Xalq artisti Şəfiqə Axundova vəfat edib

Xalq artisti Şəfiqə Axundova vəfat edib
26 iyul 2013
# 11:56

Xalq artisti Şəfiqə Axundova bu gün Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.


Bəstəkarın bacısı Rəfiqə Axundovanın APA-ya verdiyi məlumata görə, Şəfiqə Axundova qan-damar sistemində tromblaşma nəticəsində dünyasını dəyişib: “On dəqiqə əvvəl Şəfiqəni itirdik. Lap yaxşı idi, özünü yaxşı hiss edirdi. Yemək verdik, normal yeyirdi. Birdə-birə nəfəsi getdi, gəlmədi”.

Qeyd edək ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. Şəfiqə Axundova Şərqdə ilk dəfə opera yazmış qadın bəstəkardır.

Allah rəhmət eləsin!

# 1717 dəfə oxunub

Müəllifin son yazıları

# # #