Azərbaycan Dillər Universitetinin İsrail Mədəniyyət Mərkəzində tanınmış İsrail yazıçısı Əli Amirin “Günah Keçisi” əsəri təqdim olunub.
APA-nın məlumatına görə, bu, İsrail ədəbiyyatından Azərbaycan dilinə tərcümənin ilk təcrübəsidir.
Kitab yəhudi millətini tanımaq üçün böyük əhəmiyyət daşıyır, əsərdə İsrail torpağına köçən polyak, fransız, rus və yəhudi ailələrinin həyatından, onların yeni qurulan hökumətdə rastlaşdığı çətinliklərdən danışılır.
Təqdimatda Azərbaycandakı İsrail səfirliyinin nümayəndələri də iştirak edib. Səfir Rafael Harpaz İsrail və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın bütün sahələrdə, o cümlədən mədəni əlaqələr sahəsində bundan sonra da inkişaf edəcəyini vurğulayıb. Onun sözlərinə görə, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ probleminin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yollu il həll olunacağına ümid edir.