oxuyaraq hәm dә onlar haqqın-da öz qoşqularını da söylәyәcәklәr. Bax, bu da belәcә, zaman-zaman “Nәriman vә Sara”, “İsa vә Sabahat” dastanını vә onun müxtәlif qollarını yaradacaqdır...

N.Hәsәnzadә yaradıcılığında qadın, ana, qız, bir sözlә, bu zәrif mәxluqun yerini tapırsan. Şairin bu zәrif mәxluqlara nә qәdәr diqqәtli, hәssas olduğunu görürsәn.

Belә gözәl, belә zәrif, belә pak
sәni harda bәslәyiblәr qız, belә?
Hansı evә qәdәmlәrin dәyәcәk,
o evdә dә yeri belә, gәz belә.
Nәfәsini çiçәk alır, gül duyur,
ona görә güllәr gözәl qoxuyur.
Sәni görüb qәfәsdә quş oxuyur,
quş – könlümdü, sinәmdi qәfәs belә.
Bu dünyanın qışı qışdı, yayı yay,
bu ayları, bu günlәri sayhasay.
Aramızı yaş kәsibdi, ay haray,
ha çağırsam, çatan deyil sәs belә.

Gördüyünü – gerçәkliyi vә onun poetik effektini natural bir şәkildә әks etdirmәk N.Hәsәnzadәnin şair hәssaslığının tәzahür formasıdır. Hәlә Moskvada M.Qorki adına Ədәbiyyat İnstitutunun tәlәbәsi ikәn şairin yaradıcılığı ilә maraqlanan Balkar Xalq şairi Kaysın Kuliyev yazırdı ki, “Mәn Nәriman Hәsәnzadәnin şeirlәrini görәndә mәhz ona görә sevindim ki, onlarda (şeirlәrdә – B.X.) ritorikadan, tәmtәraqlı, bәzәkli ibarәlәrdәn uzaq, tәmiz, pak insan sәsi hiss etdim”.

Nәriman Hәsәnzadә Türk dünyasının başqa bir böyük şairi Bәxtiyar Vahabzadә N.Hәsәnzadәnin kitabına yazdığı böyük mәqalәsindә “...o, ürәk dilindә danışır” deyә qәlәm dostunun әsәrlәrinә yüksәk qiymәt verirdi.

Nәriman Hәsәnzadә sevgi adlı gәmiyә minib Azәrbaycan әdәbiyyatının sularına gedir. Gәmiyә minәnlәr çoxdur, ancaq sevgi gәmisindә gәzmәk milyonların içәrisindә bir neçәsinin alın yazısı vә taleyidir.
Bu bir neçәlәrin içәrisindә Nәriman Hәsәnzadәnin kimliyi seçilir. O hәr şeydәn әvvәl şairdir, içәrisi sevgi ilә dolu olan şairdir. O bu sevgini misralara paylamaqla sevilir, sevgi vasitәsilә hәyatın bütün mәqamlarında nicat tapır. Onda sevgi olmasa, heç yaza da bilmәz, onda sevgi olmasa, heç sevgi adlı gәmiyә minә dә bilmәz, onda sevgi olmasa, heç sevilmәz dә...

Nәriman Hәsәnzadә sevgisini adi bir sevgi kimi qәbul etmәk, әn azı, әdalәtsizlik, әn azı, onun şair kimliyini dәrk etmәmәkdir. Odur ki, onun sevgisi sevәn hәr bir kәsin istinad etdiyi sevgidir, onun sevgisi sevginin yükünü vә ağırlığını insanların boynuna yük kimi qoyan sevgidir, onun sevgisi dünyanı bәzәyәn sevgidir, onun sevgisi tәmizliyi, saflığı, hәlimliyi bir pay kimi insanlara paylayan sevgidir.

Nәriman Hәsәnzadәnin sevgisi heç kәsin sevgisinә (tәbii ki, şairlәr nәzәrdә tutulur) bәnzәmәyәn, mәhz Nәriman Hәsәnzadәnin özünә, tәbiәtinә, ruhuna uyarlı bir sevgidir. Nәriman Hәsәnzadә bir şair kimi öz sevgisinin (geniş mәnada) quludur. Sevgi onun başına tacdır, ürәyinә mәlhәmdir, oxucularına tәskinlikdir, sevәnlәrә ümid yer-idir. Kim öz sevgisindә yarımayıbsa, Nәriman Hәsәnzadәni oxusun, kim öz sevgisinә çatmayıbsa, yenә dә Nәriman Hәsәnzadәni oxusun, kim öz sevgisinә qovuşubsa, Nәriman Hәsәnzadәni daha çox oxusun, kim öz sevgisini axtarırsa, Nәriman Hәsәnza-dәnin kitablarını stolüstü kitabı etsin, kim hәlim, hәssas, duyğulu, zәrifxarakterli olmaq istәyirsә, Nәriman Hәsәnzadә yaradıcılığına üz tutsun, kim sevgidә müasirliyin tәlәblәrini axtarırsa, Nәriman Hәsәnzadәnin kitablarını oxumaqdan әl çәkmәsin, kim sevgidә hörmәtli olmaq istәyirsә, Nәriman Hәsәnzadәnin şeirlәrinә üz tutsun...

Bunun sәbәbi onunla bağlıdır ki, sevgi Nәriman Hәsәnzadәyә İlahidәn verilmiş bir sevgidir. Açığı, Nәriman Hәsәnzadәnin istedadının gücü hәm dә sevgidәdir. O yazır: Mәn sәni sevәndә yaz havasıydı,
neylәyim, taleyin gözü tökülsün.
Hәyatım әlindә quş yuvasıydı,
Quran özün oldun, uçurdan özün.
Yaxud:
Mәhәbbәt qaranquş yuvası qurur,
o da ilham kimi qısqancdı, gülüm.
Mәhәbbәt ürәkdәn ürәyә yoldur,
ürәk dә ürәyә möhtacdı, gülüm.

***
Nәriman Hәsәnzadәnin yaradıcılığında cәnub mövzusu xüsusi yer tutur. Canı, qanı, dili vә dini ayrı olmayan cәnublu qardaşlarımızı öz şeirlәri ilә salamlayan şair yazır:

Sәrhәddә haray salır
Ürәk vәtәndәn ötrü.
Mәndәn qabaq çәkilib
Bu sәrhәd – mәndәn ötrü.

Şair öz hissiyyatını gizlәdә bilmir, tikanlı mәftillәri lәnәtlәyir, bu mәftillәri “kәşf’ edәnlәri mәzәmmәt edir, insanları bir-birindәn ayıranlara narazılığını bildirir. Cәnub mövzusunda yazdığı şeirlәrindә Şәhriyarla Bәxtiyarı, Arazla Kürü, Tәbrizlә Bakını, bir sözlә, Azәrbaycanın şimalı ilә cәnubunu, yaxşı mәnada, qarşılaşdırır vә oxucu görür ki, şairin öz sözlәri ilә desәk, “Ayrılmayan ayrılara salam var”:

Yer dindirir, burda yerә nә deyim,
Baxa-baxa, görә-görә nә deyim?
Şәhidlәrdәn-şәhidlәrә nә deyim?
– Ayrılmayan ayrılara salam var.

XX әsrin 80-ci illәrinin sonlarında başlayan oyanış, ictimai-siyasi hәyatdakı dәyişi-kliklәr, insanlarımızın uzun illәr arzuladıqlarını öz gözlәri ilә görmәlәri – bütün bun-ların ha - mısı Nәriman Hәsәnzadәnin yaradıcılığında bir tarix kimi vәrәqlәnir. Onun “Tikanlı mәftillәr”, “Şәhriyar”, “Keçdim Arazı”, “Tәbriz”, “Salam, Azәrbaycan”, “Qardaş”, “Mәn su gәtirdim”, “Salam var”, “Gördüm”, “Vәtәn qalır yadigar”, “Kür axır”, “Çadralı qızlar”, “Sәs ver Bakıya, Tәbriz”, “Azәr - oğlu” vә s. şeirlәrini oxuyan hәr bir kәs şairin vәtәndaş möv qeyini, kövrәk qәlbini, istәk vә arzusunu aydın şәkildә görür. Şairlәr haqqın, әdalәtin carçılarıdır. Bu yolda dar ağacından asılan da olub, dәrisi soyulan da olub, zindana salınan da olub, ancaq haqqın, әdalәtin naminә şair-lәr sınmayıb, haqq yolundan çәkinmәyiblәr. Mәhz bu mәnada Nәriman Hәsәnzadә haqqa, әdalәtә bağlı olan zәrif, incәruhlu şairlәrimizdәn biridir vә hazırda yaradıcılığının ahıl dövründә yaşayır.

O, cәnub mövzusunda yazdığı şeirlәrin hәr bi-rindә millәtimizin, xalqımızın ruhunu oxşayan, onların birliyinә çalışan mәqamlara toxunur, hisslәrimizә, duyğularımıza hakim kәsilir. Onun bu işinә bir şair kimi kömәk edәn cәhәtlәrdәn biri dә hissiyyat vә duyğudur. Nәriman Hәsәnzadәdә olan hissiyyat vә duyğu başqalarından fәrqlәnir, heç kәsә bәnzәmir. O heç bir siyasi – ideoloji mәqam axtarmır, bununla da hissiyyatını gizlәtmir vә millәti, xalqı birlәşdirәn tarixi dәyәrlәri poeziyaya gәtirir. Hәqiqәti poeziyanın dilindә poetiklәşdirir. Bununla da hәqiqәt poetik dildә, poetik forma vә üslubda sәslәnir: Nadir şah kim olub? Türk. Fәtәli şah? O da türk. Şah İsmayıl, şah Abbas, Nәsrәddin şah, ya Qacar? Bütün bu sülalәlәr?! Türkdü, türkdü, – dedilәr. Türklәr kimdi? Müsәlman. Farslar kimdi? Müsәlman. İran kimindi, İran? İran, fәqәt farsların. Dünyaya boylan, yazıq, içindәn bu hasarın. Şairlәrdә, adәtәn, müşahidә qabiliyyәti daha güclü olur. Belә olmasa, onlar yazıb yarada bilmәzlәr. Çoxlarının vә böyük әksәriyyәtin biganә yanaşdığı mövzular, hadisәlәr şairlәri tutur, onlardan әl çәkmir. Şairlәr belә məqamlarda tәk qalır, bir qәlәm, bir kağıza güclәri çatır. Bu mәnada Nәriman Hәsәnzadә “Gecәlәr dünyada mәn tәk qalıram” misrasını tәsadüfi demir.

Belә mәqamlar, görünür ki, Nәriman Hәsәnzadәnin hәyat tәrzidir, gündәlik mәişәtinin bir hissәsidir. Görünür ki, Nәriman Hәsәnzadә bu ovqat altında öz-özünü sorğu-suala tutur, bәzilәrinә bәraәt qazandırır, bәzilәrini müttәhim kürsüsündә әylәşdirir, bәzilәrini vәsf edir, bәzilәrinin günahlarını onlara başa salmağa çalışır. Bunun üçün hәr şeydәn әvvәl, Nәriman Hәsәnzadәnin kömәyinә onun ilhamı çatır. Şairin ilhamı sinәsindә şam kimi yanır vә qarşı tәrәfә qәti şәkildә belә söylәyir:

Mәnim ilhamıma sәn daş atırsan,
nәğmәli ürәkdәn xәbәrin varmı?
Kimin süfrәsinә әl uzadırsan,
kәsdiyin çörәkdәn xәbәrin varmı?
Nәriman Hәsәnzadәnin şeirlәrinin mövzusu çox konkretdir. Şair mücәrrәdlikdәn, had-isәnin mәzmununu dәyişmәkdәn, uydurma süjet xәtti qurmaqdan, yalançı bәzәkdüzәkdәn çox-çox uzaqdır. Deyilәnlәr “Ey Füzuli”, “Hüseyn Cavid”, “Hәyat ol”, “Mәnim tarixim”, “Hardasan”, “Tank yeridi”, “Qara xәbәr, ağ yalan”, “Sәn oğul de torpağa”, “Azәr baycan harayı”, “Dünya kimisәn”, “Mәni nә gözlәyir” vә s. şeirlәrdә öz tәsdiqini tapır. Açığı, qeyd edәk ki, Nәriman Hәsәnzadә nәdәn yazır yazsın, o, sevgini, sevgi isә onu tәrk etmir. Hәr ikisi bir-birinә o qәdәr qaynayıb qarışır ki, hәtta şair sevgi zarafatlarından da uzaq qaçmır.

Bir dostumu görürәm,
Rәis çağırır mәni.
Qıza görüş verirәm,
Rәis çağırır mәni.

Yaxud:

Mәn evlәnә bilmirәm:
Qız inciyib barışmır,
Qız qaynayıb qarışmır.
Mәn evlәnә bilmirәm:
Qız görüşә çağırır,
Rәis işә çağırır...

N.Hәsәnzadә hissiyatlı, hәzin vә kövrәk notlar üzәrindә söz demәyi bacaran emosiyalı şairdir. Onun xarakterindәki, davranışındakı nәzakәt, diqqәt, kövrәklik vә sәmimiyyәt bütövlükdә yaradıcılığının canına, qanına hopubdur. Ona görә dә o, hәyatda, mәişәtdә nә qәdәr sәmimidirsә, poeziyasında da bir o qәdәr sәmimi vә sadәdir. Hiss-iyatını, emosiyalarını tәbiiliyinin tәsiri altında poetik normaya çevirmәyi bacarır. Vә bu mәnada yazır:

...Gәl görüm... gәl görüm... gәl görüm sәni.
Necә darıxmışam bir qılıq üçün,
Sonra evinizә ötürrәm sәni,
Qurbanın olaram yaxşılıq üçün.

Nәriman Hәsәnzadәnin sevgisi koordinatları mәlum olan sevgidir. Hәmin sevgi gah alovdan görkәm alır. Mәs.:

Sәnә bir vaxt demişdim mәn,
– Sәn alovsan!

vә ya:

Biz qәmә şәrikik, sevincә şәrik,
biz hey düşünürük, fikirlәşirik.
Biz nә ayrılırıq, nә birlәşirik,
ünümüz çatmayır bir yana, gülüm.

O, gah yalnız vә yalnız birini seçir vә ömrü boyu bu sevgiyә sadiq qalır. Mәs.:

Desәlәr, seç birini, seçәrәm düşünmәdәn.
Sәnlә – әsil insanam, sәnsiz – soyuq bir bәdәn.
Gah da onun sevgisi qismәtindә belә yer tutur:
Yaşayır dünyada bir ilk mәhәbbәt,
Atalı-analı yetimlәr kimi.

Nәriman Hәsәnzadәyә mövzunu Azәrbaycan adlı mәmlәkәtin özü verir. O, Lerik dağlarını, Yardımlını, Buzovnanı, Mәrdәkanı, Poylu stansiyasını, Cәbrayılı, Gәncәni, Qız qa - lasını, Ağdamı, Bәrdәni, Xocalını, Qubadlını, Bakını vә digәr yerlәri bәdx-ahlara, nankorlara, xәbislәrә – bizә qarşı torpaq iddiasında olan namәrdlәrә bir daha tanıtmaq üçün şeirdәn çәlәng hörür. “Lerik dağları”, “Yardımlının dağlarına qalxıram”, “Tәk çinar”, “Gәncә üsyanı”, “Qız qalası”, “Cәbhә ba yatıları” vә s. şeirlәri ilә oxucu qәlbinә yol tapmaqla kifa - yәt lәnmir, insanı düşünmәyә vadar edir:

Arxada uçurum, qabaqda zaman,
İnsandan insanlıq istәyir insan.

Şairlәr ovqat adamı olduqları üçün onların yazıb yaratmalarında ovqat böyük rol oynayır. Ovqatın tәsiri altında Nәriman Hәsәnzadә Belarusdan, Brüsseldәn, Lüksem-burqdan, Qara dәniz sahilindәn, Yunan qızından, Oddessadan, Dehlidәn, Mos-kvadan, Berlindәn, Romadan, Drezdendәn, Ankaradan vә adını çәkmәdiyimiz yüzlәrlә digәr yerlәrdәn yazır. “Doqquz milyon vә yaralı ağaclar”, “Yuxularda yanan şәhәr”, “Yerin tarixi”, “Şair”, “Rәşid Brüsseldә”, “Nizami Avropada”, “Göyәrçin”, “Gәzmәyә qürbәt”, “Çağırış”, “Minarә”, “Tacmahal”, “Ziyafәt” vә s. şeirlәr, inanırıq ki, bu qәbildәn olan şeirlәr kimi oxucunun diqqәtini daha çox özünә çәkә bilir. Şairlәr peyğәmbәrlәrdәn sonra Allaha yaxın olan adamlardır.

Allaha yaxın olanlar hәmişә insanları Allahın yolunda olmağa çağırmışlar. Bu, Allah tәrәfindәn onların çiyinlәrinә qoyulmuş ağır bir yük olubdur. Ağır yükdür, ona görә ki, insanları Allahın yoluna dәvәt edәnlәri hәmişә hamı başa düşmәyibdir. Bәzilәri bu yola dәvәt edәnlәri hәtta daşa tutublar, әlә salıblar, hörmәtdәn salmağa çalışıblar. Al-lahın yoluna dәvәt edәnlәr isә öz әqidәlәrindәn dönmәyiblәr, әtrafdakılar tәrәfindәn Allah adamı kimi tanınıblar. Xalq şairi Nәriman Hәsәnzadә dә belә Allah adamlarından biridir. O, hәrisliyi, qәrәzi, iddianı, iştahanı, paxıllığı, mәrәzi, bәdxahlığı poeziyası ilә atәşә tutur, bu hisslәri in-sanların içәrisindә öldürmәyә çalışır:

Bu qәdәr Hәrislik,
Bu qәdәr Qәrәz,
Bu qәdәr İddia,
Bu qәdәr İştah,
Bu qәdәr Paxıllıq,
Bu qәdәr Mәrәz,
Bu qәdәr Bәdxahlıq,
Hardandır, Allah!

Mәhz buna görәdir ki, şairin şeirlәrindә sağlam vә sәfәrbәredici ruh güclüdür. Böyük әdәbiyyat uğrunda mübarizә aparan şair, böyük ideallarla da yaşayır vә yazır:

Vәtәn oddan keçib, alovdan keçib,
dönmә, vәtәn oğlu, bu yoldan, and iç.
İstiqlal yolunda millәt and içib,
and içәn millәtә, Nәriman, and iç.

Nәriman Hәsәnzadәnin şeirlәrinә Nizaminin, Füzulinin, Yunus Əmrәnin, Sabirin, Cavidin, Hadinin, Vurğunun, Müşfiqin, şair dostu Şahmar Əkbәrzadәnin, Əli Tudәnin, Bәxtiyar Vahabzadәnin, Mәmmәd Arazın, ona şairlik ilhamı verәn Çoban Əfqanın vә bir çoxlarının ruhu sığal çәkir, misraları cilalı vәziyyәtә gәtirir. Hәm dә bunun sayәsindә Nәriman Hәsәn za dә nin şeirlәri oxucunun qәlbinә yol tapır.

Bu mәnada Nәriman müәllimin “Yavaş de, qızım”, “İstiqlal laylası”, “Mir Cәlal heyy...” “Çoban Əfqan”, “Mәhәbbәt”, “Yaşamaq öyrәdir tәbiәt bizә”, “Ən şirin nemәt”, “Müşfiqin oğlu”, “Ehtiyat”, “Cavidin”, “Ya nına gәlmişәm”, “Qızlar - dan oğlanlara”, “Dün yanın әn sakit yeri” vә s. şeirlәrini oxumaq oxucunun qazancı ola bilәr.

Bu şeirlәr oxucunun vaxtını itirmir, әksinә, Nәriman Hәsәnzadә öz vaxtını, sәhhәtini itirәrәk bunları yazıb, oxucuların ixtiyarına veribdir. Nәriman Hәsәnzadә etiraf etmәyi bacaran şairdir. Etiraf etmәyin özü dә bir qabiliyyәtdir, böyük bir mәdәniyyәtdir, özünә inamdır, başqalarına hörmәtdir, insanlara insan kimi baxmaq, insan kimi yaşamaq bacarığıdır. O yazır:

Əvvәlki hәvәslә döyünür ürәk,
İndi bir hәqiqәt kәşf etdim, inan:
Sevmәyi kişidәn öyrәnmәk gәrәk,
Əsil sәdaqәti – ancaq qadından.

Yaxud:

Özgәnin yanında darıxdın, yetәr,
Tәk tәkin yanına getsә, sevinәr.
Sonra gecikәrsәn, dünyadı, dönәr,
Köçәrәm, qalmaram, gәl, yanıma, gәl.

Nәriman Hәsәnzadәnin etirafları bir deyil, beş deyil, on deyil, yüzlәrlәdir: “Atanın övlada ehtiyacı var”, “Ağızın bir dada ehtiyacı var”, “Xosrovun Fәrhada ehtiyacı var”, “Ocağın bir oda ehtiyacı var” vә sair vә ilaxır. “Ehtiyacı var” şeirindә yazır:

Tәlәsmә, bir mәqam düşsә әlinә,
İnanma dünyanın gәlhagәlinә.
Arvadın – uşağa, qıza, gәlinә,
Kişinin – arvada ehtiyacı var.

Nәriman Hәsәnzadә nәğmәlәr şairidir. Onun yazdığı şeirlәrә çoxlu sayda nәğmәlәr bәstәlәnibdir. Onun şeirlәrinә bәstәlәnmiş nәğmәlәri belә qruplaşdırmaq olar:
Tofiq Quliyevin, Emin Sabitoğlunun, Ramiz Mirişlinin, Oktay Kazımovun, Rәşid Nәsiboğlunun, Xәyyam Mirzәzadәnin, Rüstәm Rüstәmzadәnin, Ramiz Mustafayevin, Nәriman Mәmmәdovun, Əlәkbәr Tağıyevin, Sevda İbrahimovanın, Qәnbәr Hüseynli-nin, Adil Bәbirovun, Şәfiqә Axundovanın, Əbәdiyyә Rәhmәtovanın, Niyamәddin Mu-sayevin, Bәxtiyar Kәrimovun, İsmayıl Quliyevin, Tahir Eminovun, Mahir Tahiroğlunun, Firudin Allahverdiyevin bәstәlәdiyi nәğmәlәr.

Bu mahnıların hәr birindә Nәriman Hәsәnzadәnin ürәk döyüntülәri yaşayır, alın tәri ilә yazdığı misraların әtri, tәravәti duyulur, hisslәrin, duyğuların yaşantıları dil açır, sözlә rin, kәlmәlәrin mәnalarına sәyahәt olunur... Bu mahnıların hәr biri – “Fikir elәmә”, “Tәlәsmә”, “Sәn bağışladın”, “Yox deyә-deyә”, “Kaş”, “Sәnsәn hәyatım”, “Gül bir az”, “Ana” vә s. hәr birimizin yaddaşına әbәdi hәkk olub, qәlbimizә yol tapıbdır. Nәriman Hәsәnzadәnin sözlәrinә bәstәlәnmiş bu mahnılar Azәrbaycan mu-siqisinin incilәri sırasın da durur.

Nәriman Hәsәnzadәnin uşaq şeirlәri dә az deyildir. Onun uşaqlar üçün yazdığı şeirlәrdә uşaq qәdәr tәmizliyini, sadәliyini görürük.
Uşaq şeirlәri içәrisindә “Qızım”, “Hazır - cavab”, “Bir hәyәtdә beş uşağın söhbәti”, “Xatirә”, “Heç nә istәmәyәn qız”, “Heykәl”, “Şeytan qız”, “Nazim”, “Arı vә Alı” vә s. şeirlәrini nәinki uşaqlar, elә böyüklәrin özü dә hәvәslә oxuyurlar. “Arı vә Alı” şeirini “r” vә “l” sәslәrini birbiri ilә qarışdıran uşaqların dili ilә yazır:

Mәn deyirәm: Arıdı,
Xanım deyir: Alıdı.
Mәn deyirәm: “R” de, “R”.
Xanım deyir: “L”, “L”, “L”.
Alı – insandı, insan,
Arı da – balqayıran.
Mәn deyirәm: Arıdı,
Xanım deyir: Alıdı.

N.Hәsәnzadә tәqiblәrә, tәzyiqlәrә müqavimәtli şairdir. Tәqibә, tәzyiqә qarşı müqavimәt deyәndә mәn sosializm realizm metoduna müqavimәti nәzәrdә tuturam. Bu da N.Hәsәnzadәnin milliliyindәn, yaddaşına vә kökünә sadiqliyindәn irәli gәlir. Bir sözlә, o, milli yaddaşına, tarixi-etnik kökünә, әdәbi-bәdii düşüncәsinin tәcrübәsinә istinad edәn şairdir.

Bu mәnada N.Hәsәnzadәnin poetik düşüncәsi real hәyat sınaqlarından çıxmaqla yanaşı, hәm dә dünyagörüşün, bir insan ömrünün gәldiyi qәnaәtdir. Elә onun poeziyasının bir gücü dә bundadır. Vә aşağıdakı şeiri dә bunu tәsdiq edir:

Yaş gәlib yetişir әlliyә, yüzә,
Ürәk hәssas olur әyriyә, düzә.
Qulağın bir sәsә, gözün bir üçә,
Ağızın bir dada ehtiyacı var.

N.Hәsәnzadә olduqca azad düşüncәli olmaqla hәyata, mühitә, әdәbiyyatın özünә biganә deyildir. O, bu cәhәtdәn dә ağı qaradan, yaxşını pisdәn, hәqiqi әdәbiyyatı qaragüruhçuluqdan yaxşı fәrqlәndirir. O bu cәhәtdәn şair missiyasından әlavә, әdәbiyyatşünas, әdәbi tәnqid missiyasını da öz üzәrinә götürür.

Mәsәlәn:

Şekspirin әsәri tamaşaya qoyuldu.
Nә mәqalә yazdılar, nә xoş söz deyәn oldu.
Müasir müәllifi gәtirdilәr sәhnәyә.
Mәşqindәn başladılar ona tәrif demәyә.

Mәnә elә gәlir ki, N.Hәsәnzadәnin belә bir missiyada çıxış etmәsi onun vәtәndaşlığın-dan, doğma yurda bağlılığından irәli gәlir.
Yeri gәlmişkәn, N.Hәsәnzadәnin publisistikası da bu deyilәnlәri tәsdiq edir. Bu mәna-da “Birlik andımızdır”, “Torpaq ağrısı”, “...Can, Azәrbaycan”, “Vәtәn sәrhәddәn başlayır”, “Şәhidlәrimiz, şahidlәrimiz” vә s. publisistik yazıları N.Hәsәnzadәnin vәtәndaş mövqeyindәn xәbәr verir. N.Hәsәnzadә tariximizә, dilimizә, milli-mәnәvi dәyәrlәri mizә tәәssübkeşliklә yanaşan şairdir. O, Azәrbaycan tarixinin düzgün, obyektiv yazılmasını, tarixi hәqiqәtlәrin düzgün olaraq tarixlәşmәsini tәkcә istәyә çevirmir, hәm dә “Atabәylәr”, “Pompeyin Qafqaza yürüşü”, “Zümrüd quşu”, “Bütün Şәrq bilsin”, “Nizami”, “Cavid” vә s. kimi әsәrlәrini yazmaqla şair-tarixçi rolunda çıxış edir.

Vә bu әsәrlәr tәkcә bәdiiyyat üzәrindә qurulmur, hәm dә elmi axtarışların nәticәsi kimi meydana çıxır. O yazır:

Tarix bizim olubdu,

tarix yazan özgәlәr.

Tarixә düşmәyibdi

bizim tarixi hünәr,

bizim tarixi kәdәr.

N.Hәsәnzadәnin tarixi mövzulara müraciәti ilә bağlı yaranmış әsәrlәrindә bәdiyyatla elmilik bir-birini tamamlayır.

O sadәcә olaraq bәdii tәxәyyülünün mәhsulunu oxucuya çatdırmır, hәm dә özünün şәxsәn mәnbәlәrdәn öyrәndiklәrini, tarixçi alim rolunda çıxış edәrәk arayıb tapdıqlarını sintez etmәyi bacarır. Ona görә dә onun tarixi mövzuda yazdığı әsәrlәrә tәkcә bәdii nümunә kimi deyil, hәm dә tarixi vә elmi әsәr kimi yanaşmaq lazım gәlir. O, öz oxucusunu, mәhz tarixçi oxucusunu, ziyalı oxucusunu mәnbәlәri öyrәnmәyә, tәdqiq etmәyә, tariximizә biganә qalmamağa çağırır vә poeziyanın dili ilә bu işi stimul laşdırır. Bu mәnada “Zümrüd quşu” poemasında oxuyuruq:

Dünyada hәr zamanın öz sualı, tәlәbi.
Heredot, Strabon, Plutarx, Katib Çәlәbi.
Nüfuzlu tarixçilәr, tәfәkkür sahiblәri.
Neçә qәdim müәllif, neçә çәrxi-fәlәyin müәllifsiz әsәri.
Nә yazıblar tarixә? Harda Bakı sözü var?
Harda Atropatena, Albaniya, Midiya, Urmiya yazıbdılar?
Neçә adda, ünvanda düşmüşük kitablara.
Bizim eradan qabaq, bizim eradan sonra.

N.Hәsәnzadә Ağstafa rayonunun Poylu stansiyasında anadan olsa da, bütöv Azәrbaycana, bütün Türk dünyasına mәnsub oldu. Bәşәri mәnәvi dәyәrlәrin car-çısına çevrildi. O bunu hәyatı, fәaliyyәti, yaradıcılığı, milli mәnsubluğuna sadiqliyi ilә qazandı. O bunu H.Cavid, S.Vurğun, M.Müşfiq dünyasına baş vuraraq, onların şeirlәrinә qәlbәn bağlana-bağlana, Sofoklun, Evripidin, Şekspirin dramaturgiyasını oxuya-oxuya, Plutar xın әsәrlәrinә bәlәd olaraq, musiqi alәtimiz olan saza qulaq asa-asa, Bakı, Gәncә şәhәrlәrini, Azәrbay can adlı ölkәsini sevә-sevә qazandı.

Nәyi oxudusa, nәyi yazdısa, nәyi öyrәndisә, yalnız milli düşüncәmizә vә milli maraqlarımıza xeyir gәtirәn dәyәrlәrә üstünlük verdi. O hәm milli-etnik dәyәrlәrimizi sevdi, hәm dә özünü sevdirdi. Adilik, sadәlik, sәmimilik içәrisindә millәtimizin gözündә böyüdü. Görkәmli sәnәtkara çevrildi.

Müdriklәrdәn birinin (F.Bekonun) belә bir fikri var: “Biz tarixdәn müdriklik, poeziyadan hazırcavablıq, riyaziyyatdan bәsirәt, tәbiәt elmlәrindәn dәrinlik, fәlsәfәdәn ciddilik, mәntiq vә ritorikadan mübahisә etmәk bacarığı әxz edirik”.

Yerinә düşәr, deyәk ki, biz N.Hәsәnzadәdәn vә onun yaradıcılığından şairliyin necә olduğunu, yad daşa, tarixә, milli-etnik kökә sadiq olan müasirliyi, bütöv millәtin qәlbindәn keçәnlәri demәk bacarığını, hadisәlәrә, elәcә dә tarixә obyektiv yanaşmaq qabiliyyәtini, sadәdәn sadә olmaq keyfiyyәtini әxz edirik. Nәriman Hәsәnzadә nәdәn yazırsa, ürәyini yüklәyir, bir dә şairlik istedadına arxalanır.

Nәhayәt, görkәmli әdәbiyyatşünas alim Nizami Cәfәrovun fikirlәrini misal gәtirmәk istәyirәm: “Nәriman Hәsәnzadә yalnız bu günün şair-mütәfәkkiri deyil, o, Tarixin övladıdır, onun yaradıcılığı Azәrbaycan әdәbiyyatının mәhz hadisәsidir”, – deyәndә dә haqlıdır.


# 109 dəfə oxunub

Oxşar xəbərlər

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
Süni İntellektuallarımız necə yarandı?

Süni İntellektuallarımız necə yarandı?

13:00 27 iyul 2026
Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

12:30 24 iyul 2026
Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

12:15 22 iyul 2026
Güzgüdə özündən başqa heç nə görməyənlər

Güzgüdə özündən başqa heç nə görməyənlər

10:00 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər