Moskvada küçə sənəti biennalesi keçirilir

Moskvada küçə sənəti biennalesi keçirilir
15 sentyabr 2014
# 14:12

Moskvada “Artmosfera” I Beynəlxalq Küçə Sənəti (streetart) Biennalesi keçirilir. Kulis.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, Moskva Şəhər Mədəniyyət Departamentinin dəstəyi ilə həyata keçirilən biennale sentyabrın 6-dan oktyabrın 20-dək keçiriləcək.

Əsas proqramda dünyanın 35-dən artıq rəssamı iştirak edir. Onların arasında ABŞ, Yaponiya, İtaliya, İspaniya dan olan məşhur rəssamlar var. Səksəninci illər qraffitisinin əfsanəsi olan ispan Sixe, Nyu-York nəqliyyat departamentinin Bruklin və Manhetten körpüləri arasında 60 metrlik pannonu sifariş edən amerikalı Momo var. İnstallyasiyaların, heykəllərin və qraffitilərin nümayiş olunduğu əsas sərgidən başqa küçədə də işlər təqdim olunur.

# 1344 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #