Üç bacı və Çarlz Dikkensin hərəmxanası

Üç bacı və Çarlz Dikkensin hərəmxanası
6 sentyabr 2011
# 06:00
Devid Kopperfild, Nikolas Nikkilbi və Oliver Tvist. Uşaqlıq dövründən bizə bəlli olan adlar. Və hər bir əsərində azyaşlılara sevgi və mərhəmətini çılpaq ifadə edən Çarlz Dikkens.

Qalın romanlarında ailə xoşbəxtliyini, firavanlığı, rəvan həyat tərzini tərənnüm edən yazıçının, nə qədər qəribə görünsə də, qadınlarla dəqiq, cəmiyyətdə məqbul bilinən ölçülü-biçili əlaqələrə malik deyilmiş.

Çarlz Dikkensin ləyaqətli ailənin üzvləri olan Hoqart bacıları ilə əlaqəsi yetərindən artıq dolaşıqdır. O bacılardan birini sevir, digəriylə evlənir, üçüncüsü isə nikahın pozulmasından sonra ev işləri ilə məşğul olmuş və yazıçının uşaqlarını tərbiyə edirmiş. Çünki Devid Kopperfild, Nikolas Nikkilbi və Oliver Tvist kimi uşaqların “atası” öz uşaqları ilə məşğul olmağa vaxt tapmırmış.

Hoqart ailəsi ilə tanış olarkən Dikkens gənc bir oğlan idi. Dörd qız atası ilə münasibətlər əvvəlcə işgüzar səciyyəli idi: ailə başçısı Corc Hoqart “İrvinq kronikl”in redaktoru idi. O, ədəbi zəkası ilə parlamasa da, deyilənə görə, Valter Skotla dostluq etmişdi.

Çelsidə yaşayan Hoqartların tez-tez qonağı olan Dikkens 19 yaşlı Ketə evlənmə təklif edir. O, ailənin ərəgetməli yeganə qız idi. Bacıların – Merinin cəmi 16 yaşı vardı, Corcina və Elen isə yaşca nisbətən kiçik idilər.

“Pikvik klubunun qeydləri”nin uğurundan sonra Dikkens vaxt itirmədən Keti ilə nişanlanır. O, Londonda ev alır və gənc ailə bu evə köçür. Lakin tünd mavi gözlü, solğun sifətli xanımla nikaha girən yazıçı, əslində, Merinin aşiqi idi. Bacısının təkidiylə Meri bu evə köçür və Meri ailənin bəzi məişət qayğılarını öz üzərinə götürür.

Bir dəfə teatrdan qayıdarkən evdə qışqırıq eşidilir. Çarlz və Ket cəld Merinin otağına cumur. Ürək çatışmazlığından ölən Meri Dikkensin qolları arasında keçinir. O, ölmüş qızın əlindəki üzüyü çıxarıb barmağına taxır və ömrünün sonunadək onu çıxarmır.

Merinin ölümündən sonra Dikkens özünə gələ bilmir. Yazıçının bir çox qeydlərində onun ölmüş qıza sevgisi çılpaqlığı və ehtiraslılığı ilə göz deşir. Dikkens Meriyə məhəbbətini gizlətmirdi və Ket bunu həzm etmək məcburiyyətində idi. Ən azı uşaqlarının – Çarlz, Keti, Memi, Uolter, Dora, Edvard, Fensis, Henri və Sidneyin xatirinə. Lakin Dikkenslərin mənzili uşaq qığıltısından yeniyetmə səs-küyünə büründüyü vaxt evdə başqa bir bacı peyda oldu – Corcina. Bu bacı uğurlu nikah təklifindən imtina edir və bacısının uşaqlarına könüllü tərbiyəçi olur.

Cəmiyyətdə nüfuzlu yazar imicinə malik Dikkensin 18 yaşlı aktrisa Elen Ternanla eşq macərasından sonra Keti Hoqart sanki qəflət yuxusundan ayılır. Ərinin bütün sevgi üçlüklərini bağışlayan qadın 22 illik nikaha son qoyur. Hoqart bacılarından yalnız Corcina Dikkensi əfv etdi.

Dikkensin müasirləri birmənalı olaraq vurğulayır ki, yazıçını ən çox sevən qadın məhz Corcina idi. O, sona qədər ərə getmədi və sevgisini ürəyində daşıdı.

Onlar arasında eşq macərası olmuşdumu, yoxsa məhəbbət üçbucağı haqqında dedi-qoduların tam əsassız idi?

Yeganə təsdiqləyici dəlil budur: Çarlz Dikkens ona 8 min funt pul və bütün yazılı mirasını vəsiyyət etmişdi.

Əziz RZAZADƏ


Kulis.az Facebookda
# 1868 dəfə oxunub

Oxşar xəbərlər

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

13:00 9 fevral 2026
"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

13:30 7 fevral 2026
"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

12:00 7 fevral 2026
Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

10:00 30 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər