Culian Barnsın müsahibəsi: “O roman mən öləndən sonra çap olunacaq...”

Culian Barnsın müsahibəsi: “O roman mən öləndən sonra çap olunacaq...”
31 iyul 2019
# 17:45

Müasir Britaniyanın ən yaxşı nasirlərindən Buker mükafatı laureatı Culian Barns Forbes Life ədəbiyyatşünası Natalia Lomykinaya müsahibə verib.

Xatırladaq ki, Culian Barnsın Teas Press Nəşriyyatında “Aqibət duyğusu” əsəri dilimizə çevrilib. Əsəri dilimizə çevirən Seyfəddin Hüseynlidir.

Kulis.az həmin müsahibəni ixtisarla təqdim edir.

- Son illərdə həyatın ritmi və kommunikasiya prosesi sürətlə dəyişib. Bununla necə baş edirsiniz?

- 10 yaşıma kimi televizor olmayan evdə yaşamışam. Kompüterim və mobil telefonum da çox sonra olub. İndi hər ikisindən istifadə edirəm həm də məncə pis bacarmıram. Mobil telefonda yatıb qalan gəncləri görəndə istər istəməz etirazım yaranır. Ətrafa baxın bir! Ekrandan bir dəqiqəlik də olsa qopun. Amma digər tərəfdən düşünürəm onlar çətin ki, telefonsuz Barnsı ya da Lermantovu oxuyarlar. Amma ümumiyyətlə həyatdan danışırıqsa mən bir yazıçı kimi özümə komfortu seçirəm. Adətən bir roman yazmağa mənə iki-üç il lazımdır. Normal işi olan insanlar, günə, həftəyə aya nəsə etməli olan adamlar belə həyatı başa düşmürlər. Amma kommunikasiyanın tempin sürətlənməsinə baxmayaraq mənə maraqlı olan və dəyişməyən fundamental şeylər var: sevgi, ölüm, sənət, güc və başqa məsələlər. İndiki gənclərin də problemləri mənim nəslimdə olduğu kimidir. Bu bir yazıçı kimi mənə böyük yüngüllük gətirir.

- Bəs sizin “Zamanın küyü” necədir, onu duyursunuzmu?

- Boris Consonun Böyük Britaniyanın baş naziri vəzifəsinə başlamasından (Boris Conson iyulun 24-dən Böyük Britaniyanın baş naziridir) sonra, bu dəqiqə mən “zamanın səsini bərkdən səslənən, heç cür bitə bilməyən nəfəsli orkestr kimi hiss edirəm.

- Lev Tolstoy ailə səadətindən yazırdı. Sizin “Metrolənd”iniz müəyyən mənada Tolstoyun romanına bənzəyir. Tolstoy sizə nə qədər yaxındır? Dünya klassikası yoxsa rus klassikləri? Sizə ədəbiyyatçı kimi hansı təsir edib?

- İngilis və fransız ədəbiyyatından sonra rus ədəbiyyatı mənə yaxındır. İki il məktəbdə rus dili keçmişik. İlk rusca oxuduğum mətnlər yadımdadır: Turgenevin “Asya”sı, Tolstoyun “Uşaqlığ”ı bir də Çexovdan nəsə. Tolstoyun “Anna Karenina”sı və “Hərb və Sülh”ü mənə çox yaxındır. Amma o mənə həyat dərsi keçən yerdə bizim yollarımız ayrılır. Mən didaktik ədəbiyyatı sevmirəm. Turgenev sevgi haqda çox gözəl yazır, Çexov haqda isə sonsuzadək danışmaq olar – onun pyeslərini dəfələrlə tamaşada izləmişəm. Amma mənim ən sevimli romanlarımdan biri Lermantovun “Zəmanəmizin qəhrəmanı”dır.

- Həyatınızda sevgiyə görə qurban verdiyiniz olubmu? Nəyi qurban vermisiniz? Ya da olubmu ki, sevgini qurban verəsiniz? Və nəyə görə?

- Düşünürəm ki, bu sualların hamısına ətraflı cavablar tərcümeyi-halımda veriləcək. Həm də bioqraf öz bildiyi kimi uydurmasa. Əlbəttə, bunlar ölümümdən sonra olacaq ki, mən qəzəblənməyim.

- Sizin yazıçı kimi güclü yumor hissiniz var, bir də özünə ironiya bacarığınız. Necə düşünürsünüz yumor hissini tərbiyə etmək mümkündür, yoxsa belə bir cəhd səmərəsizdir?

- Maraqlı sualdır. Mənə elə gəlir ki, yumor hissini inkişaf etdirmək mümkün deyil. Bu, yazıçıların dialoq qurma qabiliyyəti kimidir: ya mövcuddur, ya da yoxdur. Ancaq xatırlayıram ki, bir dəfə kimsə yaxın rəfiqələrimdən biri haqda dedi: "Bəli, o yumor hissini tapandan sonra əntiqə qız oldu". İnanıram ki, vəziyyət belədir: müəyyən şərtlərdə, müəyyən bir dairədə, sadəcə rahatlaşıb dəstəyi hiss edərək yumor hissini tapa bilərsiniz. Amma əsas rolu burada ailə oynayır. Məsələn, mən balaca olanda ailədə ciddi mövzular tez-tez zarafatlara gəlib çıxırdı (bəzən bizim onlara çox fikir verməməmiz üçün). Əlbəttə ki, belə bir vərdiş bütövlükdə İngiltərəni xarakterizə edir. Yeni baş nazirimizin dəyəri nədir - özü də zarafatçıldır və başqaları da ona gülürlər.

- Haqqınızda roman yazsalar orada hansı metaforaların olmasını istərdiniz? Culian Barns üçün Floberin tutuquşusu nə olardı?

- Haqqımda roman mən öləndən çox sonra çıxacaq. Bu haqda sağ adam kimi danışa bilmərəm. İndi bu fikir mənə rahatlıq verməyəcək.

- “Zamanın küyü” romanından sonra Şostakoviçin musiqisi sizə doğmalaşdımı?

- Roman mənim ona və musiqisinə münasibətimi dəyişmədi. Baxmayaraq ki, onun yaradıcılığına və şəxsiyyətinə həmişə heyranlıq duymuşam. Məncə yazdığıın mövzuya münasibət qabaqcadan həm də çox dəqiq olmalıdır.

Böyük ingilis romançısı deyirdi: “Əgər deməmişəmsə, hardan bilim nə düşünəcəyəm?” Çox maraqlıdır, amma mənim təcrübəmə görə, düz söhbət deyil.

Heç mən bir roman yazmaqla hansısa hiss və ya narahatlıqdan azad olacağımı gözləmirəm.

Yadımdadır, həyat yoldaşımın öləndən üç il sonra kədərim barədə yazdım və bir çox dostum bunun kömək edib-etmədiyini soruşmağa başladı. Xeyr cavab verdim və heç buna ümid də etmirdim.

# 2495 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #