Bred Pit və onun iti Odinin vəhşi təbiətdəki həyatda qalma mübarizəsindən bəhs edən "Canavarın qəlbi" ("Heart of the Beast") filmindən çəkiliş arxası kadrlar təqdim olunub.
Kulis.az xəbər verir ki, Devid Eyerin rejissorluq etdiyi ekran işi təyyarə qəzasından sonra Alyaskanın sərt təbiət şəraitində çarəsiz qalan sabiq xüsusi təyinatlı əsgərlə təqaüddə olan xidməti itin arasındakı sarsılmaz bağdan bəhs edir.
"Paramount Pictures" tərəfindən paylaşılan videoda Bred Pitlə çəkilişlər boyu onun yanından ayrılmayan “Uber” adlı itin dostluğu diqqət çəkir.
Çəkilişləri Yeni Zelandiyanın milli parklarında aparılan filmdə Bred Pitlə yanaşı Cey Ki Simmons və Anna Lambe də rol alıblar.
Qeyd edək ki, "Fury", "Suicide Squad" və "The Beekeeper" kimi filmlərlə tanınan Devid Eyerin yeni ekran işinin 2026-cı il sentyabrın 25-də kinoteatrlarda nümayiş olunması planlaşdırılır.
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi
Oxşar xəbərlər
"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı
18:46
6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır
18:24
6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları
17:07
6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır
16:27
6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur
15:58
6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək
14:57
6 noyabr 2026