“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub
15 noyabr 2025
# 14:00

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziyası və "EMEDIA GROUP" Media Təşkilatının birgə təşkilatçılığı ilə milli teatr və kino tarixinin əfsanəsi, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf” və “Şöhrət” ordenli, Bakı Bələdiyyə Teatrının yaradıcısı Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunmuş “Unuda Bilmirəm. Amaliya Pənahova” bədii sənədli filminin təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Nizami Kino Mərkəzində təşkil edilən mərasimdə rəsmi qonaqlar, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, tanınmış sənət adamları və digərləri iştirak ediblər.

Təqdimatda Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, xalq artistləri Nurəddin Mehdixanlı və Həmidə Ömərova, ekran əsərinin ideya müəllifi "EMEDIA GROUP" Media Təşkilatının sədri Elşən Əliyev, ssenari müəllifi Ülviyyə Heydərova, rejissor Şəlalə Hüseynova Amaliya Pənahovanın yaradıcılığını əhatə edən çıxışlar edib, sənətkar haqqında fikirlərini bildiriblər.

Filmin yaradıcı heyəti də təqdimatda çıxış edərək Amaliya Pənahova kimi geniş yaradıcılığa malik bir aktrisa haqqında film çəkməyin necə böyük məsuliyyət hissi olduğunu vurğulayıblar.

Daha sonra film nümayiş olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Televiziyasının Kinoproqramlar redaksiyasında istehsal olunan filmdə Xalq artistinin yaradıcılığını əhatə edən məqamlara, zəngin yaradıcılıq yoluna nəzər salınıb, aktrisanın səhnəyə gəlişindən ömrünün son günlərinə qədər olan fəaliyyəti - Bakı Bələdiyyə Teatrını yaratması, özünün quruluş verdiyi tamaşalar, rejissor kimi həyata keçirdiyi tədbirlər, ümumiyyətlə, mədəniyyət və ictimai xadim kimi gördüyü işlər əks olunub. Bundan başqa, filmdə Xalq yazıçısı Anar, Xalq artistləri Rasim Balayev, Hacı İsmayılov, Mərahim Fərzəlibəyov, akademik Rafael Hüseynov, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə sənətkarla bağlı xatirələrini bölüşüblər.

# 913 dəfə oxunub

Oxşar xəbərlər

"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

15:00 5 yanvar 2026
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

12:00 28 dekabr 2025
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

17:00 22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər