“Seyid Əzimin, Nəcəf bəy Vəzirovun dərslikdə yeri yoxdur”
15 iyul 2012
07:00
Müsahibimiz Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovla rəhbəri olduğu “Atatürk” Mərkəzində görüşdük. Bizə sıxılmamağı, sərbəst olmağı məsləhət gördü, siqaret çəkə biləcəyimizi söylədi. Əlavə etdi ki, burada Atatürkün etdiyi hər şeyi edə bilərsiniz. Atatürkün rakı həvəskarı olduğunu xatırlatdıq. Güldü və dedi: “Rakı da içmək olar, başqa işlər görmək də”. Az sonra isə ədəbiyyatın nəzəri məsələləri ilə bağlı ciddi söhbət başladı.
- Sizin əsas elmi tezisləriniz intibahla bağlıdır. Amma siz Azərbaycanda intibahı klassik ədəbiyyatda olduğu kimi, XII-XIII əsrə yox, XVI-XVIII-ci əsrə aid edirsiniz? Elmi dairələrdə sizin bu tezisinizi qəbul edirlərmi?
- Qəbul edənlər də var, etməyənlər də. Ümumiyyətlə, mən fikirləşirəm ki, bir ideya hamı tərəfindən qəbul olunursa, demək o, absurd bir şeydir. O artıq ideya deyil, kanondur. Doğrudur, bir balaca başım işləyirsə, XII-XIII əsrlərdə Azərbaycanda baş verən mədəni yüksəlişi qəbul eləməyə məcburam. İntibah Bəhmənyarla başlayır, Nizami Gəncəvi isə intibahın zirvəsidir. Amma bu məsələ necə ortaya çıxıb, mən bunun tarixini bilirəm. Mikayıl Rəflinin yaradıcılığında vardı ki, Azərbaycanda XII-XIII əsrlərdə intibah olub. O, dünya ədəbiyyatını dərindən bilən adam idi, təsadüfən belə bir söz deməzdi. Ancaq sonra bu, o qədər də qəbul olunmayıb. Bir məqamı da qeyd edim ki, gürcülərdə Nitsubidze adlı tədqiqatçının “Şota Rustaveli gürcü intibahıdır” ideyası meydana çıxdı. Bunun arxasınca Çaloyan adlı erməni tədqiqatçı XI-XII əsr erməni intibahından əsərlər yazdı. Qaldıq biz. Rəhmətlik İsmayıl Şıxlı mənə danışırdı ki, o zaman Mirzə İbrahimov gəldi ki, gürcünün intibahı var, erməninin intibahı var, Azərbaycanın intibahı niyə olmasın? Gürcülərin və ermənilərin o dövrdəki ədəbiyyatı, mədəniyyəti, ictimai fikri ilə müqayisədə biz daha zəngin idik. Həm də onlar xristian olduqlarına görə təcrid olunmuşdular, Avropa ilə əlaqə də o qədər güclü deyildi. Onlar yalnız xristian, kilsə mistikası vasitəsilə nəsə etmək istəyirdilər. Ancaq biz daha zəngin qaynaqlara malik idik. Bütün dünya IX-XIII əsri İslam İntibahı dövrü kimi qəbul edir. Onu də nəzərə almalıyıq ki, artıq XI-ci əsrdən sonra səlcuqlar dünyanı tutmuşdular, islam dininin yayılmasına daha çox səlcuqlar nəzarət edirdilər. Deməli bizim üçün həm türk mənbələri, həm də islam mənbələri çox geniş bir kontekst yaradırdı. Və o kontekstdə Azərbaycanda da böyük hərəkat olmuşdu. Biz daha böyük imkanlara malik idik. Dil imkanları da mütləq nəzərə alınmalıdır. Gürcü, erməni dilində yaranan ədəbiyyat nə ola bilərdi ki?
Təsəvvür edin ki, biz islam dünyasına Yusif Balasaqunlunun "Qutadqu-biliy”i ilə gəlmişdik. Bu da axı nəticə etibarı ilə bizim dilimizdir. Ümumi müsəlman intibahı və onun tərkibində azərbaycanlıların yaradıcılığı söhbəti gedə bilərdi. Amma milli intibahdan danışmaq doğru olmazdı. Biz Avropa tipində intibahdan danışırıqsa, bu intibah milli mədəniyyətlərin dirçəlməsi ilə yarandı. Avropa intibahının bazası İtaliya oldu. Özü də latın dilində yox, indi italyan dediyimiz dilin başlanması ilə. Millət də o zaman yaranmağa başladı. Marksın bir sözü var, deyir: “Dünyanın ən qədim xalqı italyanlardır”. Xatırlatdığımız dövrə qədər isə millilikdən söhbət gedə bilməzdi. İtalyanların ardınca ispanlar, fransızlar nəhəng bir intibah yaratdılar. Bunun arxasınca təsir german xalqlarına keçdi. Onların intibahı latın və yaxud başqa bir dildə yaranmayıb, milli dildə yaranıb. İntibah millətin ruhu ilə bağlı məsələdir.
Bizdə intibahşünaslıqla bağlı ən çox yazanlardan biri Arif Hacıyev bir yerdə qeyd edir ki, Azərbaycan intibahı XI əsrdə başlayır, XIII əsrdə Nəsimi ilə qurtarır. Başqa bir yerdə intibahı Füzuliyə qədər uzadır. Faktiki olaraq qısa bir müddət ərzində məlum oldu ki, bu intibah söhbətində qeyri-dəqiqlik var. Onun xronologiyası nə şəkildə yaranıb, hansı proseslər gedib, bununla bağlı mübahisəlilik vardı. Mübahisəliyin də səbəbi bu idi ki, məsələnin qoyuluşu yanlış idi. Bir şeyi də deyim ki, o vaxt Arif Hacıyev rus dilində “İntibah və Nizami Gəncəvi poeziyası” adlı bir kitab yazmışdı. O vaxt deyirdilər ki, bu məsələ haqqında ərəbcə, farsca bilməyən, təbii ki, Nizamini orijinalda oxuya bilməyən Arif Hacıyev yazsın, ona görə ki, o, rusca yazır. Bu da o vaxtkı konyukturanın tərkib hissəsi idi. Söhbət İttifaq səviyyəsinə çıxmalı idi. Bu səbəbdən də daha çox Arif müəllimə üstünlük verildi. O da intibah məsələsinə o qədər aludə oldu ki, hətta Nizami Gəncəvi yaradıcılığını realizm adlandırdı. O, intibah məsələsini pis bilmirdi. Bilirdi ki, realizm olmasa, bu, intibah anlayışına uyğun gəlmir. Amma Nizamiyə realist desən, gərək "Qutadqu-biliy”ə də realist əsər deyəsən. Nəticə etibarilə o da intibahın nəticəsidir.
Başqa bir maraqlı məqam: intibah yeni milli şəhərlər yaratmalıdır. Arif müəllim də yazırdı ki, Gəncə, Beyləqan, Təbriz milli şəhərlər idi. Halbuki onlar ümumi müsəlman şəhərlər idi, Azərbaycan türklərinin ətrafında birləşmiş super etnosunun yaratdığı milli şəhərlər deyildi. Təsadüfü deyil ki, o şəhərlərin hamısı XVI-XVII əsrlərdə dağıldı. Yenə də deyirəm, həmin dövrdə islam mədəniyyətinin tərkibində Azərbaycan mədəniyyətinin inkişafından söhbət gedə bilər. Amma klassik intibahdan söhbət gedə bilməz. Azərbaycanda milli proseslər Şah İsmayıldan başladı. Özü də başqa millətlərdən ayrılmalar daha asan proses olduğuna görə, Avropada olduğu kimi ümummetnosun tərkibindən ayrılmalar daha vacib idi. Azərbaycan xalqının millət olmasından ötrü başqa türk xalqlarından ayrılması gərək idi, bu zaman millət ola bilərdik. Yoxsa gürcüdən, ermənidən ayrılmadan söhbət gedə bilməzdi. Bütün bunları nəzərə alsaq görərik ki, Azərbaycan intibahı XVI-XVII əsrə təsadüf edir. Təsəvvür edin ki, Azərbaycan xalqı bu gün mövcud olan bütün klassik dastanlarını o dövrdə yaratdı. Bu gün azərbaycanlıların danışdığı dilin əsası qoyulmağa başladı. Başqa dildə bir millətin intibahı formalaşa bilməz. Onu da deyim ki, Azərbaycan intibahı islam və yaxud qonşu xalqların mədəniyyətini köçürməklə gəlmədi, tam genotiplə bağlı olan bir hadisə baş verdi. Elə adamlar var, bunu qəbul edir, qəbul etməyənlər də var. Ancaq həmişə müzakirələrdə, mübahisələrdə ağıllı adamların qəbul etdiyini görmüşəm.
- Azərbaycan ədəbiyyatının rus dilində yazan nümayəndələri ilə daim polemikada olursunuz, belə deyək ki, onlarla mübarizədə həmişə ön cəbhədəsiniz. Bu tələbat nədən irəli gəlir?
- Bəlkə də bu mənim subyektiv xüsusiyyətimdir. Ədəbiyyatda, sənətdə mənim mənsub olduğum xalqın dili ikinci, üçüncü plana keçirsə, bu, subyektiv olaraq məndə etiraz doğurur. Ancaq mən də fikirləşirəm ki, rus dilində Azərbaycan ədəbiyyatı nümunəsi yarana bilər. Ən azından ona görə ki, mənim əcdadlarımdan Bəhmənyar ərəbcə, Nizami farsa, Çingiz Aytmatov, Oljas Süleymenov rusca yazıb. Mənə görə Çingiz Aytmatovun, Oljas Süleymenovun yaradıcılığı dahiyanə bir yaradıcılıqdır.
Baxmayaraq ki, Qırğızıstanda millətçi ziyalılar Aytmatovu qəbul etmirlər. Elə düşünürəm ki, bu, formal qəbul etməməkdir. Çünki Aytmatovun dili, təfəkkürü tərtəmiz türk təfəkkürüdür. İntonasiya, obrazlar, ideyalar, süjet texnologiyası türkcədir. Sanki rus dilinə yaxşı tərcümə olunmuş bir türk eposudur. Oljas Süleymenov rus dilinin elə qatlarını qaldırır, baxırsan ki, hə, bu, rusca yazdığı şeirin içində türk ruhunu hiss elətdirir. Bir dəfə Oljas Süleymenova sual verirlər ki, siz rus xalqını tənqid edir, ancaq rus dilində də yazırsınız. Oljas Süleymanov da cavab verir ki, bilmək olmaz bu, sizin dilinizdir, yoxsa bizim. O, həqiqətən rus dilini öz dili edə bilir.
Ancaq bizdə rusca yazanların mətnlərinə baxanda elə bilirsən ki, bunlar kosmosda yaşayırlar. Nə intonasiyada, nə ruhda türkçülükdən gələn heç nə yoxdur. Yalnız orta əsrlərdən bəri müəyyənləşən şəhər etnoqrafiyası ilə bağlı seçilən sitatlar təqdim olunur. Hətta müqayisə etsək, bizimkilər rusca yazan erməni və gürcü yazıçılarından çox geri qalırlar. Matevosyanı oxuyursan, görürsən ki, bu, tamam başqa şeydir. Özü də erməninin başqa dildə yazması yeni təcrübədir. Amma bizim bununla bağlı ənənəmiz var. Xeyli türk yazıçımız olub ki, rus dilində yazıb, xüsusən də qıpçaq yazıçıları. Təxminən XVI-XVII əsrdən rusca yazıblar. Tədqiqatlara görə, rus-provoslav kilsəsinin keşişləri əsasən qıpçaqlar olublar. Onların da moizələri təbii ki, qədim slavyan dilində, sonradan isə rus dilində gedib.
Bu mənada bizim müxtəlif dillərdə yazmaq təcrübəmizin olduğu və bu yazılarda öz gücümüzü göstərə bildiyimiz bir vəziyyətdə belə mətnlərin ortaya çıxmasını başa düşə bilmirəm. Bəlkə bəziləri anlayır. Mən ədəbiyyatın ümumi panoramasını yaratmağa çalışanda onları bu mühitə daxil etmirəm. Onların mühit yaratdıqlarını təsəvvür edə bilmirəm. Rüstəm İbrahimbəyov ağsaqqalımız, ziyalımızdır, Azərbaycanı dünyada bir xeyli tanıdıb. Onunla mübahisəm səsləndirdiyi bəzi fikirlərə görədir. “Qaçqınlar, köçkünlər gəlib Bakının mədəni səviyyəsini aşağı salıblar”, “Ziyalılar köçüb gedib, ziyalı, elitar mühit dağılıb” kimi fikirlər mənim xalqıma qarşı birbaşa təhqirdir. Bir millətin başqa dildə elitası olur, ancaq o elita millətin olmur. Dil məsələsi göz önündədir, ona görə deyirik. Başqa şeyləri isə deyə bilmirik.
- Həmid Hərisçi məqalələrindən birində yazmışdı ki, Nizami Cəfərov Nizami Gəncəvinin fars dilində yazdığını və onun Azərbaycan ədəbiyyatına dəxli olmadığını söyləyib. Bu barədə nə deyə bilərsiniz?
- Bu məsələnin də kökləri var. Mən “Orta məktəblərin dərslikləri necə olmalıdır” mövzusunda bir məqalə yazmışdım. Orada bir məqama toxunmuşdum ki, biz şagird olanda Nizami Gəncəvini anlamırdıq.
Əvvəla, ona görə ki, tərcümələr ruha yaxın deyil. Həddindən artıq maarifçi və ümumbəşəri tərcümələrdir. Nizamidən əvvəl epizodik şəkildə adları çəkilən şairlərdə də Azərbaycan ruhu ifadə olunmur. Ağıllı uşaq fikirləşir ki, bizim dilimiz fars olub, biz fars olmuşuq, sonra tədricən Nəsimidən Füzuliyə qədər əzabla türkləşmişik, Vaqiflə millət olmuşuq. Millət haqqında belə yanlış təsəvvür formalaşır. Savadsız uşaq deyir ki, ayə, bu Nizami Gəncəvi Füzulidən asan dildə yazıb ki. Ona görə Nizamiyə meyllənir. Onun normal olmayan tərcümələrini öyrənməyə başlayırlar, sonra da biri fizik, biri kimyaçı, başqa biri də riyaziyyatçı olur. Və baxırsan ki, hamısı Nizami Gəncəvidən hikmətli şeylər deyirlər. Beləliklə sənin millətinin psixoloji durumu pozulur.
Həmin fizikə, kimyaçıya, riyaziyyatçıya başa salmaq olmur ki, biz əvvəldən türkük. Deyir ki, əvvəl biz fars olmuşuq, sonra da belə olub da. Bizim zövqümüz Nizami Gəncəvinin tərcümələri əsasında formalaşır. 40-cı illərdə Nizami tərcümə ediləndən sonra 50-ci illərdə bu tərcümələr tipində şeirlər yazılmağa başlandı. Külli miqdarda əsərlər yazıldı, külli miqdarda zay məhsul ortaya çıxdı. Təhrif olunmuş Nizami Gəncəvi bizim ədəbiyyatımızda çox pis tendensiya yaratdı. Doğrudur, indi o əsərlərdən çoxunun adı unudulub, amma bir vaxtlar bu əsərlər dərsliklərə salınırdı. Hətta onu da deyim ki, bu tərcümələr adları bizim yadımızda olan şairlərin yaradıcılığına da mənfi təsir göstərib.
Atəşpərəstliyin abidəsi “Avesta” da yuxarı başa qoyulub. Bu, Hind-İran mədəniyyətinin, fəlsəfəsininin əsəridir. Azərbaycan ərazisində yaranıb, amma çox ortaq idi. Mənim ərazimdə nə yaranıbsa, mənimdir, məntiqi ilə çıxış etmək yanlışdır. Qədim yunan tarixində mənbələrin 70-80 faizi Türkiyənin ərazisindədir. Onda nə olur? Belə çıxır ki, türk ədəbiyyatını, mədəniyyətini yazanda Homeri də ora daxil etməlisən. Doğrudur, atəşpərəstlərdən, o etnosdan bizim millətin tərkibinə keçənlər də olub.
Türklərdə belə şeylər var ki, hərdən görürsən bir insanda düşüncə, mədəniyyət türklərlə yunanların qarışığıdır. Amma aparıcı istiqamət nəzərə alınmasa, gərək ruslar öz tarixlərində, ədəbiyyatlarında türklərə xüsusi yer ayıralar. Halbuki onlar rusluq nədir, bax, buna xüsusi diqqət yetirirlər. Bütün dünyada aparıcı istiqamətə ciddi diqqət yetirilir.
Bunları nəzərə alaraq mən demişdim ki, bu cür anlaşılmazlığı aradan qaldırmaqdan ötrü Nizami Gəncəvidən əvvəl Dədə Qorqud eposu elə keçilməlidir ki, bu, bizi keçmişimizlə bağlasın. O zaman da yaxşı tədqiqat aparılmamış, Nizamidə türk eposunun xüsusiyyətləri araşdırılmamışdı və dərsliklərdə yox idi. Sonra konkret məqamlar ortaya qoyuldu ki, hansı sujet haradan gəlir. Makedoniyalı İsgəndər Nizaminin ideal hökmdarıdır. İsgəndər haqqında qədim türklərin dastanları var ki, onların qalıqları bizə gəlib çatıb. Orta Asiya türklərinin çoxunda İsgəndərlə bağlı miflər var. Qazaxlarda xüsusilə çoxdur. Amma heç bir İran mütəfəkkiri, şairi, yazıçısı İsgəndəri bu həddə qaldırmaz, çünki İran tarixi üçün o, düşməndir. O, İranı məhv edib. Doğrudur, İsgəndər türklərlə də vuruşub, ancaq necə vuruşubsa, bizim yaddaşımızda bu müsbət hadisə kimi qalıb.
Bütün bu məqamları nəzərə alaraq deyirdim ki, Dədə Qorqud önə çəkilsin. Dədə Qorqud əhval-ruhiyyəsi ilə bizim ədəbiyyatımızın tarixi başlasın, “Avesta” ilə yox. Nizami Gəncəvi lap əvvəldə olmasın. Hərdən deyirlər ki, bizim ədəbiyyatımız Nizami, dilimiz Füzuli ilə başlayır. Ancaq Nizami və Füzuli yaradıcılığı o qədər yüksək səviyyədədir ki, bunlarla heç nə başlaya bilməz. Onlarla nəsə bitə bilər.
- Nizami Gəncəvinin əsərlərinin tərcüməsindən danışdınız. Yaxşı olmazdımı ki, Nizami əsərlərinin filoloji tərcüməsi yaxud nəsr variantı dərsliklərə salınsın?
- Adətən orta məktəb dərsliklərinə zəif də olsa, tərcümələr salınır, bu, ənənədir. Orta məktəb şagirdlərinə filoloji tərcümə ilə nəyisə izah etmək, estetik fikir yaratmaq çox çətindir. Burada belə bir yol ola bilər ki, ya orijinala yaxın tərcümələrdən istifadə edilsin, ya da yeni, səviyyəli tərcümələr olunsun. Bu, bəlkə də ədəbiyyat məsələsi yox, pedoqoji məsələdir. Ruslarda da bu problem var. Məsələn Puşkinin, Lermontovun yaradıcılığı müasir rus oxucusuna yaxın bir yaradıcılıq deyil. Elə ifadələr, sözlər var ki, anlaşılmazdır. Bizim bunu qısa müddət ərzində həll etməyimiz mümkün deyil. Geniş müzakirələr olmalı və bunun həlli yolu tapılmalıdır.
- Dərsliklərdən söz düşmüşkən, sizin də müəllifi olduğunuz dərsliklərin vəziyyəti ilə bağlı xeyli narazılıqlar var.
- Bu, təbiidir. Dərslik yazmaq kifayət qədər çətindir və bir adamın öhdəsində olan iş deyil. Mən niyə bu işə razılıq verdim? Bayaq danışdıq, Azərbaycanın intibah dövrü ilə bağlı problemlər, ədəbiyyat dərsliklərində dövrləşmənin olmaması ciddi nöqsanlardır. Gərək dərslikləri orta məktəbə elə təqdim edəsən ki, sistemlilik pozulmasın, riyaziyyatda olduğu kimi. Elə olmasın ki, şagird Molla Pənah Vaqifin yaradıcılığını bilsin, amma Füzulidən xəbəri olmasın.
Başqa bir maraqlı məqamı deyim, bizim orta məktəb dərsliklərində o qədər rəqəm vardı ki... Mirzə Cahanşah Həqiqi nə vaxt yaşayıb, nə vaxt ölüb, bunun nə dəxli var? Orta məktəbdə bilməlisən ki, Dədə Qorqud neçənci əsrdə yaranıb, Nizami Gəncəvi, Nəsimi, Füzuli, Vaqif nə vaxt anadan olub, nə vaxt ölüb. Yoxsa səhifəni qoyurdun qabağına, bir səhifədə on rəqəm vardı. Bu rəqəmlərin də ədəbiyyata heç bir dəxli yoxdur. Amma sabah bunlar imtahana düşürdü. Test üçün də bu, əslində maraqlıdır. Ancaq test üçün də normal bilik təqdim eləməlisən.
Ədəbiyyatın qanunauyğunluqları var, yazıçıları, şairləri bir-birindən təcrid etmədən, bir-biri ilə əlaqəli olaraq təqdim etməlisən ki, beyində assosiasiya yaransın. Rəqəmi yox, ədəbiyyat haqqında təsəvvür yaradacaq estetik, poetik tərəfləri şagirdə öyrətmək lazımdır. Bizdə dövrləşmə necə idi, yazırdılar ki, XIII-XIV, XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı. Bu nə deməkdir? Axı belə olmur. Belə çıxır ki, bizim Azərbaycan ədəbiyyatı iki əsrdən bir xüsusiyyətlərini dəyişir. Adamdan soruşurlar ki, nə dəyişir?
Bizim əvvəlki kitablarda məlumatlar sistemsiz və pərakəndə idi. Bu səbəbdən də dərsliklərə ideya forması verdik. Çatışmayan cəhətimiz isə o oldu ki, yuxarı sinif dərsliklərində dünya ədəbiyyatını verə bilmədik.
Aşağı siniflərdə müəyyən qədər var, əlavə oxular kimi təqdim olunur. Biz maraqlandıq, dedilər ki, dünyanın heç bir yerində yuxarı siniflərdə dünya ədəbiyyatı verilmir. Onu da fikirləşdik ki, dünya ədəbiyyatını adda-budda verməyin də bir mənası yoxdur. O da ciddi bir bilik vermir. Belə bir fikir də var ki, əvvəlki dərsliklərdə daha geniş məlumat verilirdi, indiki dərsliklər yığcamdır. Bu, dərslərin saatları ilə bağlı düşünülən şeydir. Hər halda mən belə düşünürəm ki, bu dərsliklər əvvəliklərdən xeyli dərəcədə normaldır. Biri var şagirdə hər şeyi təqdim edəsən və nəticə etibarilə şagirddə çox az bilik ola, biri də var normal bir şey təqdim edəsən.
Orta məktəb təkcə dərslikdən ibarət deyil. Külli miqdarda ədəbiyyat var, məsələn, mən orta məktəbdə oxuduğum ədəbiyyatı universitetdə bir o qədər oxuya bilməmişdim. Baş varsa, bilik varsa, nə qədər istəsən, oxumaq olar. Bəzən bizim orta məktəb müəllimləri tənbəllik edirlər, deyirlər ki, dərslikdə hər şey yazılsın, biz də buradan oxuyaq, deyək də. Bu da olmaz. Orta məktəbin ədəbiyyat müəlliminin biliyi bir dərslik hüdudundan kənara çıxmırsa, o, müəllim deyil. Biz nəyi keçməliyik, bu seçimi edəndə çalışırıq ki, həm müxtəlif janrlar, müxtəlif ideyalar əhatə olunsun. Füzuli varsa, qəzəl janrını keçiriksə, Seyid Əzim Şirvanini tam keçməyə ehtiyac yoxdur. Ancaq qısa məlumat olmalıdır. Dramaturgiyanı Mirzə Fətəli Axundovda keçiriksə, artıq Nəcəf bəy Vəzirova, Əbdürrəhim bəy Haqverdiyevə ehtiyac yoxdur. Ancaq Cəfər Cabbarlı dramaturgiyası tam ayrıdır, burada ideyalar var. Axundovdan fərqlidir, yeni mərhələdir.
Qismət Rüstəmov
Ağa Cəfərli
Qan Turalı
Müsahibənin növbəti hissəsində oxuyacaqsınız:
- Nizami Cəfərov Hüseynbala Mirələmovu dərsliyə niyə saldı, Çingiz Abdullayevin niyə çıxarıldı, Yunus Oğuzun niyə salmaq istəyir? Aqil Abbas niyə dərsliklərdə yoxdur?
-Filologiya professoru Nizami Cəfərovun abituriyent olanda filologiya onun neçənci seçimi imiş?
-Ədəbiyyatın eposa bağlılığı nəzəriyyəsinin əsas ideoloqu fikrinə hansı redaktələr etdi?
-Hansı yazıçılar yazılı məqaləyə yox, şifahi tənqidə layiqdir?
-“Ədəbiyyat” qəzeti nəyə görə yaxşı çıxır?
- Nizami Cəfərov “Molla Nəsrəddin” impulsdur, “Füyuzat” ideya.
- Nəyə görə Nizami Cəfərov soyadını dəyişmir?
- Filologiya fakultələri niyə güclü müəllim yetişdirə bilmir?
Kulis.az-ı izləyin...

1434 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024