“Onlar bədəni, sinəsi hesabına “sənətkar” olanlardır” – Xalq artisti televiziyalardan danışdı

“Onlar bədəni, sinəsi hesabına “sənətkar” olanlardır” – Xalq artisti televiziyalardan danışdı
25 fevral 2026
# 16:22

“Belə bir deyim var: qazanc quduranda mayanı yeyir. Bunlar mayanı yeyən uşaqlardır. Məsuliyyətsizlik, özbaşınalıq, əxlaqsızlıq bunları o əndazəyə çatdırıb ki, maya cəhənnəm, oturduqları kresloları, təmsil etdikləri televiziyaları gözdən salırlar”.

Kulis.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov deyib.

O bildirib ki, bayağı qonaqları verilişlər ədoldururlar:

“Televiziya rəhbərləri hara baxırlar? Onlar kimlərdir? Bu xalqın sənətinə, mədəniyyətinə, dəyərlərinə nə dərəcədə maraqlıdırlar? Ağıllarına nə gəlir, onu edirlər. Milyonlardan, bahalı maşınlardan, villalardan danışırlar. Haradandır bunlar? 62 ildir kinoya, mədəniyyətə xidmət edirəm, 3-4 il də televiziyada işləmişəm, quru maaşdan başqa qazancım olmayıb. Artıq aparıcıları qınamıram. Onlar biznes qurublar orada. Yaxşı, bəs televiziya rəhbərlərinin marağı nədir? Bəs dövlət siyasəti, onun təbliğatı, milli dəyərlərimiz onların marağında deyil? Televiziya qazanc mərkəzi deyil axı. O aparıcıların hamısı bahalı maşınlarda gəzir. Bunlar məgər bizdən deyillər? O verilişlərdə əndamlarını nümayiş etdirən, ritmi, avazı olmayan müğənnilər televiziya rəhbərləri tərəfindən görülmür?”

Xalq artisti qeyd edib ki, xəstəliyin səbəbini müalicə etmək lazımdır:

“Rəhmətlik Arif Babayev pul verib çıxırdı televiziyaya? Dünyanın hər yerində müğənnilər televiziyadan pul qazanırlar. Müğənniyə pul verməkdənsə, müğənni bunlara pul verir. Çünki peşəkar müğənni, sənətkar yoxdur. Hamısı özləri kimi “xalturşik”, bayağı, əttökəndir. Bədəni, sinəsi hesabına “sənətkar” olanlardır. Aralarında bəziləri var, onları nəzərdə tutmuram. 4-5 nəfər var ki, normal əqidəli insanlardılar. Kütləvi şəkildə bu cür biabırçılıq olmaz. O aparıcıların intellektual səviyyəsi nədir? Onları çağırıb Azərbaycan dilinin qrammatikasından sual verin, bilməyəcəklər. Verilişlər elə bil vağzaldır, istəyən gəlir, istəyən gedir. Manıslar gedib toylardan 5-10 manat yığıb gətirib verirlər bunlara, onlar da mənəviyyatımızı korlayırlar. Hamısı zəncirvari cinayətkarlardır. Belə biabırçılıq olmaz”.

# 963 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər