Hər qurd ulartısı, bir sevgi etirafıdır

Hər qurd ulartısı, bir sevgi etirafıdır
24 noyabr 2014
# 12:33

Tənhalığını ula...

Darıxmaq hər şeyi bir az xatırlamaqdır.

ölənlərini, uşaqlığını,

tələsik evliliyini, gecikmiş sevgini,

əl çatmayan insanını.

Küçə-küçə, ev-ev darıxar adam.

Bir uğur gözləyər, gəlməz!

Bir insan axtarar, tapmaz!

Göyünün Allahı, yerinin adamı yoxdur bu şəhərin!

Qaçmağa yeri, sığınmağa adamı qıtlaşıb!

Axtardığın qoxunu tapmazsan!

Nəsə kimisə əskikdir burdan!

Bəlkə də özün artıqsan?!

Qurd olub ulamağın gələr.

Qurd tənhalığını qara ulayar.

Qürurundan, kimsə görməsin deyə.

Bu şəhərin qarı əskikdir,

bir də bir qurdu,

Ya da səni qara aparan insanı...

“Tənhalığını qara ula!” demişdi.

Qarı əritmək, tənhalığını bitirmək üçün.

Nə qar əridi, nə tənhalıq bitdi!

O qar adamın da getdi.

Sən darıxırsan.

Üzünü qarda yuyan əlləri,

Səni bağrına basan qolları,

doğma qoxusu əskikdir çünki.

Bir insanı çatışmır şəhərin.

Telefon səsinə diksinərsən.

Zəng vuran çox danışmaz.

Sağ ol da söyləməz.

“Darıxma” deyər,

dəstəyi asar.

Sən darıxmazsan.

“Səni, məni əskikdir bu şəhərin” söyləyərsən,

dəstəyi asandan sonra.

Darıxmaq o zəngi arzulamaq,

“darıxma” sözünü özləmək,

kimisə gözləməkdir...

Ya bir gün darıxmasan?!

Yəqin artıq yoxsan deməkdir.

Bu şəhərdə qar tapmasa,

mütləq gedəcək ora, qara...

üzünü qarla yumağa,

bərk-bərk qucaqlamağa,

“tənhalığını qara ula” söyləməyə adamı olmayacaq.

o qədər qürurlu ki,

“dünyada bir darıxan insan əskikdir,

“darıxma” deməyə insanım yoxdur, pıçıldayacaq.

“mən onu sevirəm” söyləməz...

üzünü qara tutub qurd kimi ulayar tənhalığını.

Və bəlkə hər qurd ulartısı, bir sevgi etirafıdır elə!

# 3097 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
#
#
# # #