Xatirə dəftərləri, açıqcalar, kasetlər... - Ötən əsrin məşhur ünsiyyət vasitələri

Xatirə dəftərləri, açıqcalar, kasetlər...  - Ötən əsrin məşhur ünsiyyət vasitələri
23 noyabr 2025
# 15:00

Kulis.az ötən əsrin sosiallaşma adətlərini təqdim edir.

Bir zamanlar sevdiklərimizi qəlbimiz qədər saf səhifələrdə qoruyar, hisslərimizi məktublarla ifadə edər, darıxdıqlarımızı açıqcalarla sevindirərdik.

Bəlkə, indi telefonu əlimizə aldığımızda səsli mesaj xidməti çıxacaq deyə qəlbimiz həyəcanla döyünmür, dostumuzun ad günündən əvvəlki gecə kaset yazmaq üçün səhərə qədər oyaq qalmırıq, amma o günləri - nostalgiya dolu vərdişlərimizi xatırlayanda hələ də içimizdə bir xiffət boy göstərir.

Xatirə dəftəri tutmaq

Bir şəxsə dəyər verdiyini göstərməyin ən gözəl yollarından biri ona xatirə dəftərini vermək və bir səhifəni sənin üçün doldurmasını istəmək idi.

Hələ də bir küncdə saxladığımız o xatirə dəftərləri, köhnə dostluqların nostaljik bələdçisi kimi şəxsi tariximizin ən dəyərli yadigarlarıdır.

Məktub yazmaq

Ailəmiz, dostlarımızdan ötürü darıxanda, sevdiyimiz insandan uzaqda olanda böyük diqqətlə ən gözəl məktub kağızını seçər, ən səliqəli yazımızla məktubumuzu yazardıq.

Hər biri ayrıca bir tarix daşıyan markaları zərfin üzərinə yapışdırar, şirin bir həyəcanla məktubumuzu poçta aparıb təhvil verərdik.

Ən qədim ünsiyyət vasitələrindən biri olan məktublar sandıqlarda saxlanar, illər keçdikcə saralsa da, onları göz bəbəyimiz kimi qoruyardıq.

Açıqca göndərmək

Səyahətə gedəndə ilk etdiyimiz iş açıqca alıb sevdiklərimizə göndərmək olurdu.

Sanki ailəmizə, dostlarımıza onu göndərməsək, səyahətin dadını çıxara bilməyəcəkdik.

Biri bizə açıqca göndərəndə isə özümüzü daha dəyərli hiss edirdik.

Dostluq təklif etmək

Bəli, bu cümləni oxuyanda insan bir az qəribsəyə bilər. Lakin, əvvəllər kiminləsə dost olmaq indi olduğu qədər rahat və təbii bir vəziyyət deyildi.

Dost olmaq istədiyimiz insana vasitəçilərlə müraciət edirdik.

Dostluq təklifi, adətən, məktəb illərində baş verən bir təcrübə olduğundan, ağacların arxasından, divar kənarlarından baxar, həyəcanla gələcək cavabı gözləyirdik.

Səsli mesaj xidməti

Səsli mesaj gündəlik həyatımıza ilk daxil olanda əsl bir inqilab olmuşdu. "Xoş gəlmisiniz" mesajını ən gözəl şəkildə yazmaq üçün çalışır, hər evə gəldikdə qaçaraq səsli mesajı yoxlayardıq.

Ora bir mesaj buraxmaq da bir o qədər çətin idi; səsimiz titrəyərdi, gələcək cavabı da həyəcanla gözləyirdik.

Qeyd qoymaq

Sevdiklərimizlə ünsiyyət qurmağın ən şirin, ən səmimi yollarından biri onlar üçün qeyd qoymaq idi.

Kiçik kağızlardakı xatırlatma və ya sevgi qeydləri evdə, məktəbdə, iş yerində uyğun yerə yapışdırılır, oxuyanların ürəyini isidirdi.

Şəkil albomu hazırlamaq

Köhnə kameralarla çəkilən fotoşəkillər üçün diqqətlə albomlar hazırlanırdı.

Uşaqlıq və ailə şəkilləri, məktəb xatirələri, toy şəkilləri… Hər şəkil alboma qoyular və qorunardı.

Evimizə gələnlərə fotoalbomları göstərmək və gözəl xatirələrimizi onlarla bölüşmək isə ən yaxşı adətlərdən idi.

Kaset və ya disk yığmaq

Bir insana verilə biləcək ən xüsusi hədiyyələrdən biri onun üçün qarışıq kaset və ya disk hazırlamaq idi.

90-cı illərdən əvvəl doğulan hər kəs ən yaxın dostuna və ya sevgilisinə albom hazırlayıb.

Qarışıq kaset hazırlayarkən mahnıları diqqətlə seçmək və arada boşluq qalmasın, səs keyfiyyəti düşməsin deyə yazmaq bacarıq tələb edirdi.

***

Müasir dövrdə texnologiya xeyli inkişaf edib və bu sadaladıqlarımızın indi daha müasir ekvivalentləri var.

Məsələn, xatirə dəftərlərini, səsli mesaj xidmətini, açıqcaları, məktubları indi sosial media postu, paylaşılmış virtual xatirə statusları, onlayn dostluq sorğuları, elektron qeydlər, Spotify playlistləri, USB, playlist paylaşımı və sair əvəzləyib.

Fəqət hələ də bir çoxumuzun yaddaşında ötən əsrin ünsiyyət vasitələri nostalgiya dolu xoş xatirələrlə yaşayır.

Bunlar sadəcə keçmişdə qalan xatirələr deyil, həm də insan münasibətlərinin incəliklərini və ünsiyyətin dəyərini xatırladan simvollardır.

# 133 dəfə oxunub

Oxşar xəbərlər

Oğlu olmadığına görə boşanan Cek London  - O,  niyə "naməlum valideynin uşağı” hesab olunurdu?

Oğlu olmadığına görə boşanan Cek London - O, niyə "naməlum valideynin uşağı” hesab olunurdu?

14:40 22 noyabr 2025
Vahid Əziz “Şərəf” ordeni  ilə təltif edildi

Vahid Əziz “Şərəf” ordeni ilə təltif edildi

14:05 22 noyabr 2025
Kinomuzun kişi üzü - Həsən Məmmədov

Kinomuzun kişi üzü - Həsən Məmmədov

13:30 22 noyabr 2025
Van Qoqun tablosu rekord qiymətə satıldı

Van Qoqun tablosu rekord qiymətə satıldı

12:35 22 noyabr 2025
Cəbhədən ədəbiyyata...  - Hüseyn Abbaszadə haqqında məşhur rus yazıçı nə demişdi?

Cəbhədən ədəbiyyata... - Hüseyn Abbaszadə haqqında məşhur rus yazıçı nə demişdi?

12:20 22 noyabr 2025
Təsadüfən çardaqda tapılan komiks - Tarixin ən bahalı nəşri

Təsadüfən çardaqda tapılan komiks - Tarixin ən bahalı nəşri

12:15 22 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər