Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları mükafata layiq görülüb
Teatrdan Kulis.az-a verilən xəbərə görə, Zirvə Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibəti ilə keçirilən "Azerbaijan Best Awards" (ABA) mərasimində 2017-ci ildə yaradıcılıq fəaliyyətləri ilə fərqlənən incəsənət, şou-biznes və müxtəlif sahələrin nümayəndələrinə mükafatlar təqdim olunub.
Tədbirdə Musiqili Teatrın iki aktyoru – sevimli gülüş ustası, Əməkdar artist Çingiz Əhmədov “Ən yaxşı aktyor”, gənc olmasına baxmayaraq kifayət qədər tanınan Nicat Əli "İlin ən populyar televiziya serialı” nominasiyaları üzrə mükafatlara layiq görülüblər.