"Türkoloji qurultay - 100” İstanbul simpoziumu keçirildi

"Türkoloji qurultay - 100”  İstanbul simpoziumu keçirildi
29 aprel 2026
# 17:30

Türk dünyasının elmi və mədəni təməl daşlarından biri olan Bakı Türkoloji Qurultayının 100-cü ildönümü İstanbulda keçirilən beynəlxalq simpoziumla qeyd olunub.

Kulis.az xəbər verir ki, KİAMP – Qarabağ Azərbaycandır Koordinasiya Dərnəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşəbbüsü, Türk Ədəbiyyatı Vəqfinin (TEDEV) ev sahibliyi ilə baş tutan tədbirdə bir əsrlik mirasın gələcəyə daşınması əsas məqsəd kimi diqqət mərkəzində olub.

Ev sahibi olaraq Serhat Kabaklı (TEDEV sədri) – salamlama nitqi ilə tədbiri açıq elan edərək simpoziumun işinə uğurlar diləyib.

Proqramın açılış nitqi ilə çıxış edən KİAMP Türkiyə Respublikası Baş Koordinatoru Dr. Elvin Abdurahmanlı qurultayın Türk dünyasının inteqrasiyasında oynadığı mühüm rolu vurğulayaraq bildirib: “1926-cı ildə Bakıda əsası qoyulan ortaq məfkurə bu gün də yolumuzu işıqlandırır. Bu simpozium keçmişin mirasını gələcəyin baxış bucağı ilə birləşdirmək əzmimizin təzahürüdür. Dərnəyimiz nəzdində fəaliyyət göstərən strateji mərkəz və akademik şuralar vasitəsilə Türk dünyasının elmi potensialını qlobal miqyasda təmsil etməkdə qətiyyətliyik. Bu gün burada toplaşan dəyərli heyət, yüzillik Türkologiya yolunun müasir dünyadakı güclü və sarsılmaz səsidir.”

Açılışda çıxış edən DGTYB başqanı şair-publisist İntiqam Yaşar Türk dünyasının gənc yazarlarının bu zəngin irsə sahib çıxmaq iqtidarında olduğunu vurğulayaraq birlik və həmrəylik mesajı verib.

Tədbirin moderatoru Dr. Caner Karakuş isə akademik dərinliyin vacibliyini önə çəkərək iclası peşəkar şəkildə idarə edib və simpoziumun türk dünyası üçün önəmini xüsusi qeyd edib.

Tədbir Türk dünyasının birliyini təmsil edən çoxsaylı nüfuzlu şəxsləri bir araya gətirib. Protokol çıxışlarında çıxış edən ziyalılardan E. Vali Həsən Hüseyn Can – Türkologiyanın dövlətlərarası münasibətlərdə birləşdirici rolunu vurğulayıb və bu cür elmi təşəbbüslərin idarəetmə yaddaşı üçün əhəmiyyətini qeyd edib.

Konsul Yerjan Uasis (TÜRKSOY İstanbul nümayəndəsi) – ortaq mədəni dəyərlər ətrafında birliyin strateji zərurət olduğunu bildirib.

Rafet Ulutürk (Bultürk Dərnəyinin sədri) – Balkanlar ilə Türk dünyası arasındakı əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Hüsamettin Taştemir (Bursa Arena qəzetinin rəhbəri) – medianın mədəni inteqrasiyada rolunu diqqətə çatdırıb.

Hikmət Elp (Azərbaycan Kültür Evinin sədri) – Azərbaycan–Türkiyə qardaşlığının sarsılmaz olduğunu qeyd edib.

Əhməd Tecim (Gəncliyə Yardım Fondunun keçmiş sədri) – gənclərin akademik və mədəni inkişafına dəstəyin vacibliyini vurğulayıb.

Protokol çıxışlarından sonra elmi məruzələr dinlənilib. Araşdırmaçı-yazar Dr. Orhan Aras, Bakı Dövlət Universitetinin doktorantı Mələykə Mirzəli və Mərmərə Universitetinin magistrantı Miray Erentürk Türkologiya sahəsindəki aktual mövzular üzrə məruzələrlə çıxış ediblər.

Simpozium aparıcı tələbələr Elnarə Məmmədrzayeva və İsa Quluzadənin təqdimatı ilə davam edib.

Tədbir iştirakçıların suallarının cavablandırılması, simpoziumun çıxışçılarına diplomların təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə uğurla yekunlaşıb.

# 95 dəfə oxunub

Oxşar xəbərlər

Həssas kateqoriyadan olan gənclərin iştirakı ilə “Məni dinləyin” adlı monotamaşa

Həssas kateqoriyadan olan gənclərin iştirakı ilə “Məni dinləyin” adlı monotamaşa

17:36 29 aprel 2026
Kiyevdə tədbir: “Lesya Ukrainka Azərbaycan mədəniyyət məkanında”

Kiyevdə tədbir: “Lesya Ukrainka Azərbaycan mədəniyyət məkanında”

16:10 29 aprel 2026
"Haqqında danışa bilmədiyimiz şeylər barədə susmalıyıq..." - Vitgenşteyn üçün insan kim idi?

"Haqqında danışa bilmədiyimiz şeylər barədə susmalıyıq..." - Vitgenşteyn üçün insan kim idi?

16:00 29 aprel 2026
“Macar Rapsodiya Layihəsi” Azərbaycanda

“Macar Rapsodiya Layihəsi” Azərbaycanda

11:55 29 aprel 2026
Poeziya gecəsi: “Mənim dostum Səməd Vurğun”

Poeziya gecəsi: “Mənim dostum Səməd Vurğun”

11:38 29 aprel 2026
Bu gün Beynəlxalq Rəqs Günüdür

Bu gün Beynəlxalq Rəqs Günüdür

11:18 29 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər