Xocalı faciəsi qurbanlarının xatirəsi yad olundu

Xocalı faciəsi qurbanlarının xatirəsi yad olundu
25 fevral 2026
# 14:00

Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbir Mərkəzin, Əzim Əzimzadə, M.S.Ordubadinin ev-muzeylərinin və Səməd Vurğun Poeziya Ocağının birgə təşkilatçılığı ilə reallaşıb.

Kulis.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində şagirdlərin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Sonra Dövlət Himni səsləndirilib, Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə Ə.Əzimzadə adına muzeyin direktoru İradə Əzimzadə, M.S.Ordubadinin ev-muzeyinin direktoru Rasimə Əhmədova, şair-publisist Zərəngiz Dəmirçi Qayalı və digərləri Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu söyləyiblər.

Faciənin başvermə səbəblərindən danışan natiqlər o dövrdə ölkəmizin mürəkkəb ictimai-siyasi şəraitdə olduğunu, xaos və anarxiyanın hökm sürdüyünü qeyd ediblər. Bildirilib ki, Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilib və fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi elan olunub.

Vurğulanıb ki, bu gün Azərbaycan qalib ölkədir və beynəlxalq aləmdə söz sahibi olan, ərazi bütövlüyünü bərpa etmiş güclü dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır.

Sonda şair-publisist Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşası nümayiş olunub.

# 1263 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər