"Maaşa baxan adamam..." - Xalq artisti təzminat davasından danışdı

"Maaşa baxan adamam..."  - Xalq artisti təzminat davasından danışdı
15 may 2018
# 12:58

Xalq artisti Ramiz Məlik Məleykə Əsədova ilə məhkəmə prosesindən danışıb.

Aktyor açıqlamasında bildirib ki, qətnaəmə hələ verilməyib, əldə etdikdən sonra cavab verəcək:

“Qətnaməni oxuyum, sonra fikir bildirəcəm. Əgər min manat ödəmək lazımdırsa, ödəyəcəm. Amma bütöv yox, az-az... Maaşa baxan adamam, evimdə üç xəstə var. Mənim onu bütöv ödəməyə imkanım yoxdur. Onun kimi xarici ölkələrdə, bahalı yerlərdə gəzə bilmirəm. Heç bağa dincəlməyə gedə bilmirəm.

Təkzibə gəlkdikdə isə... Dəfələrlə barışığa səslədim, razılaşmadı. Hətta saytlardan birində üzr də istədim. Buna görə hamı məni qınadı. 300 min təzminat istəyib, Azərbaycanda bu qədər təzminat olub? Sosial şəbəkədə bir şəkil qoyanda hamı yüzlərlə tənqid yazır. Niyə onları məhkəməyə vermirlər?”.

R.Məlik özünün də M.Əsədovanı məhkəməyə verməsindən danışıb:

“Bu haqda hələ heç bir nəticədən xəbərim yoxdur. Ailəmi zəng vurub təhqir edib, hədələyib. Mən də məhkəmədə ondan tələbimi edəcəm. Əgər apellyasiya qərarı ilə razılaşmasam, Ali məhkəməyə verəcəm”.

Xatırladaq ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

Məhkəmə bu şikayəti təmin etmədiyi üçün M. Əsədova apellyasiya şikayəti verib.

Bakı Apelyasiya məhkəməsi isə ötən gün R. Məlikin mətbuatda təkzib verməklə yanaşı, M. Əsədovaya 1000 manat məbləğində pul ödəməli olması haqqında qərar çıxarıb.

Axşam.az

# 2298 dəfə oxunub

Müəllifin son yazıları

# # #