Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirildi

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirildi
25 fevral 2026
# 14:15

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın aparıcı media mənsubları ilə görüş keçirilib. Tədbirdə qəzet, informasiya agentlikləri, xəbər portalları, televiziya və radio qurumlarını təmsil edən jurnalistlər iştirak ediblər.

Kulis.az xəbər verir ki, görüşdə mərkəzin direktoru Akif Marifli Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin media sahəsində əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını söyləyib. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həyata keçirdiyi siyasət nəticəsində hər iki ölkədə medianın inkişafına və jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir.

Akif Marifli qeyd edib ki, mərkəzin təşəbbüsü ilə artıq uzun illərdir Özbəkistanın aparıcı media qurumlarının nümayəndələri üçün Azərbaycana mediaturlar təşkil olunur. Bu səfərlər çərçivəsində Azərbaycanla bağlı mövzuların obyektiv və geniş şəkildə işıqlandırılması, habelə iki xalq arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, mədəniyyətin və xalq diplomatiyasının təbliğində fəal iştirak edən jurnalistlər hər il Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən müvafiq qaydada mükafatlandırılırlar.

Onun sözlərinə görə, mərkəz informasiya sahəsində əməkdaşlığın davamlı, sistemli və institusional əsasda inkişaf etdirilməsinə xüsusi önəm verir.

Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurod Salimov çıxışında iki ölkə arasında media əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayıb. O bildirib ki, peşəkar əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi obyektiv informasiya mühitinin formalaşmasına, eləcə də qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir.

Sədr qeyd edib ki, Azərbaycan mövzusunun Özbəkistan mediasında daha fəal işıqlandırılması xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir və informasiya əməkdaşlığının davamlı xarakter almasına şərait yaradır.

Görüşdə Azərbaycan mövzusunun Özbəkistan mediasında daha geniş işıqlandırılması, birgə layihələrin hazırlanması və jurnalistlər arasında təcrübə mübadiləsinin davam etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

# 1048 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər