Öpüşü niyə uydurublar? UŞAQLAR DANIŞIR

Öpüşü niyə uydurublar? <span style="color:red;">UŞAQLAR DANIŞIR
13 fevral 2015
# 12:58

Kulis.az Adme.ru saytına istinadən uşaqların sevgi haqqında fikirlərini təqdim edir. Bu fikirləri valideynlər müxtəlif vaxtlarda sosial şəbəkələrdə paylaşıb.


Mən bilirəm ki, bacım məni sevir, çünki, o mənə öz köhnə əşyalarını verir, sonra isə məcbur olur ki, özünə təzəsini alsın.

Lena, 4 yaş.

Sevgi odur ki, ana atanı tualetdə olanda görür və bu ona iyrənc gəlmir.

Maksim 6 yaş.

Əgər sən kimisə sevirsənsə, sənin kirpiklərin yuxarı qalxıb düşəndə ordan ulduzlar tökülür.

Liza, 7 yaş.

Hətta ondan gizlənmək istəsən belə, sevgi mütləq səni axtarıb tapacaq. Beş yaşım olanda gizlənməyə cəhd etdim, amma qızlar məni axtarıb tapdı.

Dima, 8 yaş.

Sevgi dünyada ən əsas şeydir. Futbol da əsasdır.

Alyoşa, 8 yaş.

Əgər sizin ona böyük üzük və toyunu çəkmək üçün şəxsi kamera alıb hədiyyə etməyə pulunuz yoxdursa, heç bir halda qızı öpməməlisiniz.

Denis, 10 yaş.

Sevgililər onunla fərqlənir ki, qabaqlarında yemək olanda bir-birinə baxırlar, yeməksə soyuyur. Başqaları yeməyi soyumağa qoymazdı.

Mark, 8 yaş.

Mütləq öpüşməyi öyrənmək lazımdır. Ancaq onda arvadınızın yadından çıxacaq ki, zibili atmamısınız.

İra, 8 yaş

Sevgi odur ki, ana toyuğun ən yaxşı tikəsini ataya verir.

Alina, 5 yaş

Öpüşü niyə uydurublar mən bilmirəm. Axı öpüşəndə bütün bədənində elə istilik yaranır ki, evə istilik sistemi lazım olmur.

Olya, 8 yaş

# 999 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #