Əli Kərim: “Ata”

Əli Kərim: “Ata”
22 avqust 2011
# 14:05
O sərt idi səhər dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını
Bircə dəfə söz açmazdı qəlbindəkindən
Söyləməzdi övlad üçün çox yandığını

Gizli-gizli məni süzüb gülərdi hərdən
Durub-durub güc gələrdi əyri qəlyana
Övladına bircə dəfə can söyləməkdən
Övlad üçün can verməyi asandı ona

Zəhmətsevər, ağır, enli, cod əli vardı
Tale kimi endirərdi çiynimə hərdən
Sərt üzünə bircə anlıq səhər doğardı
Bilməzdim ki, hansı nurlu düşüncələrdən

Sevgisi də soyuq idi təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi
...Moskvada oxuyurdum tərk etdi məni
Gələn zaman bir əbədi ayrılıq dəmi

Gah istəyib məni görə
Gah deyib ki, mən
Qoy bilməyim, o utanıb öz ölümündən
Ah o niyə belə etdi, bu nə qübardı
Nə zamansa bu nişanda bir atam vardı...
# 3892 dəfə oxunub

Oxşar xəbərlər

"Gözlərimdən sanasan dəryayi-ümman ayrılır..." - Rasim Balayevin son vidası

"Gözlərimdən sanasan dəryayi-ümman ayrılır..." - Rasim Balayevin son vidası

15:20 30 mart 2026
Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi

Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi

14:32 30 mart 2026
"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə  çap etmirdilər?

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə çap etmirdilər?

12:00 29 mart 2026
"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər