“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi
6 avqust 2026
# 15:15

Azərbaycanın tarixi-mədəni irsini beynəlxalq oxucu auditoriyasına tanıdan "IRS-Heritage" jurnalının ingilis dilində 2026-cı ilin ilk nömrəsi nəşr olunub.

Kulis.az xəbər verir ki, jurnalın yeni buraxılışında Azərbaycanın qədim tarixi, memarlıq irsi, musiqi mədəniyyəti, etnoqrafiyası, müasir şəhərsalma təcrübəsi və turizm potensialını əks etdirən maraqlı araşdırmalar yer alıb.

Nəşrin baş redaktoru Musa Mərcanlının giriş məqaləsində diqqət bu il 100 illiyi qeyd olunan Birinci Türkologiya Qurultayına yönəldilir. Müəllif Bakıda keçirilən bu mötəbər elmi toplantının Türk dünyasının mədəni və elmi inteqrasiyası baxımından tarixi əhəmiyyətini vurğulayır, onun ideyalarının bu gün də aktuallığını qoruduğunu qeyd edir.

Jurnalın "Keçmişdən gələn" rubrikasında akademik Nizami Cəfərovun Birinci Türkologiya Qurultayının tarixi missiyasına həsr olunmuş məqaləsi dərc edilib.

"Şəxsiyyət" rubrikasında akademik Cəfər Qiyasi XII əsr Azərbaycan memarlıq məktəbinin dahi nümayəndəsi Əcəmi Naxçıvaninin zəngin yaradıcılığından bəhs edir.

Nəşrdə ilk dəfə təqdim olunan "Urban Studies" rubrikasında tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov Bakının "Qara şəhər"dən "Ağ şəhər"ə çevrilməsi timsalında Azərbaycanın insan mərkəzli və dayanıqlı şəhərsalma modelini təhlil edir. Məqalədə ekoloji transformasiya, müasir urbanistika prinsipləri və Bakıda 2026-cı ildə keçirilmiş Dünya Şəhərsalma Forumu kontekstində ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs olunur.

Jurnalın bu nömrəsində, həmçinin Almaniyadan olan müəllif Daqmar Kuhnun "Şərqlə Qərb arasında – Azərbaycan musiqisi ilə tanışlığım" adlı məqaləsi təqdim edilir.

Yeni nömrədə bununla yanaşı, Azərbaycanın etnoqrafiyası, təsviri incəsənəti, çay mədəniyyəti və qonaqpərvərlik ənənələri, eləcə də Xınalığa aparan turizm marşrutu haqqında materiallar da yer alıb.

Müxtəlif dillərdə nəşr olunan "IRS-Heritage" jurnalı Azərbaycanın tarixi, mədəniyyəti və zəngin irsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm nəşrlərdən biri kimi fəaliyyətini davam etdirir.

# 482 dəfə oxunub

Oxşar xəbərlər

"Hansısa çanağın tısbağası olmaq..." -  Sən filosof deyilsən!

"Hansısa çanağın tısbağası olmaq..." - Sən filosof deyilsən!

10:00 8 sentyabr 2026
Yefim Abramov vəfat etdi

Yefim Abramov vəfat etdi

09:51 8 sentyabr 2026
Ərindən xəstəliyə  yoluxdu, Nobel mükafatı ala bilmədi... - Karen Bliksen kim idi?

Ərindən xəstəliyə yoluxdu, Nobel mükafatı ala bilmədi... - Karen Bliksen kim idi?

16:30 7 sentyabr 2026
"Şəhid valideyninin adını pis işlərdə görmək istəmirəm" - Ulucay Akif

"Şəhid valideyninin adını pis işlərdə görmək istəmirəm" - Ulucay Akif

16:10 7 sentyabr 2026
 Kərbəlayi Faiq:  "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə

Kərbəlayi Faiq: "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə

15:05 7 sentyabr 2026
Roma dövründən qalan nəhəng mozaika tapıldı

Roma dövründən qalan nəhəng mozaika tapıldı

14:50 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər