“Nüsrət Kəsəmənlini görəndə qaçdım”
15 avqust 2012
13:49
Kulis.az saytının suallarını nəğməkar şair Vüqar Əhməd cavablandırır.
- Əvvəl televiziyada tez-tez görünürdünüz. Son zamanlar sizi efirdə demək olar ki, görmürük. Səbəb nədir?
- On beş gün bundan əvvəl ATV telekanalı qonaq çağırmışdı. Verilişdə bir neçə şeirimi oxudum. ATV telekanalı məni yaddan çıxartmır. Əvvəllər AzTV-də çalışırdım, muğam haqqında “Hər gülün öz ətri” verilişin aparıcısı idim deyə efirdə mütəmadi olurdum. Yeddi ilə yaxındır ki, AzTV-dən ayrılmışam, amma bu o demək deyil ki, digər telekanallardan da uzaq düşmüşəm. Həm də mən efir həvəskarı deyiləm axı. Hal-hazırda populyar mahnı olan, Nadir Qafarzadə və Elmira Rəhimovanın oxuduğu “Dinlə məni sevgilim” mahnısının sözləri mənə aiddir. Yəni, mənim gündəmdə qalmaq problemim yoxdur.
- AzTV-dən qalmaqallı şəkildə ayrılmağınızla bağlı fikirlər səsləndirilir. Bu iddialar nə dərəcədə doğrudur?
- Müəllimlər İnstitutuna professor keçirmirdilər deyə AzTV - dən könüllü, öz ərizəmlə ayrılmışam. Elmi iş yazdığım üçün AzTV-dəki işimi professorluğa qurban verdim. Bir də ki, həqiqətən siz dediyiniz kimi problem olsaydı, AzTV - dən ayrıldıqdan sonra sədr Arif Alışanov anamın yas mərasiminə gəlməzdi. Sağ olsun, o, məni sayıb gəldi. Arif müəllimin bu hərəkəti dedi-qoduçuları da təəccübləndirdi. 1987-ci ildə radioda işə başlamışam. 1995-ci ildən televiziyada işlədim. Muğam haqqında verilişlər hazırlayırdım. Ümumiyyətlə, bizim ailəmizdə muğama, şeirə, qəzələ xüsusi sevgi olub. Arif Alışanov mənimlə söhbətlərində xoşladığı müğənni kimi İlqar Sailin adını çəkirdi. Onun muğama məhəbbəti yoxdur. O, daha çox müasir tərzdə oxuyan müğənniləri sevir. Alışanov yaxşı iqtisadçıdır, amma televiziya adamı deyil. AzTV-də muğam layihələrini mən yaratmışam. “Məclisi-üns” adını da mən vermişdim. İndi AzTV-nin musiqi redaksiyasında Çingiz Abbasovdan başqa muğamdan başı çıxan adam yoxdur. Bütün işi görən odur, ancaq Çingizin adı hallanmır, kölgədə qalır. İctimai Televiziya da məni efir buraxmır. İsmayıl Ömərovun parlament seçkilərində rəsmi vəkili olmasam da, könüllü vəkillik etmişəm. Seçicilərlə Xaçmazdakı görüşünə Könül Kərimovanı, Məhəbbət Kazımovu aparmışam. Ancaq o, sədr keçəndən sonra mənə efir verməyib. Elə bilirlər ki, vəzifə əbədidir. Rəhmətlik Məmməd Araz gözəl deyirdi “əbədiyə qəh-qəh çəkər əbədi dünya”.
- Hazırda nə işlə məşğulsunuz?
- Bəstəkarlardan Nailə Mirməmmədli, Rauf Məmmədovla, Elçin İmanovla yeni mahnıları işləyirik. Daha çox elmi yaradıcılıqla məşğulam. Saytıma girib, baxa bilərsiniz. Seyid Cəfər Pişəvəri, Şeyx Məhəmməd Xiyabanı haqqında ilk monoqrafiyanı mən yazmışam. Pişəvərini 1993-cü ildən tədqiq etməyə başlamışam. Altı ay İranda yaşadım. Guya musiqini təbliğ edirdim, ancaq bu işlə məşğul idim. İranda Pişəvərini açıq-aşkar tədqiq edə bilməzdim. 19 ildir Güney Azərbaycan poeziyasını araşdırıram. Bütün həyatımı buna həsr etmişəm. Güneyli şair İbrahim Zahidinin Bakıda şeirlər kitabını buraxdırmırmışam. İndi “1950-80-cı illər Güney Azərbaycan poeziyası və folklor ənənələri” adlı tədqiqat işi üzərində çalışıram. Bunu biz etməliyik, biz quzeylilərin borcudur.
- Belə fikirlər səslənidirilir ki, şeirləriniz həddindən artıq zəifdir, şeir yaza bilmirsiniz. Bu iradları necə qarşılayırsınız?
- Bu iradlar yeni yazmağa başlayanda daha çox olurdu. Biri tənqid edəndə düşünürdüm ki, zəiflik var. Sərbəstdə yazan şairlər məni qəbul etmirlər. Bu yaxınlarda gənc bir şairə məni də Nəbi Xəzriyə, Bəxtiyar Vahabzadəyə qoşub tənqid etmişdi. Bizi şair saymır. Məni tənqid etməsinə o qədər incimədim, ancaq o cür şairlərimizə qarşı ağzına gələni yazmasına görə pis oldum.
- Həmin şairə kim idi?
- Adını çəkməyəcəyəm, reklam olunar. O, nə qədər yazırsa-yazsın ona cavab vermirəm. Populyarlığımdan istifadə edib, məşhur olmaq istəyir. Hüseyn Cavid kimi böyük şəxsiyyət haqqında yazılanlara tarix üçün ilk və son dəfə cavab yazıb. Mən də bir dəfə məni bəyənməyənlərə cavab yazmışam. Vasif Məmmədəliyev kimi böyük alim haqqımda məqalə yazıb. Məmməd Araz kitabıma ön söz yazıb, yaradıcılıq gecələrimə gəlib, mükafat verib. Nəbi Xəzri, Cabir Novruz yaradıcılığıma yüksək qiymət veriblər. Anar, Fikrət Qoca və Ramiz Rövşənlə gözəl münasibətlərim var. Musiqi mətnini yaxşı yazıram. Brilyant Dadaşovanın sevilən “Arzular”, “İzim qalacaq”, “Gecələr”, “Səninləyəm” mahnılarının sözləri mənə aiddir. Baloğlan Əşrəfovun “Anam mənim”, Yusif Mustafayevin “Bacılar” mahnısının sözlərini də mən yazmışam. “Min bir mahnı” kitabı çıxıb, min şairin içində mənim də bir-iki zəif şeirlərimi veriblər. Tənqidçilərdən bundan istifadə edir, hücuma keçirlər. Şübhəsiz, mənim də zəif şeirlərim var. Dahi deyiləm ki. O şeirlərin altından imzamı götürə bilmərəm. Zəif şeirlərimi tənqid edəndə cavab vermirəm. Ancaq nəğmələr arasında zəifi yoxdur. Dükanda qarşılaşdığım qaçqın kişinin üç oğlu şeirlərimi əzbər deyiblər mənə. Mənim üçün ən böyük tənqidçi xalqdır. Onu da deyim ki, 2008-ci ildə “Anam mənim” poeması azəri türkcəsində Tehranda iki min tirajla nəşr olunub.
- Bəs siz özünüzü nəğməkar şairlərlə müqayisədə hansı yerdə təsəvvür edirsiniz?
- İslam Səfərlini, Zeynal Xəlili, Nəbi Xəzrini, Vahid Əzizi, Baba Vəziroğlunu və Zivər Ağayevanı xüsusi qeyd etmək istərdim. Yəqin ki, onlar məndən daha yaxşı yazırlar. Onlar məndən böyükdürlər. Zivər xanımın Rauf Məmmədovun “Yaşa mənim xalqım” bəstəsinə yazdığı sözlər dəyərlidir. Sanki o musiqi bizim ikinci himnimizdir.
- Sizin bir misranız var: “Mən Robinzon, sən Cümə”...
- Yox, bu, mənim deyil. Sizcə mən belə bir şey yaza bilərəm? Bilirsiniz bəzən yazmadığım şeirləri mənim adıma yapışdırırlar. Hansısa müğənni sözləri zəif olan bir mahnı oxuyur. Deyirlər ki, mahnının sözləri kimindir. Cavab verir ki, Vüqar Əhmədin. Nüfuzuma zərbə dəyir, mən də deyə bilmirəm ki, ay qardaş, elə deyil, belədir. Amma sonra müğənniyə zəng edib deyirəm ki, niyə belə etmisən. Deyir ki, mən belə deməmişəm, jurnalist özü yazıb. Beləcə arada qalıram.
- Bu misra həm də ona görə maraqlıdır ki, filmdən fərqli olaraq əsərdə Cümə kişidir.
- Yox, səhviniz var. Əsərdə Cümə qadındır. Mən Qərb ədəbiyyatını pis bilmirəm, buna görə də sizə dəqiq deyə bilərəm. Özü də bu əsərin sonluğu çox zəifdir.
- Mən dəqiq bilirəm ki, əsərdə Cümə kişidir.
- İndi siz deyirsiniz ki, homoseksuallıq o vaxtdan bəri var? (Bu yerdə Vüqar Əhməd xatırladı ki, əsərdəki Cümə kişidir və üzrxahlıq etdi-A.C.)
- Bir dəfə AzTV-nin efirindən demişdiniz ki, Azərbaycanın böyük şairləri olub-Nizami, Füzuli, Xəqani, mən özümü demirəm.
- Mən belə söz deməmişəm, bunu sizdən başqa deyənin Allah bəlasını versin. Məni istəməyən adamlar həmişə belə şeylər deyirlər, deyəsən siz də onlardansız, mənə ancaq təxribatçı suallar verirsiniz.
- Siz bu sualları təxribatçı sayırsınızsa, başqa suallara keçək. Gənc yazıçı və şairlərdən kimləri oxuyursunuz?
- Rasim Qaracanın şeirlərini oxuyuram. Rasimin yaradıcılığını bəyənirəm, ona böyük hörmətim var. Sevinc Çılğını, Aysel Əlizadəni, Əsəd Qaraqaplanı, Xanəmiri oxuyuram. Xanəmir istedadlı insandır. Səlim Babullaoğlunu da qeyd edərdim. Səlim mənimlə birlikdə AzTV-də çalışıb. Müasir uşaq ədəbiyyatına onun da adını salmışam. Qulu Ağsəsin gözəl şeirləri var. Nüsrət Kəsəmənliylə yaxın dost olmuşam. Sonradan aramızda inciklik yaransa da xətrini çox istəyirdim.
- Nə baş vermişdi aranızda?
- Bu haqda heç vaxt danışmamışdım. Nüsrət oğlunun toyuna dəvət etmişdi. AzTV-də işlədiyim vaxtlar yorğun gəlirdim evə. Yorğunluğumu almaq üçün 10 dəqiqə yatdım, sonra yatıb qaldım və toya gedə bilmədim. Nüsrət də buna görə məndən incimişdi. Demişdilər ki, Vüqar Əhməd AzTV-də ancaq öz şeirlərini verir, o, da bir cümləylə məni tənqid etmişdi. Mən də açıqlama vermişdim ki, ay oxucular, Nüsrətin oğlunun toyuna getmədiyim üçün belə deyib. Zeynəb Xanlarova “Tural” şadlıq evində ad günü keçirirdi. Mən də ordaydım. Nüsrət içəri girən zaman salam verdi, salamını almadım. Bir az keçdi, Nüsrət yenə salam verdi, yenə almadım. Salamını alsam, gərək cavab verim. Siqaret çəkmək üçün zaldan çıxdım. Gördüm ki, Nüsrət arxamca gəlir. Tez ayaqyolunda gizləndim. Çıxanda, tutdu qolumdan “ay əclaf, utanmırsan, bu nədi yazmısan” dedi. Dedim Nüsrət müəllim, Allah haqqı utanıram. Səhvimi etiraf etdim. Nüsrət dedi ki, gəl içəridə görüşək, camaat görsün ki, küsülü deyilik, sonra danışmarıq. Razılaşdım. Dediyi kimi də etdik. Televiziyalardan birində qonaq olan zaman Məhəmməd Füzulidən başlayıb Nüsrət Kəsəmənlidə qurtardım. Sən demə Nüsrət verilişə baxan zaman xəstə yatırmış. Sözlərimdən təsirlənərək ağlayıb. Yasında oğlu Rəşad məni qucaqlayıb ağladı. Bu söhbəti də Rəşad mənə danışdı. Bildiyiniz kimi o, Təbrizdə gözlərimi yumdu. Təbrizi vəsf elədi, Təbriz də onu apardı. Çadırda Nüsrətin bu şeirini söylədim:
Demə yollar uzaqdı, araya bir çay düşüb,
Vüsal kimin qisməti, bizə həsrət pay düşüb,
Bir gözümüz gülərdi, biri ağlar qalıbdı,
Sil gözünün yaşını, ürəyimi dağlama,
Təbrizim, sən ağlama!
Səhəri gördüm ki, çadırda oturmuş jurnalistlərdən biri dediklərimi öz sözləri kimi yazıb. Amma dəqiq yadıma deyil hansı qəzetin müxbiriydi, ancaq onu xatırlayıram ki, müxalifət qəzetindən idi.
- Əvvəllər dövri mətbuatda da yazılarınız çap olunurdu. İndi necədir durum?
- “Ədəbiyyat” qəzeti Nəriman Həsənzadə baş redaktor olduğu vaxt yazılarımı verirdi. Ayaz Vəfalı baş redaktor keçəndən sonra qəzetdə mənim adım ancaq Anar müəllimin anam üçün verdiyi başsağlığında yazılıb. Hansısa mətndə mənim adım varsa, dərhal çıxardıb. “Ədəbiyyat” qəzeti ikinci AzTV-dir. Həm də Cabir Novruzdan sonra “Ədəbiyyat” qəzetinə yazı vermirəm axı. Daha çox “Kredo” qəzetində çap olunuram.
- Televiziyadan iş təklifi gəlsə qəbul edərsinizmi?
- AzTV-dən başqa istənilən kanalda işləməyə hazıram.
Ağa CƏFƏRLİ

1854 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024